Dünənə qədər kilosu 2 manata satılan pomidor niyə anidən ucuzlaşdı? SƏBƏB BUDUR KONKRET
Konkret.az saytına istinadən Icma.az xəbər verir.
Bu il Azərbaycanda pomidor məhsuldarlığı əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Mövsümə uyğun olaraq bazarlarda bolluq müşahidə olunur və qiymətlər də rekord səviyyədə ucuzlaşıb. Lakin buna baxmayaraq, alıcı qıtlığı fermerləri ciddi çətinliklə üz-üzə qoyub. Bəs, pomidorun bu qədər ucuzlaşmasının əsas səbəbi nədir?
İqtisadçı Cəfər İbrahimli KONKRET.az-a açıqlamasında bildirib ki, bazarda müşahidə olunan qiymət enməsi əsasən mövsümi faktorlarla və məhsul bolluğu ilə bağlıdır.
Onun sözlərinə görə, hazırda açıq havada yetişdirilən pomidorların əsas satış dövrüdür və bu il məhsuldarlıq xüsusilə yüksək olub:
“Fermerlər təsdiqləyirlər ki, bu il məhsul boldur. Lakin bu da satışda çətinliklər yaradıb. Bütün regionlarda fermerlər məhsulu bazara çıxarmaqda çətinlik çəkdiklərini deyirlər. Bazarda təklif həddindən artıq artıb. Mövsüm olduğu üçün məhsulu nə tarlada saxlamaq mümkündür, nə də uzun müddət soyuducuda. Məcbur olaraq bazara çıxarılır”.
Cəfər İbrahimli əlavə edib ki, bu cür problemlərin qarşısını almağın əsas yolu kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişaf etdirilməsidir:
“Hazırda bu məhsulla işləyən emal müəssisələri də pomidor qəbul etmir. Ehtimal olunur ki, onların anbarları artıq doludur. Bu səbəbdən yeni məhsulun emalı dayanır. Bu cür vəziyyətlər davamlı olaraq təkrarlana bilər. Ona görə də emal sənayesi inkişaf etdirilməlidir ki, məhsul tarlada məhv olmasın və bazardakı təzyiq azalsın”.
Beləliklə, hazırda pomidorun ucuzlaşmasının əsas səbəbi, təklifin normadan artıq olması və satış kanallarının yüklənməsi ilə bağlıdır. Tələb-təklif balansı pozulub və nəticədə fermerlər iqtisadi zərərlə üzləşirlər.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 05 Avqust 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















