Icma.az
close
up
RU
Dünya boyda səs Akif Təvəkküloğlu yazır

Dünya boyda səs Akif Təvəkküloğlu yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Akif TƏVƏKKÜLOĞLU

Xarici ölkələrin birinə ailəvi səfər etmişdik. Gəzməli və görməli yerlərə səyahət edirdik. Səfərimiz çox maraqlı keçirdi. Təbii ki, oradakı dostlarımız bu işdə bizə dəstək olurdu. Bir axşam biz opera teatrına dəvət olunduq. Böyük maraqla operaya tamaşa edirdik. Rollar çox məharətlə oynanılırdı. Fikrim tamaşanı təhlil etmək deyil. Amma tamaşada oynayan aktyorlardan birinin səsi bütün tamaşaçılar kimi məni də heyran etdi. Kiçik cüssəli bir kişi aktyorun ifası, səsinin tembri insanı riqqətə gətirirdi. Maraqlandıq. Dedilər ki, bu balaca bədənli oğlan dünya şöhrətli ifaçıdır. Onun səsi demək olar ki, dünyanın bütün böyük səhnələrində eşidilib. Bu sözlər məndə bir sıra duyğular yaratdı. Qəlbən qürurlandım, fəxarət hissi keçirdim. Doğma Vətənimlə, dövlətimlə, Azərbaycanımla. Bilirsiniz niyə? Axı bir sıra ölkələrə nisbətən bizim ölkəmiz ərazisinə və əhalisinin sayına görə böyük hesab olunmur. Amma bu gün Azərbaycanımın səsi dünya boydadır. İstər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə həyata keçirilən tədbirlər, aparılan siyasət bütün dünyada maraqla izlənilir, təqdir olunur.

Bir sıra sahələrdə Azərbaycan təcrübəsi dünya ölkələrinin çoxunda marağa səbəb olub və bu təcrübədən yararlanmaq istəyənlərin sayı gündən-günə çoxalmaqdadır. Məsələn, "ASAN xidmət". Ölkəmizə səfər edən ən ali qonaqlar belə bu xidmətlə tanış olur və geri döndükdən sonra bu sistemi özlərində həyata keçirirlər. Çünki bu sistem dövlət xidmətlərinin vətəndaşlara daha səmərəli, şəffaf və əlçatanlıq baxımından ən müasir xidmətlərindəndir. Prezident İlham Əliyevin fərmanı ilə 2012-ci ildə əsası qoyulmuş bu xidmət dövlət-vətəndaş əlaqələrini sadələşdirmək və dövlət xidmətlərini optimallaşdırmaq məqsədi ilə həyata keçirilib.

44 günlük Vətən müharibəsi. Antiterror əməliyyatı. Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz torpaqlarımızı azad etdi. Ordumuzun igid oğullarının qəhrəmanlığı və şücaəti bütün dünyaya səs saldı. Onlar nəinki Azərbaycan, hətta qürurla deyə bilərik ki, dünya hərb tarixində yeni salnamə yaratdılar. İndi dünyanın bir çox ölkələrində igidlərimizin həyata keçirdikləri hərbi əməliyyatlar öyrənilir və hərbi məktəblərdə tədris olunur.  Bu, Azərbaycanımızın dünyaya yayılan haqq və ədalət səsi deyilmi?

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların həddi-hüdudu olmadığı kimi, misli-bərabəri də yoxdur. Bu islahatlar həyatımızın bütün sahələrini-mədəniyyəti, incəsənəti, iqtisadiyyatı, siyasəti, kənd təsərrüfatını, sosial, elm, idman və digər sahələrini əhatə edir. Bunların hər biri cild-cild kitabların mövzusudur. Səsimiz və bayrağımız daim uca olsun. Ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikirləri artıq günümüzün reallığıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri