Dunay gəmiçiliyi yaxın günlərdə dayandırılacaq
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Suyun səviyyəsinin aşağı olması səbəbindən Serbiyadakı Dunay çayında gəmiçilik bir neçə gün ərzində dayandırılacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. O bildirib ki, Pancevodakı neft emalı zavoduna xammal tədarükü də təhlükə altındadır.
"Suyun səviyyəsinin aşağı olması səbəbindən neft emalı zavodunda problemlərlə qarşılaşdıq. Böhran idarəetmə qrupunun iclası planlaşdırılıb və biz əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, neft emalı zavodunu bağlamaq məcburiyyətində qalmayacağıq. Bir-iki gün ərzində Dunay artıq gəmiçilik üçün yararlı olmayacaq. Bu gün gəmiçilik üçün yararlıdır, amma gəmilərin yükünü, daha dəqiq desək, yükü 50 faiz azaltmalıyıq", - deyə Vuçiç vurğulayıb.
Qeyd edək ki, sözügedən neft emalı zavodu Belqrad yaxınlığındakı Pancevoda yerləşən Serbiya Neft Sənayesi (NIS) şirkətidir. O, Tamiş çayı ilə Dunayın qovuşduğu yerdə yerləşir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Dunay çayında suyun səviyyəsinin enməsi səbəbilə Pakş AES in fəaliyyəti tamamilə dayandırılacaq
30 İyul 2026 23:24
Dunay dayazlaşır, Avropada problemlər
15 Avqust 2026 13:21
Dunay Bədirxanov: Azərbaycanda yaxın gələcəkdə peyklərin istehsalını reallaşdıracağıq
21 Oktyabr 2025 10:38
Dunay Bədirxanova mühüm vəzifə verildi
04 Mart 2025 16:49
Baxış sayı:157
Bu xəbər 03 Avqust 2026 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















