Icma.az
close
up
RU
Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya Foto

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya Foto

Azərbaycan Xarici işlər Nazirliyi Ermənistan səfərdə olan Polşa Prezidenti Andjey Dudanın Azərbaycanla sərhədə gedərək Avropa Birliyinin Ermənistandakı müşahidə missiyasının Polşadan olan heyəti ilə görüşməsinə münasibət bildirib.

Axar.az xəbər verir ki, bu barədə XİN-in X platformasındakı paylaşımında bildirilib.

“Azərbaycanın rəsmi olaraq "strateji tərəfdaşı" olan ölkə prezidentinin Azərbaycan və Polşa arasında münasibətlərin gərginləşməsinə səbəb olan qəbuledilməz diplomatik "binokl şousu”nda iştirak etməsindən çox təəssüflənirik. Azərbaycan bu qeyri-dost aksiyaya cavab olaraq müvafiq diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.”, - məlumatda vurğulanıb.

seeBaxış sayı:21
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri