General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb
Icma.az bildirir, Oxu.az portalına istinadən.
ABŞ-nin "General Motors" avtomobil konserni 2025-ci ilin ikinci rübündə dünyada 1 milyon 539 min avtomobil satıb, ümumi gəliri isə 47.1 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2% azdır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat şirkətin rüblük hesabatında yer alıb.
Şirkətin ikinci rübdə xalis mənfəəti 34% azalaraq 1.9 milyard dollara düşüb. Konsern ikinci rübdə ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarını artırmaq qərarından təsirlənib.
Belə ki, yeni rüsumlar mənfəəti 1.1 milyard dollar azaldıb. Rüblük hesabatın dərcindən sonra şirkətin səhmləri 3.3% ucuzlaşıb.

General Motors mindən çox işçisini ixtisar edir
18 Noyabr 2024 15:17
General Motors un avtomobillərində ciddi nasazlıq aşkar edildi
04 May 2025 08:49
General Motors Kanadadakı zavodlardan birini bağlayır
11 Aprel 2025 23:11
General Motors Çinə avtomobil tədarükünü dayandırır
20 May 2025 16:12

