Icma.az
close
up
RU
Dünya Azərbaycan Türkiyə Pakistan dostluğuna şahidlik etdi Bayram Aslanov

Dünya Azərbaycan Türkiyə Pakistan dostluğuna şahidlik etdi Bayram Aslanov

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

"Azərbaycan - Türkiyə - Pakistan. Bu üç qardaş ölkə bu gün dosuğunun, həmrəyliyinin ən yüksək dövrünü yaşayaır. Dərin tarixi köklərlə bir-birinə bağlı olan Azərbaycan, Türkiyə və Pakistan xalqlarının eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Xoş gündə də, çətin gündə də bir-birinə dəstək olan hər üç qardaş xalqın dostluğu, hərbi və siyasi sahələrdə sıx əməkdaşlığı, həmrəyliyi dünyaya nümunədir".

 Bunu "Unikal"a açıqlamasında YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib. 

O, bildirib ki, beynəlxalq aləm daha bir nüfuzlu tədbirin - üçtərəfli Zirvə görüşünün yüksək səviyyədə həyata keçməsinə şahidlik etdi:

"Bir neçə gün əvvəl dünya ictimaiyyəti Azərbaycan-Türkiyə-Pakistan qardaşlığına, dosluğuna şahidlik etdi. Azərbaycanın Müstəqillik Günündə, Şərqi Zəngəzurda, ölkəmizin dilbər guşəsi Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü qardaş dövlətlər arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq əlaqələrinin əyani təzahürü oldu. Bir neçə gün əvvəl beynəlxalq aləm daha bir nüfuzlu tədbirin - üçtərəfli Zirvə görüşünün yüksək səviyyədə həyata keçməsinə şahidlik etdi. Uğurlu keçən Zirvə görüşü hər üç qardaş ölkənin birlryinin, həmrəyliyinin növbəti dəfə nümayişi idi.

Son illər Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda, Laçında mötəbər tədbirlərin, el şənliklərinin, musiqi festivallarının, idman yarışlarının keçirilməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya mesajıdır. Dünyanın diqqətinin yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə yönəlməsi heç də təsadüfi deyildi. 30 il ərzində işğal altında qalan Laçın şəhərində belə bir nüfuzlu tədbirin keçirilməsi böyük rəmzi məna daşıyırdı. 

“Bu gün əziz qardaşlarımın - Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Bu gün bayram konsertində səslənəcək mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə malik olmağımızı göstərəcək. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi bu sözlər üç dost ölkənin liderlərinin Qarabağda, Şərqi Zəngəzurda birlikdə 28 May - Azərbaycanın Müstəqillik Günündə Laçında bayram tədbirlərində iştirakı və həmrəylik nümayiş etdirmələrinin dünyaya sülh, dostluq, həmrəylik mesajının verdiyini təsdiq edir. İkinci Zirvə görüşü həm də ona görə diqqət mərkəzinə çevrildi ki, artıq Laçın Beynəlxalq Hava Limanı öz qapılarını dünyaya açıq elan etdi. 

Sevindirici haldır ki, bu gün də Türkiyə, Pakistan və Azərbaycan arasında iqtisadi, mədəni, enerji, hərbi və hərbi sənaye sahələri üzrə əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri üç qardaş ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsindən, sarsılmaz dostluqdan və qardaşlıqdan xəbər verir". 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://unikal.az
archiveBu xəbər 30 May 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri