Icma.az
close
up
RU
Dünya azərbaycanlılarının birliyi: Qələbələrimizin təminatıdır

Dünya azərbaycanlılarının birliyi: Qələbələrimizin təminatıdır

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.

Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər. 

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, Azərbaycan dövlətinin dünəni, bügünü və gələcəyi Ulu Öndərimiz Heydər Əliyevin ideyaları, onun əməlləri, həyata keçirdiyi çox mühüm tədbirlərlə bağlıdır:

"Əlbəttə ki, bu ideyalar, təşəbbüslər bu gün də özünün aydın ifadəsini inkişafımızda, uğurlarımızda göstərir və tarix boyu göstərəcək. Bu baxımdan, dünya azərbaycanlılarının birliyinin, həmrəyliyinin təmin olunması, onların səyləri nəticəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dəstəklənməsi çox vacib idi və sağlığında Ulu öndərimiz bu məsələlərə çox böyük diqqət və qayğı göstərdi.

2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsinə zəmin yaratmaqla, təşəbbüs göstərməklə dünya azərbaycanlılarını bir araya gətirdi. Qurultayın keçirilməsində əsas məqsəd azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsinə, dünyada yaşayan soydaşlarımızı bir araya gətirməyə, birliyin və həmrəyliyin təmin olunmasına, Azərbaycan icmalarının, birliklərinin fəaliyyətinin əlaqələndirilməsinə və ən vacib məsələlərdə bir məqsəd uğrunda mübarizəni təmin etməyə yönəldilmişdi.

O dövrdə Azərbaycan torpaqları işğal altında olduğu bir vaxtda belə bir qurultayın keçirilməsi zəruri idi və dövrün tələblərindən irəli gəlirdi. Heydər Əliyev qurultayda dünya azərbaycanlıları qarşısında çox vacib və Azərbaycanın gələcəyi üçün əhəmiyyətli olan məsələlər qoydu. Bu ənənələr, məsələlər sonrakı dövrdə həyatda özünün aydın, uğurlu nəticələrini göstərdi və bu ənənələrin davam etdirilməsi bu gün dünya azərbaycanlılarının bir araya gəlməsində çox mühüm rola malikdir”. 

Deputat bildirib ki, Ulu Öndərimizin qoyduğu bu təməl bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və möhkəmləndirilir:

“Dünya azərbaycanlılarının 2022-ci ilin aprel ayında keçirdiy qurultay buna bir daha nümunədir. Həmin qurultayda Azərbaycan Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlıları üçün vacib olan tarixi məruzəsini etdi. Dünya azərbaycanlılarının həmrəyliyi, birliyi üçün vacib olan ən mühüm vəzifələri qarşıya qoydu və həm də düşmən üzərində tarixi qələbələrimizin qazanmasında soydaşlarımızın roluna, onların fəaliyyətinə mühüm əhəmiyyət verdi.

Cənab İlham Əliyev qeyd etdi ki, hər hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq azərbaycanlılar Azərbaycanın inkişafı, tanıdılması, haqq səsinin eşidilməsi uğrunda mübarizədə fəal olmalıdırlar. Azərbaycanlı adını, şöhrətini ucaltmalıdırlar və həmin ölkənin vətəndaşı olmaları ilə fəxr etməklə bərabər həm azərbaycanlı olduqları üçün fəxr etməlidirlər. Bu müqəddəs bir amaldır, hər bir azərbaycanlının Vətəni, torpağı və and yeridir. Ona görə də Azərbaycanın tanıdılması, ucaldılması azərbaycanlıların birliyindən, həmrəyliyindən, vacib məqsəd uğrunda mübarizələrindən keçir".

Millət vəkilin sözlərinə görə, bu gün həmin məqsəd, amal uğrunda ölkə rəhbəri başda olmaqla, eləcə də bir çox qurumlar diaspor təşkilatları ilə iş, əhəmiyyətli tədbirlər həyata keçirirlər:

"Dünyada aparılan ideoloji mübarizə bir çox ölkələrdə Azərbaycan əleyhinə yönəldilən məkrli məqsədlərin, niyyətlərin qarşısının alınmasında, onlara etiraz edilməsində azərbaycanlılar öz rollarını ortaya qoyur və fəaliyyətlərini genişləndirirlər. Diasporla İş üzrə Dövlət Komitəsi, eləcə də ayrı-ayrı birliklər, icmalar bu sahədə bundan sonra da fəaliyyətlərini yüksəltməyə borcludurlar. Çünki Azərbaycan bu gün tam suveren, müstəqil siyasət yeridən bir dövlətdir. Cənab İlham Əliyev dəfələrlə bunu xatırladıb ki, biz birlikdə güclüyük, biz heç bir ölkənin diktəsi ilə işləmirik, biz özümüzə, öz gücümüzə, öz xalqımıza və birliyimizə əsaslanırıq. Dünya azərbaycanlılarının birliyi qələbələrimizin təminatı, uğurlarımızın əsasıdır.

Çünki rəhbərimizin qeyd etdiyi kimi biz bir olanda, həmrəy olanda güclü oluruq. Bu gün dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, bu gün öz bayramlarını yüksək əhval-ruhiyyə şəraitində keçirməsi hər birimizdə qürur doğurur. Mən də dünya azərbaycanlılarını bu bayram münasibətilə təbrik edirəm, onları dövlətimizin rəhbəri ətrafında, bir məqsəd uğrunda birliyə çağırıram. Əminəm ki, dünya azərbaycanlıları müstəqil, tam suveren Azərbaycanın daha böyük uğurlar qazanması üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər".

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Dekabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri