Icma.az
close
up
RU
Dünya azərbaycanlıları bir yumruq kimidir AYDINLIQ GƏTİRİLDİ

Dünya azərbaycanlıları bir yumruq kimidir AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü ən böyük bayramlarımızdan biri kimi qeyd olunmalıdır. Çünki biz böyük bir xalqın nümayəndələriyik və dünyanın müxtəlif yerlərinə səpələnmiş formada yaşayırıq. Hazırda dövlətimizdə, respublikamızda demək olar ki, xalqımızın yalnız 20 faizi, yəni beşdə biri yaşayır". Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, bu bizim ümumi dövlətimizdir, amma xalqımız dünyanın müxtəlif yerlərində geniş şəkildə yaşayır və öz azərbaycanlılıqlarını qoruyub saxlayırlar: "Biz dünyanın ən uzaq ölkəsində belə on il, iyirmi, otuz, qırx il yaşasaq da, azərbaycanlılığımızı unutmuruq, itirmirik. Milli adət-ənənələrimizi, milli bayramlarımızı, məişətimizi, psixologiyamızı, ailə dəyərlərimizi bu prinsiplər üzərində qoruyuruq. Bu o deməkdir ki, azərbaycanlılıq bizim ən böyük dəyərimizdir. Azərbaycanlı üçün dünyanın harasında yaşamasından asılı olmayaraq həyat tərzi, düşüncəsi, şüuru, dəyərləri eynidir. Xalqımız bütövdür. Dövlətimiz müxtəlif ölçüdə ola bilər – balaca da, böyük də, bu fərq etməz. Amma xalqımız azı 40–50 milyonluq bir xalqdır və bu xalq ildə azı bir günü Həmrəylik Günü kimi qeyd etməlidir. Bu zaman əlaqələr yaranır, dünya azərbaycanlıları arasında yaxınlıq bərpa olunur, azərbaycanlılıq meyarları itmir. Başqa ölkələrdə doğulan uşaqlar da o ölkənin psixologiyasında böyüsələr belə, azərbaycanlı olduqlarını unutmurlar və bu mədəniyyətə yiyələnirlər.

Bu cür tədbirlər bütün ölkələrdə yaşayan azərbaycanlı diasporaları tərəfindən yüksək səviyyədə qeyd olunmalıdır. Azərbaycanda da yüksək səviyyədə keçirilməlidir. Bu günlərdə müxtəlif tədbirlər keçirilir, əlaqələr yaradılır, televiziya verilişləri hazırlanır, çıxışlar olur ki, dünya azərbaycanlıları milli-mədəni dəyərlərimizi, qədim adət-ənənələrimizi, psixologiyamızı yaşatsınlar.

Bir xalqın bütövlüyü üçün bu vacibdir. Harada yaşamasından asılı olmayaraq insan öz millətini unutmamalı, dəyərlərini qorumalıdır. Bizi birləşdirən əsas dəyər "Azərbaycanlılıqdır", “Azərbaycan” sözüdür. Bunu unutmamalıyıq. Biz dünyada da belə tanınırıq. Dövlətimiz bir yerdə olsa da, xalqımız bütün dünyada yaşayır və vahid bir orqanizm kimi çıxış edir. Müharibə dövründə də gördük ki, dünya azərbaycanlıları bir yumruq kimi birləşdi, dəstək verdi, informativ müharibədə ölkəmizi müdafiə etdi. Bu böyük bir gücdür – dövlətimizin gücündən əlavə dünya azərbaycanlılarının gücü də artıq bir dünya gücünə çevrilir.

Ona görə Həmrəylik Gününü ən böyük bayramlarımızdan biri kimi qəbul edirəm. İlin bir günü rəmzi olaraq qeyd olunur, amma əslində biz ilin hər günü həmrəy olmalıyıq. Bu tarix – ilin son günü – bir nümunədir. Amma ilboyu dünya azərbaycanlıları azərbaycanlı adını xatırlamalı, hansı xalqa mənsub olduqlarını bir daha səsləndirməlidirlər. Bu çox gözəl bir milli həmrəylik platformasıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Dekabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri