Icma.az
close
up
RU
Neft emalı zavodunda baş verən yanğının sirləri ELMİ LƏDUN

Neft emalı zavodunda baş verən yanğının sirləri ELMİ LƏDUN

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə təbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5
Xəbər verildiyi kimi, bu gün (5 mart) Bakıda Heydər Əliyev adına neft emalı zavodunda yanğın baş verdi. İlk baxışdan təsadüfü görünən bu hadisədə ciddi riyazi qanunauyğunluqlar vardır və bu qanunauyğunluqlar Quran rəmzləri olan 114, 286 və 555 ədədləri ilə özünü biruzə verir. Hesablamalarımız göstərir ki, baş verən yanğın təsadüfü olmayıb, Allahdan növbəti (kodlaşdırılmış) xəbərdarlıq mesajıdır. Bunu aşağıdakı faktlardan aydın görmək olur:
1) Xatırladaq ki, keçən ilin iyulun 22-də Azərbaycanda insanları həyəcana salan 5 ballıq zəlzələ baş verdi; bu gün onun 228-ci günüdür ki, bundan da 114 çıxsaq, yenə də Quran rəmzi görünür və hadisələrin Allahın elminə (Kitabına) tabe olmaqla, xəbərdarlıq mesajı olduğunu təsdiq edir:
228 – 114 = 114
2) Bu gün həmçinin, 07.12.2023 tarixdə baş verən və Bakı əhalisinə həyəcan yaşadan 5,6 bal zəlzələnin 456-cı günüdür ki, bu da Quran rəmzinin dörd mislidir:
456 – 114 – 114 – 114 = 114
3) Bu gün həmçinin, 21.04.2023 tarixli astronomik xəbərdarlığın (Günəş tutulmasının) 686-cı günüdür ki, bundan da orjinal Quranın səhifələrinin sayını çıxsaq, yenə də surələrin sayı görünür və verdiyimiz xəbərin Allahdan olduğunu bir daha təsdiq edir:
684 – 286 – 286 = 114  
4) Bu gün 05.05.2023  tarixli Günəş tutulmasının 669-cu günüdür ki, bundan da Quran rəmzini çıxsaq,  tövbə və cəza rəmzi olan 555 ədədi alınar və diqqətimizi tövbə edib, Yaradanın qanunlarına tabe olmağın vacibliyinə yönəldər:
669 – 114 = 555
5) Yadınıza salaq ki, üç il öncə Almaniyadan ABŞ-a bahalı, dəbdəbəli maşınlar daşıyan gəmi maşınlarla birlikdə yandı (19.02.22). Bu gün həmin yanğının 1110-cu günüdür ki, bundan da tövbə rəmzini çıxsaq, yenə də cəza rəmzi alınır:
1110 – 555 = 555
(Dünən Bkı-Quba yolunda içərisində satılmaq üçün xaricdən gətirilən çoxlu sayda bahalı maşınlar olan yük maşını yananda saat fərqini nəzərə almaqla ABŞ-dakı gəmi yanğınının 1110-cu günü idi...) Və s
NƏTİCƏ: Bu və digər hesablamalarımız göstərir ki, bu gün (5 mart) H. Əliyev aına neft emalı zavodunda baş verən yanğın Allahdan növbəti kodlaşdırılmış xəbərdarlıqdır. Oxucuda sual yarana bilər ki, yanğın Allahdandırsa bəs bəndə onu necə söndürə bildi?  Qeyd edək ki, bu və indiyə qədər hesablamasını təqdim etdiyimiz faciyəvi hadisələr (yanğınlar, zəlzələlər, qəzalar...) Allahdan olsa da, bunlar heç biri bəla deyildir. Bunlar hamısı gələcək bəlanın xəbərdarlığıdır; ona görə qarşısı alına bilindi. Bildiyim qədər bəla ağlasığmaz, çox dəhşəti bir hadisə olacaq və bunu ancaq Nuh qövmünə, Lut qövmünə, Saleh qövmünə göndərilmiş bəlalarla müqayisə etmək olar (onlara göndərilmiş bəlalar Quranın 7, 11, 21, 26, 71 və digər surəlrində təsvir olunub). Bu cür bəlaların qarşısını insan heç vaxt ala bilməz; bu bəladan ancaq qabaqcadan (bəlanı görməzdən öncə) tövbə edən şəxs (!) qurtula bilər (bəlanı görəndə artıq tövbə qapıları bağlanmış olur). Yəni, birinin tövbəsi digərinə fayda verməz. Bizdən əvvəlki qövmlərə həmin bəlalar gəlndə dövrün xəbər verənləri (onlar peyğəmbər olmaqla, həm də carçı funksiyasını yerinə yetirirdilər) öz övladlarını, həyat yoldaşlarını belə xilas edə bilmədilər. Rəbbim bu barədə belə buyurur: “Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən tövbə qəbul olunmasın...” “İnək” surəsi, 48.  Yəni, Allah izn verməsə heç bir Xilaskar insanı bəladan qurtara bilməz! Bəşər tarixinə nəzər salsaq görərik ki, bu cür ağılasığmaz bəlalardan o adamlar xilas olublar ki, onlar xəbər verənin (carçının) tövsiyələrini dinləyərək, Allah qarşısında tövbə edib, doğru yola qayıdıblar (qalan bütün tövbə etməyən əhali (peyğəmbərlərin ailə üzvləri də daxil) məhv olublar). Peyğəmbərləri onların bəladan sonrakı halına baxıb, yalnız bunu deyə bildilər: "Dedi: 'Ey camaatım! Mən sizə Rəbbimin əmrlərini təbliğ etdim və öyüd-nəsihət verdim (sizsə mənə lağ etdiniz). İndi sizə necə yas tutum?"
Quran, 7:93
Elmi-lədun hesablamalarımız göstərir ki, həmin ağlasığmaz (qarşısıalınmaz) bəlanın baş verməsinə iki aydan az vaxt qalıb!!! Odur ki, mənə inananlara tövsiyyə edirəm ki, həm özləri tövbə etsinlər, həm də doğmalarına, yaxınlarına, qurtulmasını istədikləri şəxslərə bunu tövsiyyə etsinlər. Əgər onları inandıra biməsəniz, onda mənim bu və digər məqalələrimi, hesablamalarımı onlara göndərin (məqalələrimin linkini şərh bölümündə).
“Bu xəbərdarlıqlar ona görədir ki, Rəbbin məmləkətlərin əhalisini, onlar qafil ola-ola zülmlə məhv etməyi özünə rəva bilməz!” Quran, 6:131
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17
Dr. Paşa Yaqub – Pangeyist
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Mart 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri