Icma.az
close
up
RU
Azad xatirələr Akif Təvəkküloğlu yazır

Azad xatirələr Akif Təvəkküloğlu yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Akif TƏVƏKKÜLOĞLU

(1-ci yazı)

Orta məktəb illərinin yay tətilləri hər il bir-birindən maraqlı keçirdi. Demək olar ki, hər şey yadımdadır. Dağlar, dərələr, təpələr, çaylar. Dünyanın möcüzəsi idi. Gün ərzində dəfələrlə dəyişən gah yağmurlu, gah dumanlı, gah da ki, günəşli hava. Heyranedici mənzərələr yaranırdı. O mənzərələr heç vaxt yadımdan çıxmır. Xatirələr sanki canlı şəkildə daim mənimlə danışır. Səhər tezdən gün çıxmamış qoyun-quzuların mələşməsi, çobanların hay-küyü elə bil hər açılan səhərimizin melodiyası idi. Bu melodiya alaçıqlarda səhərin şirin yuxusunda olan hər bir kəsə "sabahınız xeyir olsun" deyirdi. Kəlbəcər yaylaqlarında gün bax beləcə başlayırdı. Açılan səhər süfrələrindəki qaymağın, südün, pendirin, balın ətri hər bir alaçıqdan ətrafa yayılırdı. Dupduru bulaqların suyundan hazırlanan samovar çayının ləzzəti isə bambaşqa zövq idi.

Kəlbəcərin hər qarışı gözəldir. Tanrı bu diyara sanki ən xoş anlarında sığal çəkib. Hər yan kəklikotu, qantəpər, yarpız, saysız-hesbsız gül-çiçəyin ətrinə bürünüb. İnsan o yerlərlə bağlı xatirələrə dalarkən həmin ətirlərin təsirindən bihuş olur, özünü sanki cənnət bir məkanda hiss edir. Kəlbəcərin dağları, yaylaqları, dərələri, təpələri, çayları, qayaları, bulaqları, gül-çiçək ətirli düzləri xatirəmdə daim yaşayıb və yaşayır. Amma bu xatirələr torpaqlarımız, Qarabağımız və Kəlbəcərimiz kimi düşmən girovluğunda idi, dustaq idi, təcavüzə məruz qalmışdı, işğal olunmuşdu. Ona görə 30 il müddətində xatirələrimi çözələyə bilmirdim. Uşaqlığımın xatirələri məni əzirdi, incidirdi. Gözəl, əsrarəngiz Kəlbəcərim barədə xatirələrim qatı dumandan görünməyən dağ zirvəsi idi. Ha istərdim ki, o dumanı qovam, zirvəni aydın görəm. Amma bunu bacarmırdım, nail ola bilmirdim. İndi isə xatirələrim azaddır. Torpaqlarımız, Qarabağımız, Kəlbəcərimiz, Laçınımız, Zəngilanımız və digər ərazilərimiz kimi mənim xatirələrim də işğaldan, dustaqlıqdan, girovluqdan azad oldu. Bu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti sayəsində oldu.

44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı düşmənin başını əzdi, məhv etdi, torpaqlarımız işğaldan azad oldu, düşməndən təmizləndi. Azad olan torpaqlarımız yenidən dirçəldi, gül-çiçək ətri yenidən o ərazilərə qayıtdı. O yerlərin sakinləri kimi. Xatirələrimiz də yenidən yaddaşımızın ala-toran səhifəsindən ağ, işıqlı səhifəsinə keçdi. İndi Kəlbəcərlə bağlı xatirələrimi qürurla, sevinclə çözələyə bilərəm. Xatirələrim çoxdur. Amma bəzi məqamlar barədə böyük həvəslə yazmaq istəyirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Aprel 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri