Icma.az
close
up
RU
DTX nin həbs etdiyi şəxsin Suriyadakı yaxını Elşən Abu Usama kimdir? Məhkəmə

DTX nin həbs etdiyi şəxsin Suriyadakı yaxını Elşən Abu Usama kimdir? Məhkəmə

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Məlum olub ki, təqsirləndirilən şəxslərin tanışları - Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək yerli hakimiyyətə qarşı aparılan döyüşlərdə iştirak ediblər. İstintaqla müəyyən edilib ki, təqsirləndirilənlər onlara yardım etmək məqsədilə öz şəxsi vəsaitlərindən və sosial şəbəkələrdə topladıqları məbləğdən Şükür Həmidlinin göstərişi ilə xarici ölkədəki tanışlarına və digərlərinin hesablarına ABŞ dolları şəklində pul köçürüblər. Bununla yanaşı, Xəqani Ömərovun Suriyada yaşayan kürəkəni "Elşən Abu Usama" ləqəbli Elşən Mustafayevə də müxtəlif vaxtlarda pul köçürmələri edilib. Həmin gəlirin bir hissəsi Suriyada Şükür Həmidliyə, digər qismi isə qeyrilərinə çatıb. Dolayı yolla bu pulların hər iki şəxsin üzvü olduğu digər silahlı qruplaşmanın hesabına köçürüldüyü iddia olunur.

Prosesdə Anar Salamzadə ifadə verərək bildirib ki, Şükür Həmidli onun sinif yoldaşı, dostu olub və Suriyaya köçüb. Onun xahişi ilə təqsirləndirilən ona yardım edib: "Şükür Həmidli Suriyaya köçdükdən 3 ay sonra mənə yazaraq ibadətə başlamağıma sevindiyini söylədi. Mənə bildirdi ki, ailə qurub və hazırda Suriya hökumət qüvvələrinə qarşı savaşır. Lakin, maddi dəstəyə ehtiyacı var. Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini isə ümumiyyətlə tanımıram. İŞİD-lə də əlaqəmiz olmayıb. Bildiyim qədəri ilə Həmid Şükürlü digər silahlı qruplaşmanın tərkibində iştirak edib. Onun da İŞİD-lə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim. Saxlanıldıqdan bir müddət sonra həmin qruplaşmanın İŞİD-lə əlaqəli olduğunu bilmişəm".

Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, o yalnız Suriyaya deyil, Şəkiyə, Türkiyəyə və Rusiyaya da yardım məqsədi ilə pul göndərib. İttihamda adı keçən şəxsləri isə tanımır. Onlara pul göndərməyi Şükür Həmidli istəyib. Döyüşlə bağlı videoları da Şükür maraq üçün göndərib.

Xəqani Ömərov isə ifadəsində bildirib ki, Elşən Mustafayev onun yeznəsidir: "Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Bacım öncədən Elxanla evli olub. Onlar 2013-cü ildə Suriyaya köçüblər. Bu yaxınlarda bacım Elşənlə evlənib. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün kart lazımdır, ona bank kartı verim. Mən də kartımı verdim və pul köçürmələri başlandı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirdilər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb".

Növbəti proses mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://unikal.az
archiveBu xəbər 07 May 2025 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri