Dünya bazarlarında neft daha da ucuzlaşıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin yanvar müqaviləsinin dəyəri 0,32% azalaraq 1 barelə görə 71,6 ABŞ dolları təşkil edib.
"APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 0,37% azalaraq 1 barelə görə 67,79 ABŞ dolları olub.
