Icma.az
close
up
RU
2 milyon insan Bakıdan çıxarılacaq SƏBƏB BUDUR KONKRET

2 milyon insan Bakıdan çıxarılacaq SƏBƏB BUDUR KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Sovet dövründən sonra Bakı şəhərinə kütləvi axın başladı. Nəticədə əhalinin sayı təxminən beş milyona yaxınlaşdı. Bu, normadan 2-3 dəfə çoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.

Onun sözlərinə görə, son dövrlərdə aparılan xaotik və sürətli tikintilər paytaxtı yaşanmaz hala gətirib:

“Təkcə yağışlı, qarlı havalarda deyil, adi vaxtlarda da Bakıda nəqliyyatın hərəkəti mümkünsüz vəziyyətdədir, avtomobil idarə etmək yaxud saxlamaq imkanı yoxdur, su boruları, elektrik naqilləri, qaz xətləri maksimum gərginlikdə işləyir. Ölkə əhalisinin yarısı burada cəmləşib. Problemləri isə lokal tədbirlərlə aradan qaldırmaq mümkün deyil, tamamilə fundamental şəkildə həll oluna bilər. Bu da ancaq nəzəri cəhətdən mümkündür, praktik yox… Çünki ən azı 10-15 il vaxt və 100 milyard pul lazımdır. Paytaxtda son 20-30 ildə tikilən binaların ən azı yarısı sökülməlidir. Yenidən normal elmi metodlarla, şəhərsalma qaydalarına uyğun olaraq, binalar inşa edilməlidir. Bütün kommunal infrastrukturlar, xətlər əhali gərginliyi də nəzərə alınaraq, hesablanmalıdır. Lakin praktikada Bakı şəhərinin xilas edilməsi mümkünsüzdür. Ona görə də əlac qalmayıb. Hökumət sürətli şəkildə regionları inkişaf etdirilməli, Bakıda əhalinin sayını iki dəfə azaltmalıdır. Minimum 2 milyon adam ərazidən çıxarılıb regionlara göndərilməlidir”.

Sosioloq bildirib ki, Bakının Baş planına ayrılan büdcə regionlara yönəldilə bilər:

“Xüsusən də məcburi köçkünləri Qarabağa köçürmək lazımdır. Bununla heç olmasa, gərginliyi azaltmaq olar. Artıq Bakı bir şəhər kimi öz funksiyasını itirib. Nə nəqliyyat, nə kommunal sistemi düzgündür, nə də yaşayış məhəllələri normalara uyğundur. Bir neçə gün davamlı yağış, qar yağsa, Bakıda vəziyyət faciəvi həddi də keçəcək. Yəni ötən günkü hadisə hələ yüngül idi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Aprel 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri