Icma.az
close
up
RU
DTX nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? MƏHKƏMƏ

DTX nin həbs etdiyi hakerin tanınmış kibercinayətkar dəstə ilə əlaqəsi olub? MƏHKƏMƏ

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda təqsirləndirilən, kompüter məlumatlarını qanunsuz ələ keçirdiyinə görə Dövlət Təhlukəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan "Zeromap" MMC-in icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili məhkəmədə işə yeni qoşulduğu üçün müvəkkilinin yenidən ifadə verməsini xahiş edib.

Tural Əliyev ifadəsində bildirib: "Ultra Technologies" MMC-nin serverinə qanunsuz şəkildə müdaxiləyə cəhddə özümü təqsirli bilirəm. Mən sadəcə istəmişəm ki, bu aləmdə nüfuz qazanım. Onun üçün də təcrübəli şəxslərin ətrafında olmuşam. Eyni zamanda, müxtəlif şirkətlərin serverlərinin təhlükəsizliyini yoxlamışam".

Təqsirləndirilən şəxs "Ultra Technologies" MMC-nin sistemlərinə qanunsuz müdaxilə etməyinə münasibətini bildirərək qeyd edib ki, onun məqsədi bu sistemi yoxlamaq olub.

"Mən ekspertəm. Yoxlamaq mənim işimdir. Bu şirkətlə forumda tanış olmuşam. Həmin forumda mənim kimi yüzlərlə şəxs iştirak edirdi. Yoxlama zamanı orada boşluqların olduğunu gördüm. "Ultra Technologies" MMC-nin serverlərinə gizli daxil olmamışam. Yoxlama aparmışam. Lakin giriş hələ də cihazımda qalmışdı. Cihaz yenidən aktiv olduğu zaman avtomatik daxil olub".

Tural Əliyev istifadə etdiyi kiberproqlamların audit tipli olmaqla yanaşı, sistemlərdə olan boşluqları müəyyən edib şirkətlərə müəyyən məlumatlar verilməsi üçün istifadə etdiyini bildirib.

"Mənim hazırladığım proqram Azərbaycan üçün böyük layihə idi. Bunun üçün özümü tanıtmalı idim. Hazırladığım proqram təminatı barədə "İdrak" şirkətinin prezidenti Hikmət Abdullayevə də məlumat vermişəm. Həmin proqram təminatını özümə məxsus avadanlıqda saxlayırdım".

Bunlarla yanaşı, məhkəmə istintaqı zamanı o da müəyyən olunub ki, təqsirləndirilən "User Elşən" adlı şəxslə əlaqə saxlayaraq şirkətlərin sisteminə müdaxilələrlə bağlı müzakirələr aparıb. Məxfilik üçün VPN-dən istifadə olunub.

O, kiberproqramlar vasitəsilə İsrail və ABŞ-yə məxsus şirkətlərin müəyyən məlumatlarını da əldə edib.

Həmçinin təqsirləndirilən şəxsin "Alfa Black Cat" kibercinayətkar dəstə ilə də əlaqəsi olub. Belə ki, Tural Əliyev 2023-cü ilin sonlarında "Karnaval" ləqəbli şəxslə əlaqə saxlayıb və ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb. Ödənişi də kriptovalyuta şəklində alıb.

Eyni zamanda, təqsirləndirilən şəxs Argentinada yerləşən dəniz şirkətinin məlumatlarını fərdi şəxslərə satıb.

Məhkəmə prosesi mayın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib, mesajlarını oxuyub.

Bundan əlavə, Tural kiberhücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.

Elgün Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Aprel 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri