Icma.az
close
up
RU
Dünən baş verən sel fəlakəti Allahdan ciddi xəbərdarlıq idi ELMİ LƏDUN HESABLAMALARI

Dünən baş verən sel fəlakəti Allahdan ciddi xəbərdarlıq idi ELMİ LƏDUN HESABLAMALARI

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Biz hər şeyi sayıb yazmışıq”. Quran. 
Bildiyimiz kimi, dünən (16 aprel tarixində) Azərbaycanda görünməmiş sel fəlakəti yaşandı. Nəticədə şəhərləri,  rayonları və kəndləri su basmaqla, insanlara xeyli maddi ziyan dəydi. Hətta, iki nəfər Siyəzəndə, iki nəfər Ağsuda olmaqla, dörd nəfər vətəndaşımız selin qurbanı oldu (Allah onlara rəhmət eləsin). 
Bundan əlavə, Sumqayıtda “Karvan 94” ticarət mərkəzi yandı. 
Dünən həmçinin, Zaqatala-Bakı reysi ilə sərnişin daşıyan 99-LV-202 nömrəli sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xeyli insan xəsarət aldı. Onlardan səkkiz nəfəri Şəki rayon xəstəxanasına yerləşdirildi... 
Bütün bunların eyni tarixdə baş verməsi sizcə təsadüfdürmü? Quran məntiqinə görə həyatda təsadüf olmur, hər şey zərurətdən doğur. Dünən ölkəmizdə yaşanan faciələrin hesablamalarına nəzər salaqda, bütün bunların Yaradanın qanunlarına tabe olmamağın nəticəsi olduğu və Allahdan növbəti xəbərdarlıqlar olduğu aydın görünür. Məsələn,
1) Xatırladaq ki, keçən il avqustun 1-də “vösmoyun bazarı”  adlanan ərazidə obyekt yandı; həmçinin, eyni tarixdə Sumqayıt yolunda iki avtobusun toqquşmasından xeyli insan yaralandı.  Dünən həmin hadisənin 258-ci günü idi ki, bundan da Quran rəmzini çıxsaq, alınan ədəd Sumqayıtın seriyasını (50) və yanan TM-nin üstündəki rəqəmi (94) göstərir:
              258 – 114 = (50+94)
2) Dünən ölkə boyu sel fəlakəti yaşananda, keçn il mayın 11-də  Lənkəranda baş verən 5,5 bal gücündə zəlzələ həyəcanının 342-ci günü idi ki, bu da Quran rəmzinin üç mislidir:
342 – 114 – 114 = 114 
3) Keçən il sentyabrın 1-də Honkonq-Vyana reysi ilə uçan təyyarə Bakıya məcburi eniş edərək, meyid (sərnişinlərdən birinin cəsədini) düşürdü və yoluna davam etdi. Həmin gün hadisəni şərh edərək, bəyan etdim ki, bu, gələcəkdə Azərbaycanda baş verəcək faciələrin xəbərdarlığıdır. Təəssüf ki, hesablamalarımız düz çıxdı və faciələr baş verdi. Birinci faciyə 25 dekabrda Bakı-Qroznı təyyarəsində baş verdi ki, bütün ölkə yasa büründü. Həmin gün meyidin düşürülməsindən 114 gün keçirdi. Dünən ölkə ərazisində ard-arda faciələr yaşananda təyyarə faciəsindən 114, meyidin düşürülməsindən (oxu: atılmasından) isə, 228 (114+114) gün keçirdi...
4) Yadınıza salaq ki, keçən il iyunun 6-da Cəlilabadda baş verən avtobus qəzasında ölənlər və yaralananlar oldu. Həmin gün hadisəni şərh edərək, bunun xalqımıza və onu idarə edənlərə Allahdan bir xəbərdarlıq olduğunu qeyd etdik. Həmçinin, tövbə etməyin vacibliyini xalqın (və rəhbərliyin) diqqətinə çatdırdıq. Elmi-lədun hesablamalarımız göstərir ki, dünənki faciyənin baş verməsinin bir səbəbi də, məhz bu xəbərdarlığa məhəl qoyulmaması, həm xalq, həm də məmurlar tərəindən qulaqardına vurulmasıdır. Belə ki, dünən həmin (Cəlilabaddakı) qəzanın 316-cı günüdür ki, bundan da Quran rəmzini çıxsaq, qəzaya uğrayan Zaqatala avtobusunun nömrəsi görünür və Allahın xəbərdarlıqlarına əhəmiyyət verməməyin acı nəticələrə səbəb olduğunu sübut edir:
316 – 114 = 202  
                 (99 - LV - 202) 


​"Dedi: 'Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim (sizsə mənə lağ etdiniz). İndi sizə necə yas tutum?" Quran, 7:93
Nəticə: Oxucunu yormamaq üçün hesalamaları çox uzatmırıq və bir daha bəyan edirik ki, dünən ölkə boyu yaşanan sel fəlakəti əslində Yaradanın xəbərdarlıqlarıdır: tərəzidə aldatmaqdan, zinakarlıqdan, biri-birinizin üzünə durub şərləməkdən, özünüzdən aşağılara zülm etməkdən... əl çəkin! Tövbə edib, doğru yola dönün və Yaradanın qanunlarına tabe olun! Əks halda yaxın günlərdə sizi ağlasığmaz bəlalar gözləyir! 
Söz ardı: elmi-lədun hesablamalarımız göstərir ki, bu ilin 114-cü günündən sonra saatlar sanana bilər (yəni, bəlaların gəlişi günlərlə deyil, saatlarla hesablana bilər). Düzgünün Allah bilir. Bütün hallarda mənə inananlara tövbə etməyi və doğru yol tutmağı tövsiyyə edirəm. 
                  Xəbərdarlıqları şərh etdi:
Dr. Paşa Yaqub – Pangeyist, elmi-lədun bilicisi 

Qeyd: gələn bəlalardan (çevrənizdəki insanlardan) kimlərin sağ qalmasını istəyirsinizsə bu yazını ona da göndərin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri