Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Eyni tempdə davam edirik” Rui Jorje

Qələbələrimizin siyasi təməli ŞƏRH

Qələbələrimizin siyasi təməli ŞƏRH

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyasının yaranması 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşılaşdığı ağır siyasi, hərbi və iqtisadi vəziyyətin ortaya çıxardığı tarixi zərurət idi. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan ciddi sınaqlarla üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimiz işğal olunur, cəbhədə vəziyyət ağırlaşır, ölkə daxilində isə siyasi qarşıdurmalar dərinləşirdi. Hakimiyyət böhranı dövlət idarəçiliyinə mənfi təsir göstərir, iqtisadi əlaqələr pozulur, insanların sosial vəziyyəti getdikcə ağırlaşırdı. Separatçılıq meyillərinin güclənməsi və müxtəlif silahlı qrupların fəaliyyəti Azərbaycanın dövlət kimi gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaradırdı.

Belə bir şəraitdə ölkənin gələcəyini düşünən, baş verən proseslərdən narahat olan insanlar Azərbaycanın düşdüyü vəziyyətdən çıxış yolunu Ulu Öndər Heydər Əliyevin siyasi təcrübəsi və dövlətçilik mövqeyi ilə bağlayırdılar. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis qurultayı bu baxışların siyasi təşkilatlanmasına imkan verdi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələr Heydər Əliyevin rəhbərliyi ətrafında birləşərək ölkənin müstəqilliyinin qorunmasını, dövlətçiliyin möhkəmləndirilməsini və Azərbaycanın üzləşdiyi problemlərin aradan qaldırılmasını əsas məqsədlər kimi qarşıya qoydular.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edərkən Azərbaycanın qələbələrinin başlanğıc tarixinin məhz Partiyanın təsis qurultayından götürüldüyünü qeyd edib. Bu fikir 1992-ci ildən sonrakı hadisələrin ardıcıllığına nəzər saldıqda daha aydın görünür. YAP-ın yaranması ilə ölkədə dövlətçilik məsələlərinə, milli maraqlara və siyasi sabitliyə əsaslanan yeni yanaşma formalaşmağa başladı. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı isə bu prosesin dövlət səviyyəsində həyata keçirilməsi üçün yeni mərhələ açdı.
Həmin vaxt Azərbaycanın qarşısında yalnız Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması deyil, həm də dövlətin özünün qorunması və möhkəmləndirilməsi vəzifəsi dayanırdı. Ölkədə vətəndaş qarşıdurması təhlükəsi, separatçılıq meyilləri, iqtisadi böhran və idarəetmədə yaranmış ciddi problemlər eyni vaxtda həllini gözləyirdi. Heydər Əliyevin rəhbərliyi ilə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının gücləndirilməsi, qanunçuluğun möhkəmləndirilməsi və iqtisadi həyatın bərpası istiqamətində ardıcıl tədbirlər görüldü. Bu addımlar Azərbaycanın gələcək inkişafı üçün zəruri siyasi və iqtisadi əsasların formalaşmasına şərait yaratdı.
Ulu Öndərin müəyyən etdiyi siyasətdə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və iqtisadi müstəqilliyin təmin olunması da mühüm yer tuturdu. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” xarici investisiyaların ölkəyə cəlb edilməsi, enerji sektorunun inkişafı və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi baxımından böyük imkanlar yaratdı. Eyni zamanda, ölkəmiz beynəlxalq təşkilatlarda öz mövqeyini daha ardıcıl müdafiə etməyə, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrini dünya ictimaiyyətinə çatdırmağa başladı. Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi sonrakı mərhələdə ölkənin siyasi və iqtisadi imkanlarının artmasına ciddi təsir göstərdi.
Prezident İlham Əliyev VIII Qurultaydakı çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin əsas istiqamətlərinin dəyişməz qaldığını xüsusi vurğulayıb. Dövlət müstəqilliyinin qorunması, iqtisadi müstəqilliyin təmin edilməsi, güclü ordu quruculuğu və ölkənin bütün imkanlarından milli maraqlar naminə istifadə olunması həmin xəttin əsas istiqamətləri kimi qeyd edilib. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət yeni mərhələdə davam etdirildi. Ölkənin iqtisadi potensialı genişləndi, iri infrastruktur layihələri həyata keçirildi, enerji və nəqliyyat imkanları artırıldı, müdafiə sənayesi və ordu quruculuğu istiqamətində mühüm nəticələr əldə edildi.
Bütün bunlar Azərbaycanın qarşısında duran əsas milli məqsədə — ərazi bütövlüyünün və suverenliyin bərpasına xidmət edən geniş imkanlar yaratdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Azərbaycan Ordusunun hərbi uğurları dövlətin uzun illər ərzində həyata keçirdiyi ordu quruculuğu siyasətinin nəticələrindən biri kimi qiymətləndirildi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyi təmin edildi. Prezident İlham Əliyev VIII Qurultayda 2020-ci il Zəfəri ilə yanaşı, 2023-cü ilin sentyabr hadisələrinin də tarixi əhəmiyyətini xüsusi qeyd edib.
Bu baxımdan YAP-ın yaranmasından sonrakı dövrə yalnız ayrı-ayrı siyasi hadisələrin ardıcıllığı kimi yanaşmaq düzgün olmaz. 1992-ci ildə qarşıya qoyulan dövlətçilik məqsədləri sonrakı illərdə siyasi sabitlik, iqtisadi inkişaf, beynəlxalq mövqelərin gücləndirilməsi və hərbi potensialın artırılması istiqamətində görülən işlərlə davam etdirildi. Nəticədə Azərbaycan əvvəlcə öz dövlət müstəqilliyini möhkəmləndirdi, daha sonra iqtisadi və hərbi imkanlarını artırdı və nəhayət, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi.
VIII Qurultayda Prezident İlham Əliyevin çıxışı həm bu tarixi yolu, həm də qarşıdakı dövrün vəzifələrini əhatə edib. Güclü ordunun qorunması, milli təhlükəsizliyin təmin edilməsi, ideoloji təhlükəsizliyə diqqətin artırılması, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi və təhsilin inkişafı əsas məsələlər sırasında yer alıb. Xarici siyasətdə müstəqil xəttin davam etdirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı və Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi də qarşıdakı mərhələnin mühüm istiqamətləri kimi diqqətə çatdırılıb. İqtisadi sahədə isə investisiyaların cəlb edilməsi, yeni istehsal və infrastruktur imkanlarının yaradılması, ölkənin artan potensialından səmərəli istifadə olunması qarşıda duran vəzifələr sırasındadır.
Azərbaycanın əldə etdiyi tarixi nəticələr ardıcıl və məqsədyönlü dövlət siyasətinin, xalqın birliyinin və milli iradənin ortaya qoyduğu gücün nəticəsidir. Bu gün ölkəmizin qarşısında dayanan məsələlərə də məhz bu dövlətçilik düşüncəsi və milli maraqların üstün tutulması baxımından yanaşılır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın keçdiyi yolun əsas məqamlarını bir daha diqqətə çatdırmaqla yanaşı, ölkəmizin siyasi, iqtisadi və ictimai həyatında formalaşmış möhkəm dayaqların əhəmiyyətini də göstərdi.

Abdulxeyir Nəcəfov,
Salyan rayon Marışlı kənd tam orta məktəbinin direktoru, YAP fəalı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see331

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see312

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see308

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see289

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see285

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see282

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see275

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see265

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see258

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see249

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see241

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see237

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see236

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see229

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see224

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see215

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see210

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see210

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see207

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri