Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik və zəfər simvoludur

Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik və zəfər simvoludur

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il dekabrın 31-i dünya azərbaycanlılarının milli birlik, həmrəylik və mənəvi yaxınlıq simvolu olan Həmrəylik Günü kimi qeyd olunur. Bu gün Azərbaycanın dövlət müstəqilliyi, milli kimliyi və qlobal miqyasda soydaşlarımızın həmrəyliyini daha da gücləndirən mühüm bir tarixi hadisədir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə təsis edilən və Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə inkişaf etdirilən bu gün milli dəyərlərimizi təcəssüm etdirir.

Qeyd edək ki, 1991-ci ilindekabrın 16-da hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi. Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli həmrəylik ideyasının təşəbbüskarı və həyata keçirilməsində əsas rol oynayan şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində dünya azərbaycanlıları birləşərək həm öz aralarında, həm də Vətənlə daha sıx əlaqələr qurmuşlar. Ümummilli lider Heydər Əliyev hər zaman vurğulamışdır ki, milli birliyimiz Azərbaycan xalqının gücünün əsasıdır. Bu tarixi addım soydaşlarımız arasında milli mənsubiyyət hissini gücləndirmiş və dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirmişdir. Onun bu sahədəki siyasəti həm də diaspor təşkilatlarının yaradılması və fəaliyyətinin genişlənməsinə böyük təkan vermişdir.Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılan milli həmrəylik siyasəti yalnız ölkə daxilində deyil, xaricdə yaşayan azərbaycanlılar arasında da öz bəhrəsini vermişdir. Onun dünya azərbaycanlılarına ünvanladığı mesajlar milli birliyin və həmrəyliyin əhəmiyyətini hər kəsə çatdırmışdır. Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan rəhbərliyinin prioritet istiqaməti kimi qorunub saxlanılır və inkişaf etdirilir.Ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyindəki tarixi rolu, onun milli maraqların müdafiəsindəki qətiyyəti və uzaqgörən siyasəti xalqımızın qürur mənbəyidir. Bu siyasət gələcək nəsillər üçün örnək olaraq qalacaq.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə milli həmrəylik siyasəti daha da inkişaf etdirildi. Ulu öndər bu günün yalnız bir bayram deyil, həm də dünya azərbaycanlılarının milli mənsubiyyətlərini qorumaq, tarixi yaddaşlarını gücləndirmək və Azərbaycanı beynəlxalq arenada tanıtmaq üçün bir vasitə olmasını təmin etdi. Heydər Əliyevin dünya azərbaycanlılarına ünvanladığı müraciətlərdə hər zaman birliyimizin və həmrəyliyimizin Azərbaycan xalqının gücünün təməli olduğu vurğulanırdı.

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında milli həmrəylik siyasəti yeni bir mərhələyə qədəm qoyub. Cənab İlham Əliyev dünya azərbaycanlılarının maraqlarını müdafiə edən və onların vahid platforma ətrafında birləşməsini təmin edən müxtəlif təşəbbüslərlə çıxış edib. Dünya Azərbaycanlılarının Qurultaylarının keçirilməsi bu siyasətin mühüm komponentlərindən biridir. Bu qurultaylar dünya azərbaycanlılarını bir araya gətirərək, onların milli maraqlarını müzakirə etmək və müştərək layihələr həyata keçirmək üçün əhəmiyyətli bir platforma olub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə diaspor təşkilatlarının yaradılması və fəaliyyətinin genişləndirilməsi dünya azərbaycanlılarının həmrəyliyinə böyük töhfə verib. Xüsusilə, Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının göstərdiyi həmrəylik və dəstək Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirilir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da dünya azərbaycanlılarının milli həmrəylik ideyasına böyük töhfələr vermişdir. Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu milli-mədəni irsimizin qorunması, dünyada Azərbaycan həqiqətlərinin təbliği və soydaşlarımızın həmrəyliyinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görmüşdür.Bu fəaliyyətlər yalnız mədəniyyət sahəsində deyil, həm də milli həmrəylik və soydaşlarımızın milli mənsubiyyət hissinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən xeyriyyə layihələri də dünya azərbaycanlıları arasında birliyin gücləndirilməsinə xidmət edir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü yalnız milli birlik bayramı deyil, həm də xalqımızın gücünü və birliyini nümayiş etdirən simvolik bir gündür. Milli həmrəylik Azərbaycan xalqının müstəqilliyini qoruyub saxlamaqda və qlobal arenada öz mövqeyini möhkəmləndirməkdə mühüm rol oynayır.

Xüsusilə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə, eləcə də, əldə olunan tarixi Zəfərlərdə dünya azərbaycanlılarının birliyi və həmrəyliyini açıq şəkildə göstərdi. Bu müddət ərzində dünya azərbaycanlıları maddi və mənəvi dəstək göstərərək, Azərbaycanın haqq işini beynəlxalq səviyyədə müdafiə etdilər.

Həmrəylik yalnız dövlətin deyil, hər bir azərbaycanlının vəzifəsidir. Bu gün dünya azərbaycanlıları arasında həmrəyliyin daha da gücləndirilməsi, onların mədəni, sosial və iqtisadi fəaliyyətlərinin əlaqələndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli kimliyimizin, tariximizin və birliyimizin simvoludur. Bu gün Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi, Prezident İlham Əliyevin uğurlu rəhbərliyinin davamı və Mehriban xanım Əliyevanın mədəniyyətimizin və dəyərlərimizin qorunması istiqamətindəki yorulmaz fəaliyyətinin nəticəsidir.

Milli həmrəylik Azərbaycan xalqının ən böyük sərvətidir. Bu gün bizə yalnız tariximizi xatırlatmaqla kifayətlənmir, həm də gələcəyə birlikdə baxmağın vacibliyini göstərir. Həmrəyliyimiz gücümüz, birliyimiz isə zəfərimizin qarantıdır. Hər bir azərbaycanlı bu günlə fəxr edir və öz milli kimliyini daha da gücləndirmək üçün çalışır.

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün azərbaycanlıları təbrik edirəm.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17763

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1077

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see249

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see140

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see136

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see131

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see130

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri