Icma.az
close
up
RU
Dünənki imtahan daha çətin olub? DİM dən iddialara CAVAB

Dünənki imtahan daha çətin olub? DİM dən iddialara CAVAB

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Bakıvaxtı.az xəbər verir ki, imtahanda 58732 şagird iştirak edib.

İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 1 nəzarətçi isə iştirakçılara kömək etməyə cəhd etdiyi üçün imtahandan kənarlaşdırılıb. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.

İmtahandan sonra müəllimlər və şagirdlər dünənki imtahanın martın 2-də keçirilən imtahandan fərqləndiyini, riyaziyyat suallarının ilk imtahana nisbətən çətin olduğunu və ingilis dili fənnində dinləmədə problemlər olduğunu iddia edib.

Xanlar Xanlarzadə: Hələlik imtahanların nəticələri təhlil edilmədən konkret fikir söyləmək doğru deyil

Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə bu iddiallarla bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, DİM-in test bankında tapşırıqlar mürəkkəblik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır.

X.Xanlarzadə nəzərə çatdırıb ki, hər bir test blokuna daxil edilən tapşırıqların mürəkkəblik dərəcələri üzrə paylanması eyni olur.

DİM rəsmisinin sözlərinə görə, buraxılış imtahanları 2 istiqamət üzrə keçirilib və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılacaq və digər məlumatlarla birlikdə ictimaiyyətin diqqətinə çatdırılacaq:

“İmtahan nəticələrinin 6 həftə sonra elan olunması nəzərdə tutulur. Hələlik imtahanların nəticələri təhlil edilmədən konkret fikir söyləmək doğru deyil. Lakin tam orta təhsil səviyyəsi üzrə martın 2-də və 9-da keçirilən imtahanların məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğunun şahidi ola bilərək. Uzun illərin elmi-statistik təhlilləri göstərir ki, müxtəlif zonalar üzrə keçirilən imtahanların çətinlik dərəcəsi arasında fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır”.

Dinləmə mətnləri ilə bağlı iddialara gəlincə, X.Xanlarzadə qeyd edib ki, dinləmə müəyyən bir bacarıq tələb edir və mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır:

“Yox, əgər səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb-azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur. Bütün bunlar imtahan zamanı həll oluna bilən məsələlərdir. Ancaq yenə də imtahan nəticələri elan olunduqdan sonra iştirakçıların hər hansı bir məsələ ilə bağlı apellyasiya komissiyasına müraciət etmək hüquqları var”.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri