Icma.az
close
up
RU
Dünya Bankının ölkəmizə “yaşıl” dəstəyi

Dünya Bankının ölkəmizə “yaşıl” dəstəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında iştirak məqsədilə Bakıda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru, xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə “XQ”yə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Dünya Bankı ilə enerji sahəsində əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Bank tərəfindən Azərbaycanda ötürücü şəbəkənin gücləndirilməsi (AZURE) layihəsinə 173,5 milyon ABŞ dolları məbləğində kreditin ayrılması bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyasına töhfə olaraq dəyərləndirilib. Qeyd olunub ki, ölkənin enerji sisteminə 2027-ci ilə qədər 2 qiqavatdan çox, növbəti mərhələdə isə, təxminən, 700 meqavat “yaşıl” enerji güclərinin inteqrasiyası planlaşdırılır.

Müzakirələr zamanı şəbəkənin gücləndirilməsi və bərpaolunan enerjinin tədarük layihələri üzrə əməkdaşlığa dair məsələlər nəzərdən keçirilib. Azərbaycandan və Mərkəzi Asiyadan Avropaya müxtəlif interkonnektorlarla enerji ixracı üzrə hazırda reallaşdırılan təşəbbüslərin icra vəziyyətindən bəhs edilib. Bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təminatında gələcək rolu vurğulanıb.

Görüşdə, həmçinin Beynəlxalq Maliyyə Korporasiyası ilə dənizdə külək enerjisindən istifadə sahəsində əməkdaşlıq çərçivəsində hazırlanan Yol Xəritəsindən söhbət açılıb və hazırda enerji şirkətləri ilə həyata keçirilən tədbirlərdən danışılıb.

Söhbət zamanı Dünya Bankı ilə nasoslu hidroenerji anbarları və digər perspektiv layihələr üzrə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi də aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri