Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Əliqulu dünən evlənmədi

Əliqulu dünən evlənmədi

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Görkəmli dramaturq, yazıçı Sabit Rəhman komediya janrında qələmə aldığı maraqlı əsərləri ilə ədəbiyyatımızda özünəməxsus mövqe tutub. Müəllifin pyesləri həm sağlığında, həm də özündən sonra teatrlarımızda dəfələrlə səhnəyə qoyulub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı özünə doğma saydığı dramaturqun yaradıcılığına müraciət edərək “Əliqulu evlənir” komediyasına yeni səhnə həyatı verib. Amma bu dəfə fərqli adla və fərqli yozumda. Oxuculara və tamaşaçılara yaxşı tanış olan pyes Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda “Əliqulu bu gün evlənir” adı ilə hazırlanıb.
Dövlət Akademik Musiqili Teatrı dünən bu yeni yaradıcılıq işini tamaşaçılara ilk dəfə təqdim edib.

Məlum olduğu kimi, İlham Namiq Kamal libretto üzərində illər öncədən işləməyə başlamışdı və istedadlı bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov tamaşaya maraqlı musiqilər yazmışdı. Təəssüf ki, premyerada iştirak etmək Oqtay müəllimə nəsib olmadı. Yeri gəmişkən, mərhum bəstəkarın musiqisinə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu mətnlər yazıb. Həm librettoda, həm də mahnıların mətnlərində müəlliflər müasir dövrümüzlə, günümüzlə səsləşən hadisələr, elementlər əlavə ediblər.
İlham Namiq Kamalın ifa etdiyi Əliqulu xırda məmur olsa da, böyük iddiaları və özünəməxsus gündəlik davranış qaydaları var. Kabinetindəki kreslonun eynisindən evdə də saxlayıb ki, kreslodan ayrılmasın. İşdən evə qayıdanda papağını başından çıxarmağı əziyyət bilir, bu işi xanımı Gövhər (Zemfira Əbdülsəmədova) görməlidir. Mənsəbpərəst Əliqulu yeganə övladı Qumralı (Əzizə xanım Kazımova) böyük vəzifəli, arxası-dayağı olan adama, hətta meymuna ərə verməyə də razıdı. Təki, həmin meymun kiminsə kabinetində atılıb-düşsün.
Əliqulu yaşlı vaxtında kreslosunu qorumaq, karyera pilləsində bir qədər də irəli getmək üçün dayısı nazirlikdə mühüm vəzifə tutan Nazlı (Gülnarə Əzizova) ilə evlənmək istəyir. Ömür-gün yoldaşı Gövhərdən də ayrılmağı planlaşdırır, təki vəzifəli şəxslə qohum olsun.
Əliqulunun təyin etdiyi toy günü vəziyyət tamam dəyişir. Çünki vəzifəni yox, saf məhəbbəti, ülvi duyğuları seçənlər - Rövşən (Əməkdar artist Əkbər Əliyev), Humay (Rəsmiyyə Nurməmmədova), Səadət (Gülçöhrə Abdullayeva), Kamal (Səmədzadə Xasıyev), Azad (Ruslan Mürsəlov), Xəlil (Əliməmməd Novruzov) onun planını pozurlar. Əliqulunun ştatlı yaltağı Səfər (Əməkdar artist İqrar Salamov) tamahkarlığı üzündən məğlub duruma düşür. Küçə musiqiçilərinə - Heyvaxanıma (Böyükxanım Məmmədova) və Lumuxanıma (Mehriban Rəcəbova) da Əliqulunun toyunda iştirak etmək nəsib olmur.
Gövhər rolunu ifa etmək üçün Milli Gənc Tamaşaçılar Teatrından dəvət edilən aktrisa Zemfira Əbdülsəmədova öz istedadı və yaradıcılıq imkanları sayəsində ümumi ansambla tez uyğunlaşmağı bacarıb. Onun ifasında Gövhər ailəsinin xoşbəxt olması üçün hər cür fədakarlığa hazır olan həyat yoldaşı, qayğıkeş anadır.

Akademik Musiqili Teatrı hər zaman gənc istedadlara potensiallarını göstərmək üçün imkan yaradır. “Əliqulu bu gün evlənir” tamaşasında Qumral rolunda çıxış edən gənc ifaçı Əzizəxanım Kazımova öz təbii oyunu ilə tamaşaçıların diqqət çəkə bilib. Yəqin ki, rejissorlar onu diqqətdə saxlayacaqlar.
“Əliqulu bu gün evlənir” tamaşasının quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır. Geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri isə Fidan Əliyevadır.
Əliqulunun çalınmayan toyuna tamaşa etmək istəyənlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarını izləyə bilərlər.((Fotolar Azərtacındır)
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Dekabr 2024 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see560

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see547

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see540

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see474

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see459

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see436

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see368

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see360

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see353

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see330

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see320

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see312

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see302

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see301

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see280

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see279
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri