Icma.az
close
up
RU
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Xilasımız cənab İlham Əliyevə dəstək olmaqdan keçir RƏY

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü: Xilasımız cənab İlham Əliyevə dəstək olmaqdan keçir RƏY

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, Azərbaycana məhəbbət, dəyərlərimizə hörmət, Vətənə, millətə bağlılıq hisslərinin təcəssümüdür. Azərbaycan xalqı ölkəmizin uğurunda həmrəy olduğunu 2020-ci ilin Vətən müharibəsində qazandığı Zəfərlə artıq sübut edib. Xalqımız başına gələn ən ağır faciələrdə də birliyini, həmrəyliyini pozmayıb. Məhz 25 dekabr tarixində Aktauda baş verən təyyarə qəzası bunun ən ali sübutudur. Ölkəsindən uzaqda yaşamasına baxmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər kəs bu gün həmrəylik nümayiş etdirir. Azərbaycan xalqının birliyi nəticəsində dövlətimiz qarşıya qoyulan vəzifələri layiqincə icra edib, daha da güclənib. 2024-cü il kimi 2025-ci ilin də ölkəmiz üçün uğurlu il olacağı şübhəsizdir.

 
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, baş vermiş təyyarə qəzasından sonra Azərbaycan xalqı bu hadisə ətrafında bir daha milli birliyini nümayiş etdirməyi bacardı, bir daha Azərbaycan Prezidentinin arxasında dayanaraq hadisəni manipulyasiya etmək, hadisənin cinayət deyil, qəza olduğunu sübut etmək istəyənlərə layiqli cavabını verdi:

"Bu milli birliyimiz hadisəyə münasibətdə obyektiv gerçəkliyin hamı tərəfindən etiraf olunmasına zəmin yaratdı. Azərbaycan xalqının həmrəyliyi hadisəni ört-basdır etmək istəyən bəzi güclər tərəfindən yaxşı qarşılanmadı. Çünki onlar hadisəni tamamilə fərqli müstəvidə təqdim etməyə çalışırdılar. İndi isə məhz bu kontekstdə hadisəni etnik zəmində təqdim istəyənlər cinayəti ört-basdır etmək istəyənlərin dəyirmanına su tökənlərdir. Azərbaycan xalqı etnik, dini zəmində yaradılmağa çalışılan tələlərə heç 1990-cı illərin əvvəllərində düşməyib. Alnı açıq, üzü ağ bu mərhələni arxada qoyaraq, böyük tarixi zəfərə imza atıb. Buna görə də heç kim Azərbaycanı 30-34 il bundan əvvəl düşmədiyi tələyə yenidən aparıb sala bilməz. Qoy bunu hər kəs bilsin və bu hadisəni istismar etməsinlər! Azərbaycan xalqı qalib xalqdır və bu qalibiyyəti məhz etnik, din, məzhəb fərqliliyinə məhəl qoymadan bir millət olmağın, Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı olmanın gətirdiyi üstünlüklər sayəsində əldə edib. Və Azərbaycan xalqı bunun fərqindədir".

 
Politoloq Amid Əliyev isə deyib ki, ötən 30 il müstəqillik dövründə Azərbaycan xalqı dəfələrlə dövlətin və hakimiyyətin ən çətin anlarında yanında olduğunu sübut edib:

"Hələ 1990-cı illərdə Ulu Öndərin rəhbərliyi vaxtında dövlət çevrilişinə təhdidlər olanda Azərbaycan xalqı onunla çiyin-çiyinə dayandı və dəstək oldu. Bu, sonrakı illərdə də təkrarlandı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqının kiçikdən böyüyə, şagirddən məmura qədər hər bir üzvü dövlətimizin, ordumuzun yanında oldu, mənəvi dəstək göstərdi. Elə bu səbəb də qələbəmizi şərtləndirən ən əsas amillərdən hesab olundu. 25 dekabr tarixində də AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilk dəqiqələrindən Azərbaycan xalqı ilə ölkə başçısı cənab İlham Əliyev arasındakı birlik, bağlılıq bir daha sübut olundu. Ölkə başçısının baş vermiş hadisə ilə bağlı mövqeyi xalqın bütün numayəndələri tərəfindən müdafiə edilməklə tam şəkildə dəstəyini tapdı. Məhz bu birliyin, qarşılıqlı anlaşmanın nəticəsi olaraq hadisəni ört-basdır etməyə çalışan dairələr sonunda faktlar və səsləndirilən fikirlər qarşısında üzr istəməli oldular. Bu ağır və eyni zamanda şərəfli gündə cənab Prezidentlə xalq arasında sabit əlaqənin, etibarın və anlaşmanın olması özünü bir daha biruzə verdi. Bu bizim üçün olduqca vacib faktdır, çünki hazırda Azərbaycana qarşı yersiz siyasi kampaniyaların aktiv fazaya keçdiyi bir zamanda xalqın öz rəhbərinə göstərdiyi etimad əvəzsizdir. Bu gün Prezident və xalqımız arasında bütün məsələlərdə davam edən əlaqə, birlik mövcuddur. Məhz bunun sayəsində Azərbaycanda cəmiyyətin parçalanması, xaotik fikirlərin formalaşması mümkün olmur. Bunu da xaricdən təzyiq edən dairələr çox gözəl bilirlər. Hər bir məqamda Ali Baş Komandanın haqlı və ədalətə söykənən mövqeyi sadə azərbaycanlılar tərəfindən dəstəklənib və bundan sonra da dəstəklənəcək. Çünki son 30 ildə bizə çox söz verib, əməlindən qaçanları, beynəlxalq aləmin ikiüzkülüyünü, ikili və selektiv yanaşmanı gördük. Hər birimizə aydındır ki, xilasımız cənab İlham Əliyevin yanında olmaq və ona dəstək olmaqdan keçir".

 
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusu üzrə dərc olunub.

 
Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://pravda.az
archiveBu xəbər 31 Dekabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri