Icma.az
close
up
RU
Tramp dünyanın texnoloji liderlərini ətrafına toplayıb: Dünənə qədər düşmən olanları birləşdirən SƏBƏB...

Tramp dünyanın texnoloji liderlərini ətrafına toplayıb: Dünənə qədər düşmən olanları birləşdirən SƏBƏB...

Icma.az, Sitat.info saytına istinadən bildirir.

"Tramp nə üçün dünyanın texnoloji liderlərini ətrafına toplayıb, yaxud nə üçün dünənə kimi Trampla düşmən olanlar indi onun ətrafına yığışıblar? Görünən odur ki, ABŞ-ın siyasi establişmenti və dünyanın texnoloji elitası birləşib. Ötən gün keçirilən inaqurasiyada dünyanın texnoloji liderləri də iştirak edirdi. Kimlər vardı : Mark Zukerberq (Meta ),  Ceff Bezos (Amazon),  Sundar Pichai (Google),  Tim Kuk (Apple),  İlon Mask (Tesla və SpaceX ),  Sam Altman (OpenAI ), Shou Zi Chew (TikTok). Maraqlıdır ki, bunların bir çoxu Trampın əvvəlki prezidentlik dönəmində, hətta 2023-cü ilədək onunla düşmən münasibətlərində olublar.

Onun sosial hesablarını bağlayıblar, statuslarını və mesajlarını siliblər, hər vasitə ilə onu əngəlləyiblər. Tramp isə onları “xalq düşməni”, “saxta xəbər” mənbələri adlandırıb. Ötən dövrlərdə az qalmışdı ki, Tramp bu şirkətlərin hər birini bir neçə yerə bölsün.ndi isə görünür ki, hamısı bir yerdədirlər".

Bu sözləri Sitat.info-ya açıqlamasında Trampın yanvarın 20-də keçirilən andiçmə mərasimindəki görüntüləri dəyərləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. 

O hesab edir ki, burada bir neçə məqam ola bilər: "Görünür Tramp Çinlə bağlı və ABŞ-ı gücləndirməklə bağlı qarşısına müəyyən məsələlər qoyub. Texnoloji liderlərini andiçməyə dəvət etməklə o, keçmiş mübahisələri aradan qaldırmaq və gələcəyə yönəlmiş yeni əməkdaşlıq səhifəsi açmaq istəyir. Tramp texnologiya nəhənglərinin dəstəyi ilə ABŞ-ın dünyada texnologiyalar və innovasiyalar, həmçinin süni intellekt sahəsində liderliyini möhkəmləndirməyi hədəfləyib. Eyni zamanda düşünürəm ki, texnoloji liderlərin Trampı ziyarət etməsi həm də bu liderlərin rəhbərlik etdikləri şirkətlərin gələcək taleyinin sual altında olması da mühüm rol oynayıb".

O.Gündüz hesab edir ki, şirkət rəhbərlərinin də Trampla yaxın münasibət qurmaqda öz maraqları var: "Keçmiş dövrlərdə Tramp adminstrasiyası texnoloji nəhənglərə qarşı antiinhisar qanunlarını sərtləşdirmək niyyətində olub və dəfələrlə sosial media platformalarının ifadə azadlığını məhdudlaşdırdığını bildirib. Tramp əvvəllər bir çox texnoloji şirkətlərin hədsiz böyük səlahiyyətlər əldə etməsindən narahatçılığını da ifadə etmişdi. Güman ki, indi bu texnoloji liderlər Trampın yeni adminstrasiyası ilə yaxşı münasibət quraraq, gələcəkdə bu tənzimləmələrin qarşısını almaq, gələcək riskləri idarə etmək və ya daha yumşaq siyasətə nail olmaq niyyətindədirlər. Dünənə kimi aralarında soyuq münasibətlər olmasına baxmayaraq yenidən bir yerdə toparlanmaq həm də təbii ki, parayla, bizneslə bağlıdır".

Ekspert vurğuladı ki, bu qlobal texnologiya nəhəngləri, texnologiyalar və süni intellekt, enerji, kosmos və kibertəhlükəsizlik kimi strateji sahələrdə ABŞ hökumətindən əhəmiyyətli maliyyə yardımları və subsidiyalar alırlar: "Xatırlayıram ki ötən dövrlərdə təkcə Cef Bezosun bulud texnologiyaları ilə bağlı ABŞ hökumətilə 10 milyardlıq bir müqaviləsini Tramp əngəlləmişdi. Səbəb isə Cef-in sahiblik etdiyi "Vaşinqton Post" qəzetində Tramp əleyhinə olan yazılar idi. İndi texnoloji liderlər Trampın ətrafında birləşməklə, bu maliyyə dəstəklərinin davamlılığını təmin etməyə çalışırlar. Yəni görünən odur ki, qlobal şirkətlərin biznes maraqları, ABŞ-ın yeni dünya düzənində hegemon roulunun gücləndirilməsi, Çin, Avropa və digər bölgələrdə texnoloji rəqabət qabiliyyətini yüksəltmək kimi maraqlar Trampı və texnoloji liderləri bir araya gətirib. Dünənə kimi ABŞ-dakı mövcudluğu sual altında olan TikTok rəhbərinin bir anda ABŞ-ın siyasi və texnoloji establişmentinə qoşulması isə bir ayrı müzakirə mövzusudur".

Məğrur, 

Sitat.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sitat.info
archiveBu xəbər 21 Yanvar 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri