Icma.az
close
up
RU
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Londonda konsert keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Londonda konsert keçirilib

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Londonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycanın xalq artisti Miri Yusifin konserti keçirilib. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə 400-dən çox qonaq iştirak edib.

Miri Yusif gecədə “Ağ Təyyarə”, “Tərk-i Həyat”, “Səndən bir dənədir”, “Sənə Qurban” və digər sevilən mahnılarını ifa edərək pərəstişkarlarına unudulmaz anlar yaşadıb. Onun ifası böyük alqışlarla qarşılanıb. Konsertdə Miri Yusifi DJ China müşayiət edib.

Tədbirin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqının gücü onun birliyində və həmrəyliyindədir. Prezident İlham Əliyevin rəhbərliyi altında hər il daha da güclənən Azərbaycanın uğurları dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilib.

Səfir tədbirdə iştirak edən hər kəsi bayrağımızın daim zirvələrdə dalğalanması üçün həmrəylik nümayiş etdirməyə çağırıb.

Tədbir həm Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətini qeyd etmək, həm də Azərbaycan mədəniyyətini Londonda təbliğ etmək baxımından böyük uğurla yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Dekabr 2024 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri