Icma.az
close
up
RU
Dünya azərbaycanlıları yenidən bir arada

Dünya azərbaycanlıları yenidən bir arada

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qarabağ Zəfərinin 5 illiyinin qeyd edildiyi 2025-ci il dünya azərbaycanlılarının yaddaşına qürur, birlik və milli ruh ili kimi həkk olunub. Soydaşlarımız Zəfərimizlə bağlı 81 ölkədə 100-ə yaxın tədbir təşkil etməklə Azərbaycanın onlar üçün misilsiz qürur mənbəyi olduğunu, yola saldığımız ilin tariximizin unudulmaz mərhələsinə çevrildiyini nümayiş etdiriblər.  

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ənənəyə uyğun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil etdiyi “Bir olaq, həmrəy olaq!” adlı videokonfransda Zəfər ilinin ruhu hiss olunub, görüş soydaşlarımızda  Vətənə olan sonsuz sevginin parlaq təzahürünə çevrilib.

Görüşdə 86 ölkədən 1000-ə yaxın soydaşımız iştirak edib.

Videokonfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

DİDK sədri Fuad Muradov soydaşlarımızı salamlayıb, Prezident İlham Əliyevin həyata keçirdiyi diaspor siyasətinin uğurlu nəticələrindən danışıb, diasporumuzun  2025-ci ildə birlik və iradəsini, milli gücünü bir daha dünyaya nümayiş etdirdiyini qeyd edib.

Konfransda komitənin və Azərbaycan diasporunun 2025-ci ildəki fəaliyyətini əks etdirən videohesabat təqdim olunub, xaricdəki icmalarımızı fərqləndirən, fəaliyyətlərinə dəyər qatan layihələr barədə danışılıb. Nəzərə çatdırılıb ki, hazırda dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi, 15 Koordinasiya Şurası, yüzlərlə diaspor təşkilatı, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Qarabağ adlı həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir.

Soydaşlarımız Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, dünya azərbaycanlılarına daim həssas münasibət və qayğı göstərən dövlət başçısına minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın və onun siyasi rəhbərliyinin yanında olduqlarını bəyan ediblər.

Çıxış edənlər dünya azərbaycanlılarının birlik və həmrəylik içində, koordinasiyalı şəkildə fəaliyyət göstərdiklərini, Zəfərin 5 iliyinin hər bir soydaşımız üçün qürurun, sevincin və milli birliyin zirvəsi olduğunu dilə gətirib, həmrəylik və sülh çağırışlarını səsləndiriblər. Dünya azərbaycanlıları 2026-cı ilin yeni ideyalar, yeni məqsədlər və yeni başlanğıclar ili olacağına ümidlərini ifadə ediblər.

Daha sonra Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı səmərəli işlərinə görə bir qrup diaspor üzvü “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Görüşdə Azərbaycan mədəniyyətini dünyada tanıtdıran diaspor üzvlərinin iştirakı ilə müxtəlif musiqi nömrələri nümayiş olunub, soydaşlarımızı birliyə, həmrəyliyə çağıran Diaspor Himni səsləndirilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri