Dünən saxlanılan keçmiş Aİ rəsmiləri dindirildikdən sonra sərbəst buraxılıblar
Ayna saytına istinadən Icma.az xəbər verir.
Federika Moqerini, Stefano Sannino və Çezare Zeqretti sərbəst buraxılıb
Dünən saxlanılan Avropa İttifaqı diplomatiyasının və Avropa Kollecinin rektoru keçmiş Federika Moqerini sərbəst buraxılıb. AYNA.AZ xəbər verir ki, bu barədə İtaliyanın AGI xəbər agentliyi mənbələrə istinadən məlumat yayıb.
Yerli “La Repubblica” qəzetinin məlumatına görə, Avropa diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sannino və iş üzrə üçüncü şəxs Çezare Zeqretti də sərbəst buraxılıb. Dindirildikdən sonra hər üç şəxs satınalmada fırıldaqçılıq və korrupsiya, maraqların toqquşması və peşə sirrini pozmaqda ittiham olunub. Lakin “ədalətə təhlükə törətmədikləri üçün” onların azadlığa buraxılması barədə qərar qəbul edilib”, - qəzet yazıb.
Federika Moqerini dekabrın 2-də Belçikada Avropa İttifaqının (Aİ) vəsaitlərinin sui-istifadəsi və maraqların toqquşması ilə bağlı iş üzrə saxlanılıb. Polis həmçinin Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində və avropalı diplomatların hazırlanması üçün tenderdə mümkün saxtakarlıqla əlaqəli olduğu iddia edilən digər qurumlarda axtarışlar aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















