Icma.az
close
up
RU
Axşamüstü dənizdə boğulmaların sirləri Elmi lədun

Axşamüstü dənizdə boğulmaların sirləri Elmi lədun

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yay fəslində çimərliklərə axın edən insanların sayı artdıqca, təəssüf ki, boğulma hallarının da şahidi oluruq. Son illər müşahidə edilən bir maraqlı və təhlükəli tendensiya var: çimərlikdə boğulmaların əksəriyyəti axşam saatlarında – el arasında “şər vaxtı” deyilən dövrdə baş verir. Bu hadisələrin sadəcə fiziki səbəblərlə izah olunması yetərli deyil. Enerji baxımından bu hadisələrin təhlili vacibdir.

Dənizin aurası və enerji qatları

Dəniz təkcə fiziki bir varlıq deyil, o həm də canlı auraya malik olan, böyük bir enerji topluluğudur. Günəşin şüası ilə qızan və gün ərzində müxtəlif elektromaqnit dalğaları ilə zənginləşən dəniz suyu axşamüstü enerjisini dəyişir. Bu dəyişiklik nəticəsində dənizdəki aura müsbətdən neqativə doğru keçir.

Xalq arasında “şər vaxtı” dedikləri (təqribən saat 16-20 arası) dövr — Günəşin batmağa başladığı, işığın azaldığı, kölgələrin uzandığı vaxtdır. Bu zaman, təkcə dəniz deyil, ümumən təbiətdə enerji boşluğu və dalğalanması baş verir. Şər vaxtı, enerji baxımından "tərəddüdlü keçid zonasıdır".

İnsan bədənindəki neqativ enerji ilə dəniz aurasının toxunması

Çimməyə gələn insanların bir çoxunun bədənində gün ərzində yığılan stres, qorxu, qəzəb, məyusluq və digər neqativ enerjilər toplanır. Bu insanlar dənizə daxil olduqda, dənizin dəyişmiş – neqativ enerjili aurası ilə rezonansa girirlər. Bu rezonans neqativin neqativlə birləşməsidir və çox zaman patoloji enerji partlayışına səbəb olur.

Bu qarşılıqlı enerji zərbəsi bir neçə nəticə doğura bilər:
-Sinir sisteminin bloklanması;
-Əzələlərin qəfil qıc olması (kramp);
-İstiqaməti və tarazlığı itirmə;
-Panik atak və nəfəs darlığı.
Bütün bunlar suda olan insanın müdafiə reflekslərini zəiflədir və onun batmasına şərait yaradır.

Şər vaxtı enerji tərəddüdləri

Elmi-lədun nöqteyi-nəzərindən şər vaxtı – enerjinin qeyri-sabitləşdiyi saatdır. Günəşin torpaqla olan enerjisi zəifləyir, Ay enerjisi isə hələ tam aktivləşməyib. Bu ikili keçid dövründə:
-Aura qatları genişlənir,
-Fəza və su ortamlarında neqativ enerji yükləri artır,
-İnsan bədəni təbii müdafiəsini müvəqqəti itirir.
Bu səbəbdən istər dənizdə, istərsə də çöldə şər vaxtı həddən artıq fiziki aktivlik məsləhət görülmür.

Maarifləndirici tövsiyələr

1. Çimərliklərdə çimmək üçün ən təhlükəsiz zaman səhər və günorta saatlarıdır.
2. Axşamüstü (şər vaxtı) çimərliyə yalnız gəzinti üçün getmək tövsiyə olunur.
3. Gün ərzində çox emosional və gərgin gün keçirmiş şəxslər dənizə yalnız enerji tarazlığını bərpa etdikdən (neqativ enerjidən təmizləndikdən) sonra daxil olmalıdırlar.
4. Efir enerjisi ilə harmoniyaya düşmək üçün əvvəlcə torpaqla – qumla təmasda olmaq, təmkinli nəfəs alma məşqləri etmək məsləhətdir.
5. Aura təmizliyi aparmadan dənizə daxil olmaq tövsiyə edilmir – xüsusilə də axşam saatlarında.

Nəticə:  Boğulmaların tək səbəbi fiziki yorğunluq və ya üzmə bacarığının olmaması deyil. Dənizin aura dəyişməsi və insan bədənində yığılan neqativ enerjinin birləşməsi ciddi təhlükələr yaradır. 
Qeyd edim ki, bədəndə neqativ enerji olduqda insanda qorxu, həyəcan, depressiya, baş, boyun, kürək, belə, qıç, diz ağrıları, uroloji xəstəliklər, ürək-damar xəstəlikləri, poliplər, şişlər, qadınlarda mastopatiya, analıq orqanları xəstəlikləri və s müşahidə olunur. 
Bu cür ağrı və xəstəliklərin biri və ya bir neçəsi olan insan axşamüstü saatlarında dənizə daxil olarkən öz enerjisini və şüurunu itirə bilər. Bunun qarşısını almaq üçün bədənində neqativ enerji hiss edən insan axşamüstü saatlarında dənizə girməməlidir (bu enerjidən təmizləndikdən sonra dənizə girə bilər)

Paşa Yaqub ,
Həkim, elmi-lədun bilicisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 İyul 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri