Icma.az
close
up
RU
Dünya Bankının Azərbaycana “yaşıl maliyyə” dəstəyi

Dünya Bankının Azərbaycana “yaşıl maliyyə” dəstəyi

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Bankla ölkəmiz arasında dəyəri 173,5 milyon dollar olan kredit sazişi imzalanıb

Azərbaycan hökuməti ilə  Dünya Bankı (DB) arasında “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” çərçivəsində ümumi dəyəri 173,5 milyon dollar olan kredit sazişi imzalanıb. Sənədləri “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqaviləsinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb. Kredit 5 il güzəşt müddəti olmaqla 15 illik şərtlərlə ayrılıb və 2039-cu ilin sonunda tam qaytarılması nəzərdə tutulur. Layihədə Azərbaycan hökumətinin iştirak payı isə 31,2 milyon ABŞ dolları təşkil edir ki, bu məbləğ əsasən ƏDV və gömrük rüsumlarının ödənilməsinə yönəldiləcək.

İcra müddəti 4 il olan layihənin əsas məqsədi “AzərEnerji”nin enerji sisteminin səmərəliliyini artırmaq və növbəti 5 ildə bərpa olunan enerji mənbələrinin (BOEM) elektrik ötürücü şəbəkəyə təhlükəsiz inteqrasiyasını dəstəkləməkdir. Kredit vəsaiti Azərbaycanda tikilməkdə olan BOEM üzrə stansiyalardan alınan enerjinin milli enerji sisteminə təhlükəsiz və dayanıqlı inteqrasiyasını təmin etmək məqsədilə enerji ötürücü infrastrukturun gücləndirilməsinə yönəldiləcək. Dünya Bankının maliyyələşdirəcəyi komponentlərə 341 km uzunluğunda 500 və 330 kV-luq dörd yeni elektrik verilişi xəttinin inşası, eləcə də 500/330/10 kV-luq Nəvahi yarımstansiyası üçün transformator və əlaqəli avadanlıqların alınması daxildir.

23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkət

Azərbaycanın xarici maliyyə institutları ilə apardığı səmərəli əməkdaşlığın növbəti fazası olan  “yaşıl iqtisadiyyat” və “yaşıl enerji” quruculuğunda maliyyə axınlarını cəlb etmək strategiyası öz uğurlu nəticələrini verməkdədir. Son 3 ildə Azərbaycan Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalayıb. Bundan başqa, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə bərpa olunan enerji sektorunda layihələr həyata keçirilir. AYİB 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının inşasına kreditlər ayıracaq. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə maliyyə tutumu 1 milyard dollar olan müqavilələrin imzalanması isə “yaşıl enerji” hərəkatında yeni dalğanın başlanğıcı sayıla bilər.

Xarici investorların bu sahəyə marağının daha da artırılmasını təmin etmək məqsədilə ölkəmizdə qüvvəyə minən “yaşıl vergi” güzəştləri isə sərmayə imkanlarını daha da artıracaq. Bu vergi stimullarının tətbiqi sayəsində qarşıdakı dövrdə “yaşıl enerji” strategiyası çərçivəsində ekoloji sahədə fəaliyyət göstərən, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verən biznes subyektlərinin, eləcə də bərpaolunan enerji mənbələrinin istehsalında fəal rol oynayan xarici sərmayəçilərin bu tipli layihələrə marağının artırılmasına və investisiyaların stimullaşmasına səbəb olacaq.

Məqsəd ölkəmizi “yaşıl enerji” ixracatçısına çevirməkdir

Qiymətləndirmələrə əsasən, Azərbaycanda bərpa oluann enerji mənbələrinin potensialı quruda 135 QVt, dənizdə 157 QVt proqnozlaşdırılır. Təkcə Qarabağ və Şərqi Zəngəzur bölgəsində hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin gücü 7200 MVt-dan artıq qiymətləndirilir. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Mövcud mənbələr isə ölkəmizin potensial “yaşıl ixrac” gücünü artırmağa imkan verəcək. Maliyyə naziri Sahil Babayevin imzalanma mərasimində vurğuladığı kimi Azərbaycan hökumətinin məqsədi ölkəni yalnız enerji istehsalçısı deyil, eyni zamanda “yaşıl enerji” ixracatçısına çevirməkdir. Nazir vurğulayıb ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan “yaşıl enerji”gündəliyinə sadiq qalaraq enerji balansında bərpa olunan mənbələrin rolunun artması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərinə fəal investisiyalar edir.

Beləliklə, DB və digər maliyyə institutları ilə imzalanan “yaşıl sazişlər” Azərbaycanın bərpa olunan enerji güclərinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” (“Qara dəniz kabeli”) ilə ixracının daha da tezləşməsində mühüm rol oynayacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 İyul 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see219

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see208

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see193

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see183

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see165

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see151

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see148

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see145

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see142

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see141

Merz: 2026 cı il Avropa üçün həlledici ola bilər

31 Dekabr 2025 07:40see139

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see139

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see138

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri