Icma.az
close
up
RU
Qələbələrimizin daha bir ünvanı:VAŞİNQTON SAZİŞİ! KÖŞƏ

Qələbələrimizin daha bir ünvanı:VAŞİNQTON SAZİŞİ! KÖŞƏ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bilmirəm, dünya tarixində əsarətdən qurtulub Müstəqillik yoluna qədəm qoyan və cəmi 34 ildə bu qədər tarixi nailiyyətlərə imza atan, bu qədər sürətlə dünya birliyində söz sahibi bir ölkəyə çevrilən Azərbaycan Respublikasından başqa ikinci dövlət varmı və olubmu? Mən bilmirəm, əgər bilən varsa, buyurub göstərsin.

Yaxın keçmişimizə qısa bir səyahət edək. 1991-ci ildə Müstəqilliyini bərpa edən Azərbaycan böyük güclərin əli ilə ədalətsiz münaqişəyə cəlb olunmuşdu. Dünya siyasətindən baş çıxarmayan, dövlət və dövlətçilik fəlsəfəsinin mahiyyətini belə düz-əməlli qavramayan naşı siyasətçilərin sayəsində ilk illərdə məmləkət ölüm-qalım dilemması ilə üz-üzə qalmışdı. İnsanların həmin illərdəki həyat tərzindən, sosial durumundan isə danışmağa belə dəyməz. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli xahişi ilə respublika rəhbərliyinə gətirilməsindən sonra isə hər il yeni-yeni tarixi nailiyyətlərə imza atılmağa başladı. Regiondakı və dünyadakı mövcud durumu dəqiq qiymətləndirən Heydər əliyev 1994-cü ilin mayında, bəzi dünya güclərinin ürəyincə olmasa da, Ermənistanla atəşkəs sazişi imzaladı. Görüləcək işlər, gələcək qələbələr üçün bu atəşkəsin nə qədər vacib və nə qədər doğru addım olduğunu deməyə ehtiyac yoxdur. Cəmi bir neçə ay sonra – sentyabrın 20-də dünyanın ən nəhəng neft şirkətləri ilə Əsrin Müqaviləsi imzalandı. Bundan hiddətlənən bəzi-bəzi dövlətlər içimizdəki emissarları vasitəsilə Azərbaycanı bu tarixi nailiyyətdən məhrum etmək üçün əllərindən gələni etdilər. Amma unutdular ki, vaxtilə SSRİ kimi nəhəng bir ölkəni barmağında fırladan qüdrətli bir düha var qarşılarında. Beləcə, arzuları ürəklərində qaldı. Əsrin Müqaviləsinin ardınca Bakı-Ceyhan, Bakı-Supsa, Bakı-Qars layihələri icra olundu. Bunların hər biri təkcə Azərbaycana iqtisadi dividentlər gətirmədi, həm də gerçək müstəqil siyasət yürüdən bir ölkə kimi Azərbaycanın dünyadakı nüfuzunu on dəfələrlə artırdı. Bu 32 ildə əldə olunan bütün nailiyyətləri sıralasaq, nəinki bir köşə yazısına, bir qəzetə, hətta bir kitaba da sığmaz. Odur ki, bütün nailiyyətlərimizin sonunda Azərbaycan vətəndaşının 30 il əvvəlki sosial durumu ilə indiki həyat şəraitini göz önünə gətirmək kifayətdir ki, bütün bu nailiyyətlərin sonucunda Azərbaycan vətəndaşının rifahının ali məqsəd olduğunu anlayaq.

Azərbaycan kimi gənc və kiçik bir ölkə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. Özü də rekord səslə. Hələ BMT tarixində bu şuraya üzv seçilən ikinci bir ölkə yoxdu ki, BMT üzvü olan 170-dən çox ölkənin səsini ala bilsin. Qoşulmama hərəkatına ikinci bir dövlət olmayıb ki, iki illik sədrliyi başa çatandan sonra onu təkidlə təkrar bu quruma sədr seçsinlər. İlk baxışda sıradan bir hadisə kimi görünən bu faktlar özlüyündə bir tarixi hadisədir və bunlarla qürur duymaq gərəkir. İqtisadçı olmadığıma görə iqtisadi nailiyyətlərə varmadan (zatən iqtisadi inkişafımızı hər kəs öz həyatında görməkdədir-T.N.), əldə edilən tarixi qələbələrdən daha möhtəşəmlərini xatırlatmaq istəyirəm. 2020-ci ildə ermənilərin və onlara dəstək verən dünya güclərinin 200 illik məkrli siyasətinə, nəhayət ki, son qoyuldu. Vətən uğrunda bütöv bir millətin Dəmir Yumruq kimi vahidləşməsi bu qələbənin başlıca amillərindən oldusa, bu milləti Vətən naminə bu qədər möhkəm şəkildə birlik göstərməsinə gətirib çıxaran isə dövlətin, hakimiyyətin məqsədyönlü siyasətinin möhtəşəm nəticəsi idi ki, əslində bunun özü tarixə qızıl hərflərlə yazılası məqamlardandır. 2023-cü ilin sentyabrında XIX əsrin əvvəllərindən məkrli məqsədlərlə yerləşdirilmiş erməni ünsürlərinin separatizminə son qoymaqla daha bir tarixi qələbəyə imza atıldı. Fransa kimi dünya gücünün açıq anti-Azərbaycan fəliyyətinini, digər neçı-neçı ermənipərəst ölkələrin gizli və məkrli bütün istəklərini gözlərində qoyan müdrik, təmkinli və qətiyyətli siyasi-diplomatik mübarizə isə, özü bir tarixi nailiyyətdir. Nəhayət,bütün bu nailiyyətlərin, qələbələrin son akkordu – 8 AVQUST 2025-cil VAŞİNQTON SAZİŞİ!!!

Mən iqtisadçı və siyasətçi olmadığıma görə, bu sazişin nə iqdisadi, nə də siyasi əhəmiyyətindən danışmaq istəmirəm. İqdisadçılarımız da, siyasi şərhçilərimiz də bu barədə yetərincə bizləri maarifləndirirlər. Bu, növbəti möhtəşəm tarixi qələnənin, mənim düşüncəmə görə ən böyük tarixi əhəmiyyəti millətimizdə, ölkəmizin uşaqdan böyüyə hər bir vətəndaşında doğurduğu inam və qürur hissidir ki, bunu hər iqtidar bu qədər möhtəşəm bəxş edə bilməz xalqına...

Könlümdən çox söz demək keçir. Amma zəngin Azərbaycan dilimizdə könlümdən keçənləri ifadə etməkdə zorlanıram. Odur ki, bütün xalqın demək istədiyi bir cümlə ilə yazımı tamamlayıram:

- Xalqına, millətinə bəxş etdiyin bu qürura, bu möhtəşəm qələbəyə (və qələbələrə) görə yaşa, var ol, MİLLƏTİNİN FATEH LİDERİ, ALİ BAŞ KOMANDAN, CƏNAB PREZİDENT!!!

Təhmasib Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri