Icma.az
close
up
RU
“Dünya dini zəmində dözümsüzlüyə yox deməlidir

“Dünya dini zəmində dözümsüzlüyə yox deməlidir

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Dünya ictimaiyyəti milli, irqi və dini zəmində dözümsüzlüyə yox deməlidir!”.

AzPost bildirir ki, bu sözləri bu gün Bakıda keçirilən İslamafobiyaya Qarşı Mübarizə üzrə 3-cü Beynəlxalq Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib.

 QMİ sədri bildirib ki, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən müstəqil Azərbaycan dinlərarası, məzhəblərarası harmoniya mühitində multikultural birgəyaşayış təcrübəsini dünyada model olaraq təqdim etmək, multikulturalizm və İslam həmrəyliyi ideyaları ilə çıxış etmək qüdrəti olan dövlətə çevrilib: “Milli-mənəvi dəyərlərimizin əsasını təşkil edən bütün dinlərə dövlət səviyyəsində xüsusi ehtiramlı münasibət mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs dinimizin mənafelərini dünyanın ən mötəbər xitabət kürsülərində ardıcıl müdafiə edən, İslam həmrəyliyi ideyasına dəstəkləyən müdrik siyasi liderdir”.

Şeyxülislam deyib ki, islam adından siyasi məqsədlər üçün sui-istifadə edən, dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizədə fəallıq göstərməliyik: “Dini mərkəz olaraq, biz dinlərarası dialoq və əməkdaşlıq müstəvisində bütün beynəlxalq forum və platformalarda bu mövqeni fəal müdafiə edirik. Fransada, İsveçdə, Danimarkada və başqa ölkələrdə islamofobiya, müsəlmanlara qarşı ayrıseçkilik mütəmadi hal almışdır. Təəssüflər olsun ki, İslam Peyğəmbərinin karikaturalarının çəkilməsi, Qurani-Kərim kitabının yandırılması, məscidlərə təcavüz — XXI əsr Avropa reallığıdır. İslamofobiya dünyada xristian-müsəlman qarşıdurması yaratmaq istəyənlərin əlində vasitədir”.

QMİ sədri vurğulayıb ki, Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni-mənəvi irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması, məhv edilməsidir: “Monoetnik Ermənistanda azərbaycanlııların yaşadığı ərazilərdə müsəlman dini abidələrin, qəbirstanlıqların məhv edilməsi İslam mədəniyyətinə nifrətin əyani təzahürüdür. Bunlara rəğmən, Eçmiədzin və Kilikiyadakı erməni dini mərkəzləri bütün dünyaya Qarabağda guya erməni dini abidələrinin məhv edilməsi barədə iftira və qarayaxmalar yaymaqdadır”.

A.Paşazadə deyib ki, xristian dininin sülhsevər mahiyyətindən uzaq, nifaq və qarşıduqmaya sövq edən və revanşizmin bayraqdarı olan erməni dini dairələri Ümumdünya Kilsələr Şurasından və dünyada xristian təəssübkeşliyindən sui-istifadə edirlər, habelə müsəlman ölkələri və beynəlxalq təşkilatlarına müraciətlər edərək özlərinə tərəf çəkmək məkrindədirlər: “Həqiqət isə bundan ibarətdir ki, erməni işğalı dövründə məscidlərlə yanaşı kilsələr də dağıdılmış, mənşələri saxtalaşdırıb.

Azərbaycanlıların bölgədəki dədə-baba torpaqlarından məqsədyönlü didərgin salınması – etnik təmizləmə və deportasiyaların acı nəticələrindən biri də 300-dən artıq məscid və ziyarətgahımızın mövcud olduğu Qərbi Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin qazısının öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Bundan sonra o torpaqlarda xalqımıza məxsus maddi-mənəvi mədəniyyət nümunələri vandalizmə məruz qaldı. Bu günlərdə Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycanda öz milli varlığımızın mənəvi sütununu yenidən dirçəltmək məqsədi ilə Qazılar Şurasının iclasında İrəvan Qazısının fəaliyyətini bərpa etməsi barədə tarixi əhəmiyyətli qərar qəbul etdi”.

Biz sülh şəraitində birgəyaşayış tərəfdarıyıq. Əfsuslar olsun ki, erməni kilsəsi xalqını sülhə deyil, revanşizmə kökləyir, islamofob çağırışlarla dinlərarası nifaq salır, xristian təəssübkeşliyindən öz məkrli anti-Azərbaycan təbliğatı üçün sui-istifadə edir.

QMİ sədrinin sözlərinə görə, Azərbaycan dövlətinin ali diqqəti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəyərli səyləri ilə işğaldan azad olunmuş ərazilərimizdə tarixi formada bərpa edilən və nəfis şəkildə yenidən qurulan məscidlər, bütün dinlərə məxsus məbədlər multikultural Azərbaycan təfəkkürünün təzahürüdür: “Sivilizasiyaların toqquşdurulması cəhdlərinin qarşısının alınması üçün milyardlarla insanın mənəvi dəyərlərinə və dini hisslərinə ehtiram vacibdir. Söz azadlığı pərdəsi altında nifrətə çağıran, qarşıdurmaya sövq edən İslamofobiya kimi ksenofob düşüncə və əməllər inkar olunmalıdır. Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir”.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 May 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri