Icma.az
close
up
RU
Dubayda Qlobal İdman Sammiti keçiriləcək

Dubayda Qlobal İdman Sammiti keçiriləcək

Icma.az, Azertag saytına istinadən bildirir.

Qahirə, 24 dekabr, AZƏRTAC

Dekabrın 29-dan 30-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Qlobal İdman Sammiti keçiriləcək. “İdman vasitəsilə dünyanı birləşdirək” şüarı altında təşkil olunacaq tədbirdə 80-dən çox dövlətdən yüksək səviyyəli idman rəsmiləri, bu sahədə tanınmış liderlər, idman ulduzları, ümumilikdə 1500-dən artıq şəxs iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, sammit çərçivəsində 20-dən çox panel iclas keçiriləcək, 70 tanınmış idmançı və digər qonaqlar çıxış edəcəklər. Natiqlər arasında futbolun böyük əfsanələrindən biri italiyalı Françesko Totti, Amerika futbolunun ulduzu, Superboul çempionu Viktor Kruz, İspaniya futbolunun “qızıl nəsli”nin nümayəndəsi Andres İnyesta, Braziliya millisinin sabiq kapitanı Kafu, NBA ulduzu Beron Devis, qadınlar arasında peşəkar tennis turnirlərinin qalibi ispaniyalı Paula Badosa və UFC üzrə sabiq çempion Həbib Nurməhəmmədov yer alırlar.

Sammit öz növündə ən böyük qlobal toplantı hesab olunur. Burada idman sektorunun aparıcı qərarvericiləri, beynəlxalq ekspertlər, dünyaşöhrətli idmançılar, beynəlxalq idman federasiyaları və təşkilatlarının nümayəndələri, həmçinin investorlar və innovatorlar vahid platformada bir araya gələrək fikir mübadiləsi aparacaq və qlobal miqyasda idmanın gələcəyini müzakirə edəcəklər.

Tədbir çərçivəsində “Məhəmməd bin Raşid Al Maktum Qlobal İdman Mükafatı”nın 13-cü təqdimatı da təşkil olunacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri