Icma.az
close
up
RU
DTX nın həbs etdiyi hakerin məhkəməsində yeni faktlar məlum olub

DTX nın həbs etdiyi hakerin məhkəməsində yeni faktlar məlum olub

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən, “Zeromap” MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Təqsirləndirilən şəxsin içraçı direktoru olduğu “Zeromap” MMC-in təsisçisi, “İdrak” şirkətinin prezidenti Hikmət Abdullayev şahid qismində ifadə verib.

Şahid ifadəsində qeyd edib ki, Turalla onu 2021-ci ildə ortaq tanışları görüşdürüb:

“Mən onunla söhbət etdikdən sonra sahə üzrə bilikli olduğunu gördüm. Onu işə götürdüm və özünü göstərməyi tapşırdım. Eyni zamanda, ona iş görməsi üçün bütün lazımi şəraitin yaradılacağını, texniki dəstəyin göstəriləcəyini bildirdim. Bununla yanaşı, ona dünyanın heç bir ölkəsinin şirkətlərinin gizlin şəkildə məxfi məlumatlarına daxil olmamasını tapşırmışdım”.

Şahid bildirib ki, Tural Əliyevə tətbiqlərdə boşluqları qısa zamanda aşkar edən proqram yaradılması üçün tapşırıq verib:
“Həmin proqramı biz dövlət orqanlarına təqdim edəcəkdik. Onlar bəyənsəydilər, tətbiq edəcəkdik”.

Hikmət Abdullayev qeyd edib ki, bir müddət sonra xaricdən ölkədən qayıdan zaman onu hava limanında DTX əməkdaşları qarşılayıb və o, istintaqa dəvət olunub. O, Turalın saxlanıldığını, saxlanma əsasının onun şirkətlərin server sisteminə qanunsuz daxil olması olduğunu bilib.

Məlum olub ki, 2021-2024-cü illər ərzində Hikmət Abdullayevin rəhbəri olduğu “İdrak” şirkəti Tural Əliyevin “Zeromap” şirkətinə 80 min manat ödəniş edib.

Şahid bildirib ki, bu iş və müddət qarşılığında 80 min böyük məbləğ deyil:

“Şirkət hər zaman risk etməyi bacarmalıdır. 80 min şirkət üçün böyük məbləğ deyil. Biz pul yatırmalıyıq ki, daha çox qazanaq. Mənim pul qarşılığında tələbim boşluqları aşkar edən proqram tapmaq idi. Tələbim ziyanverici proqram yaratmaq deyildi.”.

Məlum olub ki, təqsirləndirilən şəxs həmçinin 2024-cü ilin aprel ayında “Ultra Texniki” MMC-nin serverinə qanunsuz şəkildə müdaxilə edib.

Daha sonra iş üzrə şahid qismində tanınan E.Abdullayev ifadə verib:

“İkimiz də eyni sahə üzrə fəaliyyət göstəririk. Forumların birində tanış olmuşuq. Tural ziyanverici proqamlar yaratmağa, onlarla maraqlanmağa meyilli idi. Hətta kiberhücumlara cəhd də edib. Hansı şirkətə cəhd etdiyini xatırlamıram. Lakin həmin cəhdlər uğursuzluqla nəticələnmişdi”.

Təqsirləndirilən şəxs Tural Əliyev məhkəmədə bildirib ki, o, iş üzrə özünü qismən təqsirli bilir:

“Mən “Ultra Texniki” MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm, amma ittiham aktında qeyd olunan “Ulduz” MMC şirkəti barəsində olan hissədə ittihamı qəbul etmirəm”.

Proses aprelin 17-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərinin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Aprel 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri