Icma.az
close
up
RU
Dünya azərbaycanlıları birlikdə güclüdür !

Dünya azərbaycanlıları birlikdə güclüdür !

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər kəs yaxşı bilir ki,dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi məhz, Ümummilli Liderimiz Heydər Əliyev olmuşdur. Ulu Öndərimiz xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Heydər Əliyevin Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması baxımından çox mühüm tarixi əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultaydan bir neçə ay sonra, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirmiş, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etmiş, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına böyük təkan vermişdir.

Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın mütəşəkkil qüvvə kimi formalaşmaq, öz tarixi Vətənləri ilə əlaqələrini sıxlaşdırmaq istəyinin reallığa çevrilməsi məhz, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 33 il əvvəl başladılmış həmrəylik hərakatı ilə bağlıdır. Ulu Öndər tərəfindən 31 dekabrın - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biridir. Əlbəttə ki,bu birliyin, həmrəyliyin istinad nöqtəsini və ana xəttini azərbaycançılıq ideyası təşkil edir. Ümummilli Lider Heydər Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının Azərbaycanı özünün doğma Vətəni hesab etməsinə çalışırdı, bu haqda Ulu Öndər bildirirdi ki: ”Əziz Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən!”. Ulu Öndər Heydər Əliyevin milli həmrəylik və azərbaycançılıq ideyası bu gün milli həmrəylik və diaspor fəaliyyətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı milli mənafeləri naminə daha sıx birləşməyə, doğma Vətənimizin inkişafında fəal iştirak etməyə ruhlandırır.

Dövlət müstəqilliyini, suverenliyini bərpa edən müdrik xalqımız hazırda öz şərəfli günlərini yaşayır. 44 günlük Vətən müharibəsi müddətində xalqımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdi. Həmin günlərdə İlham Əliyev cənablarının yenilməz qətiyyəti bütün cəmiyyətimizi birbaşa qələbəyə kökləndirdi. Məhz Azərbaycan Prezidentinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda Möhtəşəm Zəfərə apardı. Odur ki, İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş bir qəhrəmanlıq dastanıdır. Bu şanlı tarixi bizlərə yaşatdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına, onun rəhbərliyi altında qəhrəmanlıq göstərən əsgər və zabitlərimizə, müqəddəs şəhidlərimizə, igid qazilərimizə minnətdarıq. Hazırda bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil, suveren Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq dörd ildir ki, dünya azərbaycanlıları da, bütün Azərbaycan xalqı kimi böyük ruh yüksəkliyi ilə, başı uca, alnı açıq, üzü ağ yaşayırlar.

Bu gün Qalib Azərbaycan güclü iqtisadiyyata, müstəqil siyasətə,qüdrətli orduya malik bir ölkədir, ölkəmiz böyük iqtisadi, siyasi və mədəni potensiala malikdir, davamlı ictimai-siyasi sabitlik təmin olunmuşdur. Vətənimizin hərtərəfli inkişafı ilə bağlı qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əzmlə çalışırıq. Ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsində, qədim və zəngin mədəniyyətinin təbliğində, Azərbaycana qarşı təxribatçı əməllərin qarşısının alınmasında diaspor təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. Buna görə də xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında günü-gündən daha sıx birləşirlər.

Hazırki dövrdə dünyanın çox qarışıq, mürəkkəb bir vaxtında ölkəmiz bütün sahələrdə demək olar ki, hər gün yeni-yeni uğurlara, qələbələrə imza atır. Hazırda Azərbaycan dünya miqyasında həm də bir idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənablarının idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının nəticəsidir. Ölkəmizin beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi böyük uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malik bir ölkə olduğunu bir daha sübut edir.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev cənabları 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə idmançılarla görüş keçirdi. Qeyd etmək yerinə düşərdi ki, Ölkə Başçısının bu görüşü həm də öz doğum gününə təsadüf edirdi və bu da ölkəmizdə idmana olan diqqət və qayğının bir təzahürüdür. 2024-cü ilin idman yekunlarına həsr olunan görüşdə Dövlət Başçısı ölkə idmançılarının uğurlarından danışaraq əldə edilmiş nailiyyətlərə görə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə öz təbrikini etdi. Ölkə Rəhbəri bildirdi ki, hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.

Asəf Salmanov

YAP Qazax rayon təşkilatının əməkdaşı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Le Pen məhkəmədən apellyasiya şikayəti verəcək

31 Mart 2025 22:46see217

Pərvinin leopart naxışlı geyimi FOTOLAR

31 Mart 2025 22:12see217

1 Aprel Gülüş və zarafat günü

01 Aprel 2025 00:00see206

Ermənistan silahlı təxribatlarını belə gizlədir

31 Mart 2025 18:30see163

Xaçmaz və Qubadakı yanğınlar söndürüldü

31 Mart 2025 23:39see150

Azərbaycanda 12 günluk bayram tətili BAŞA ÇATDI

01 Aprel 2025 00:00see134

İran ABŞ ni nüvə silahı ilə hədələdi

01 Aprel 2025 01:08see133

Ermənistan KTMT üzvlüyünü davam etdirəcək RƏY

31 Mart 2025 18:20see129

İsrailin maliyyə naziri Bezalel Smotriç istefa verib

01 Aprel 2025 01:14see129

Şimal bölgəsində 5 kənddə YANĞIN

31 Mart 2025 16:13see128

NTD nin prezidenti: “Mövsümdə heç kim bizi ciddi qəbul etmirdi”

01 Aprel 2025 10:33see123

Tramp ABŞ ın Afrikadakı hərbi mövcudluğunu azalda bilər

31 Mart 2025 23:22see122

“İsrail bayramda Qəzzaya hücumları qəsdən artırıb” HƏMAS

01 Aprel 2025 09:40see122

Bu, bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətdir Deputat

01 Aprel 2025 10:32see120

Həkim daimi şirniyyata olan həvəsin səbəblərini açıqladı

01 Aprel 2025 10:35see120

Valeh Məhərrəmli vəfat etdi

02 Aprel 2025 00:50see119

Çinlilər qədim insanın üzünü bərpa ediblər…

02 Aprel 2025 00:57see119

Dövlət rüsumlarını ödəmək daha da asanlaşdı Video

01 Aprel 2025 10:32see118

AZAL ın qəzaya uğrayan təyyarəsi haqqında sənədli film hazırlanıb VİDEO

01 Aprel 2025 10:31see117

Qadınlar səyahətə niyə tək gedirlər? Heyrətləndirən səbəb

02 Aprel 2025 01:13see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri