Icma.az
close
up
RU
Dünya çempionatında uğurla çıxış edən güləşçilərimiz hədəflərini açıqlayıblar FOTO

Dünya çempionatında uğurla çıxış edən güləşçilərimiz hədəflərini açıqlayıblar FOTO

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında komandanın çıxışından razı qaldım”.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi, tanınmış mütəxəssis Aleksandr Tarakanov bəyan edib. Onun sözlərinə görə, Azərbaycan Güləş Federasiyası idmançılar üçün bütün lazımi şəraiti yaradıb:

“Təlim-məşq toplanışları yaxşı keçdiyi üçün nəticələri çox gözləməyə də ehtiyac olmadı. Eyni zamanda dünya çempionatına hazırlıq istiqamətində hər şey plana uyğun getdi, federasiya rəhbərliyi bizim üçün gözəl mühit yaratmışdı. Bizim komandamız gənclərdən ibarətdir, odur ki, növbəti çempionatlar da daha böyük uğurlar əldə edəcəyinə ümid edirəm. Çünki biz Serbiyada gənclərə imkan yaratdıq və bunda da yanılmadıq”.

U-23 dünya çempionatında qızıl medal qazanan güləşçimiz Ziya Babaşov (63 kq) qələbəsini belə şərh edib: “Himnimizin səsləndiyi üçün çox sevinirəm. Yarışda əsas məqamlardan biri də hazırlıqdır. Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq və özümə inanırdım. Qələbəmi isə Azərbaycan Ordusuna və şəhidlərə həsr edirəm”.

Serbiyada qızıl medal qazanan digər güləşçi Elmir Əliyevin (55 kq) fikirləri belə olub: “İlk dəfə dünya çempionatına qatılmağıma baxmayaraq ən yüksək pilləyə qalxdım. Bundan öncə Avropa çempionatında Rusiya güləşçisinə məğlub olmuşdum. Bu dəfə revanş oldu və mən ona qalib gəldim. Bundan sonra keçiriləcək Dünya, Avropa və digər turnirlərdə qızıl medal qazanmaq niyyətindəyəm. Üzərimdə əziyyəti olan bütün məşqçilərə, o cümlədən federasiyaya minnətdarlığımı bildirirəm”.

Dünya çempionatında bürünc medal qazanan Ruslan Nurullayev (72 kq) də çıxış edərək yarışda keçirdiyi görüşlərdən danışaraq, növbəti yarışlarda bürüncü qızılla əvəzləməyə çalışacağını bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri