Icma.az
close
up
RU
Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

Dünya ədəbiyyatının ən məşhur uşaq kitabları

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az dünya uşaq ədəbiyyatının ən məşhur əsərlərini təqdim edir.

Dünya ədəbiyyatı deyəndə əksərən ağlımıza klassiklərin əsərləri, hazırlıqlı mütaliə tələb edən ağır kitablar, sanballı mətnlər gəlir.

Lakin elə yazıçılar var ki, onların uşaqlar üçün yazdığı bəzi kitablar, nağıl və hekayələr, silsilə əsərlər bütün dünyada məşhurdur.

"Balaca və damda yaşayan Karlson"

"Balaca və damda yaşayan Karlson" İsveç uşaq yazıçısı Astrid Lindqrenin "Balaca və Karlson" trilogiyasının birinci kitabıdır.

Hekayədə təsvir olunan hadisə 1950-ci illərdə Stokholmun mərkəzi rayonlarının birində - Vazastanda bir evdə baş verir.

Bu evdə hekayənin qəhrəmanları - Ostermalm küçəsində Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata, anası yaşayır.

Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çoxmənzilli evin damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdı.

"Uzuncorab Peppi"

Astrid Lindqrenin daha bir məşhur əsəri olan "Uzuncorab Peppi"nin baş obrazı nadinc, üzündə çilləri olan doqquzyaşlı bir qızdır.

Onun qırmızı hörükləri hər iki tərəfdən burularaq yuxarıya baxır. Bundan əlavə, bu qızcığaz özündə bütün dəcəl uşaqların xasiyyətini cəmləşdirir.

Onun öz şəxsi atı var. O ən güclü qız olduğundan öz atını istənilən vaxt əl ilə yuxarıya qaldıra bilir. Peppi valideynlərsiz bir villada yaşayır və istədiyi hər şeyi etməyə qadirdir.

"Mio, Mənim Miom"

Astrid Lindqrenin dünya şöhrəti qazanan digər bir əsəri də “Mio, mənim Miom!”dur, o, müdrikcəsinə yazılıb və xeyir qüvvələrin tərənnümünə həsr edilib.

Ögey valideyinləri ilə bomboz Stokholmda yaşayan balaca Bosse bir gün içində Cin olan butulka tapır. Cin onu uzaq Arzular Ölkəsinə aparır. Orada Bosse doğma atası ilə - Kralla tanış olur.

Məlum olur ki, Bossenin əsl adı Miodur, o, sehrli krallığın şahzadəsidir. Məhz Mio əhalini qorxu içində saxlayan, uşaqları oğurlayan, qaniçən, əzazil Kato adlı cəngavərdən qisas almalıdır...

Bu nağılı Lindqren 1954-cü ildə yazıb, tədqiqatçıların fikrincə, cəngavər Kato obrazı Adolf Hitlerin prototipidir.

Yeri gəlmişkən, məşhur “Harri Potter” əsəri bu uşaq hekayəsi əsasında yazılıb. Harri Potter Mionun yenilənmiş versiyasıdır.

"Oliver Tvistin macəraları"

Şübhəsiz ki, uşaqlığımızda ən çox oxuduğumuz əsərlərdən biri, bəlkə də, birincisi "Oliver Tvistin macəraları" olub. Əsər 1839-cu ildə qələmə alınıb.

Doğuş zamanı anasını itirən, yetimçiliklə böyüyən, yeniyetmə ikən kimsəsiz uşaqların quldur dəstəsinə düşən Oliver özü də istəmədən quldurluqla məşğul olur. Zaman keçir və məlum olur ki, o, kimsəsiz və səfil uşaq deyil, böyük bir sərvətin varisidir.

Düzlük və dürüstülk imtahanlarından üzüağ çıxan, əksər halda nümunəvi davranış sərgiləyən Oliveri sonda həyatın təltif etməsi, əlbəttə ki, Xeyirin Şər üzərində qələbəsini ehtiva edir. Əsər uşaqların tərbiyəsində müstəsna rol oynayır.

2005-ci ildə əsər əsasında eyniadlı film də çəkilib.

"Tom Soyyerin macəraları"

Mark Tvenin 1876-cı ildə çıxan romanında Tom Soyyer və ən yaxın dostu Heklberri Finin Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır. Romana aid bir neçə dəfə film və cizgi filmləri çəkilib.

O, Polli xala ilə yaşayır çünki, atası və anası qəzaya düşərək ölüb.

Onların başına gələn əhvalatlar nəinki uşaqlar üçün maraqlıdır, böyüklər üçün də kifayət qədər oxunaqlıdır. Bunun əsas səbəbi də onları öz uşaqlığına qaytarmasıdır.

Tom etdiyi dəcəlliklərdən çox zaman canını qurtara bilsə də, bəzən Polli xalasının kötəyindən qaça bilmir...

"Dəfinələr adası"

Dünya ədəbiyyatının ən çox müzakirə olunan əsərlərindən biri də Robert Lüinin macəra üslubunda qələmə aldığı "Dəfinələr adası" romanıdır. Onun bu əsəri bütün yaş kateqoriyasına daxil olan oxucular - uşaqlar, böyüklər, yaşlılar, bir sözlə, hamı üçün nəzərdə tutulub.

Tropik adalar, məchul işarəli xəzinə xəritələri, bir gözü kor, bir əli xəncərli, çiynindəki tutuquşu ilə yaddaşımızda canlanan dəniz döyüşçüsü anlayışlarının yaranmasında “Dəfinələr adası” romanının böyük təsiri olmuşdur.

Baş qəhrəman Cim Hokins həmişə hərəkətdə olan, narahat düşüncələr və duyğular axarına düşmüş bir gəncdir. O, mənəviyyatı yoxsul, iradəsiz kişilərə nifrət edir.

Əsər illərdir ki, dünyanın əksər dillərinə tərcümə edilir və oxunur.

"Balaca şahzadə"

Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” təyyarəsi nasazladığına görə səhraya enməyə məcbur olan bir pilotun – elə həyatda da təyyarəçi olan müəllifin fantastik romanıdır. O, təyyarəni düzəldəndə başqa planetdən olan Balaca şahzadə ilə qarşılaşır.

Öz biradamlıq planetini tərk edib səfərə çıxan və altı planetə baş çəkib yeddinciyə – Yerə ayaq basan Balaca şahzadə burada pilotla tanış olur. Pilot təyyarəsini düzəldə-düzəldə Balaca şahzadənin başına gələnləri öyrənir.

Məlum olur ki, təkcə pilot deyil, planeti və orada qoyub gəldiyi gül üçün darıxan Balaca şahzadə də evinə qayıtmaq istəyir.

Əsər dəfələrlə təkrar nəşr edilib, yüz minlərlə nüsxəsi satılıb və müəllifə dünya şöhrəti qazandırıb.

"Haydi"

“Haydi” İsveçrəli yazıçı Johanna Spyri tərəfindən 1880-ci ildə qələmə alınmış və dünya uşaq ədəbiyyatının klassiklərinə daxil olmuş bir romandır.

Əsərdə Alp dağlarında babası ilə birlikdə təbiətin qoynunda xoşbəxt bir həyat sürən kiçik qızın qəfil şəhərə aparılması və bunun doğurduğu uyğunlaşma çətinlikləri təsvir olunur.

Haydinin Alp dağlarına, babasına və azad həyatına duyduğu dərin həsrət, onun saf qəlbi ilə ətrafındakı insanların həyatına işıq salması və həm uşaqlar, həm böyüklər üçün dəyərli mənəvi mesajlar verməsi romanı klassik edən əsas cizgilərdir.

"Vinni-Pux"

İngilis yazıçısı Alan Aleksandr Milnin 1926-cı ildə yazdığı “Vinni-Pux” (1926), “Vinni-Puxun evə qayıtması” (1928) kitabları da uşaqların sevimli əsərlərindəndir.

Əsərin motivləri əsasında ingilis rəssamı Ernest Şepard tərəfindən yaradılmış antropomorf xüsusiyyətlərə malik oyuncaq ayı obrazı Vinni-Pux ilk dəfə 1925-ci ilin milad gecəsində "London Evening News" qəzetinin sifarişi ilə yazılmış uşaq hekayəsində təqdim edilib.

Obrazın yaradılmasında müəllifin oğlu Kristofer Robin üçün "Harrodz" univermağından aldığı oyuncaq ayı və London Heyvanat Bağında birlikdə müşahidə etdikləri ayı əsas rol oynayıb.

1961-ci ildə "The Walt Disney Company" şirkəti A. A. Miln və lisenziya agenti "Stephen Slesinger, Inc." şirkətinin mülkiyyətindən olan müəyyən film və "Vinni-Pux" hekayələrinin digər istifadə hüquqlarını əldə edib.

Şirkət Vinni-Pux adından istifadə edərək bu hekayələri yeni formatda işləmiş və nəticədə əsər şirkətin ən uğurlu franşizalarından birinə çevrilib.

"Harri Potter"

Məşhur ingilis yazıçı Coan Ketlin Rouling tərəfindən qələmə alınmış yeddi fantastik romandan ibarət, dünyanın ən populyar uşaq-yeniyetmə seriyası "Harri Potter"də Hoqvarts Sehrbazlıq və Sehrkarlıq Məktəbində təhsil alan gənc sehrbaz Harri Potter və onun dostları Hermion Qranger ilə Ron Ueslinin macəraları təsvir olunur.

Seriyanın əsas xəttini qaranlıq sehrbaz Lord Voldemortun ölümsüzlüyə nail olmaq, Sehr Nazirliyini ələ keçirmək və həm sehrbazları, həm də sehrli gücə sahib olmayan maqları öz hakimiyyəti altına almaq səyləri təşkil edir.

Harri və dostlarının bu təhlükəyə qarşı göstərdiyi mübarizə isə romanların əsas dramatik və emosional nüvəsini yaradır.

“Qızıl açar, yaxud Buratinonun macəraları”

Aleksey Nikolayeviç Tolstoyun 1936-cı ildə yazdığı “Qızıl açar, yaxud Buratinonun macəraları” adlı sehrli nağıl Karlo Kollodinin 1883-cü ildə yazdığı məşhur “Pinokkionun macəraları” romanı əsasında yaradılıb.

Buratino obrazının kökləri italyan "commedia dell’arte" (improvizasiyaya əsaslanan komik teatr ənənəsi) ənənəsinə gedib çıxır. Onun adı da italyanca "Burattino" sözündən gəlir və “taxta kukla” deməkdir.

Kitab 1936-cı ildə nəşr olunduqdan sonra Buratino Sovet İttifaqında uşaqlar arasında çox sürətlə populyarlıq qazanıb, zamanla rus uşaq ədəbiyyatının ən tanınmış qəhrəmanlarından birinə çevrilib.

Obraz o qədər məşhur olub ki, onun əsasında1959-cu il animasiya filmi və 1975-ci ildə bədii film çəkilib.

"Nağıllar"

Qrimm qardaşları - Yakob və Vilhelm Qrimm ilk dəfə 1812-ci ildə “Uşaq və ev nağılları” adlı toplularını nəşr ediblər və bu kolleksiya sonradan dünya folklorunun ən məşhur mənbələrindən birinə çevrilib.

Onlar nağılları özləri uydurmayıb, Almaniyanın müxtəlif bölgələrindəki xalqdan toplayaraq yazıya alıblar. Qrimmlərin məqsədi həm alman folklorunu qorumaq, həm də xalqın mədəni yaddaşını gələcək nəsillərə ötürmək olub.

İlk nəşrlər olduqca kəskin olub, buna görə də, sonrakı illərdə uşaqlar üçün yumşaldılmış versiyalar hazırlanıb.

“Qırmızı papaq”, “Şahzadə gözəli”, “Sindirella”, “Hansel və Gretel” kimi hekayələr bu topludan bütün dünyaya yayılıb.

"Piter Pen"

İngilis yazıçı Ceyms Barrinin “Piter Pen” romantik nağıl-povestini dünyada əksər uşaqlar da, yaşlı adamlar oxuyub. Müəllif əsəri 1912-ci ildə tamamlayıb.

Əsərdə baş qəhrəman kimi təsvir olunan, heç vaxt böyümək istəməyən Piter Pen adi uşaqlar kimi əylənməyi sevən, olduqca nadinc, həm də böyüklər kimi qürurlu, intiqamçı və döyüşkən, eyni zamanda uçmağı bacaran biridir.

Kimsəsiz uşaqları himayə edir və onları dəniz quldurlarından, əzazil kapitan Qarmaqdan qoruyub azadlığa çıxarır.

Qeyd edək ki, Ceyms Barri Piter Pen obrazını 14 yaşında həyatını itirən qardaşına həsr edib.

"Alisa Möcüzələr diyarında"

İxtisasca riyaziyyatçı olan ingilis yazıçı Lüis Kerroll məşhur "Alisa Möcüzələr diyarında" əsəri ilə bütün dünyada tanınıb. O, 1871-ci ildə əsəri tamamlayıb.

O, bir gün parkda oturarkən 3 balaca qız uşağının oynadığını görüb və onların portretlərini çəkib. Daha sonra uşaqlarla tanış olub və onlardan birinin adı Alisa olub. Müəllif əsəri də həmin balaca qızcığaza həsr edib.

Əsərin əsas süjeti Alisanın gördüyü qəribə yuxular əsasında qurulub.

Elçin Hüseynbəylinin kitablarının təqdimatı və imza günü keçirildi Teleradio Şurasının müşavirinin məhkəməsi başladı: 200 minlik dələduzluq Şəmistan Əlizamanlı: "Müharibə başa çatdı, mənim mahnı yaradıcılığım da tamamlandı" - Müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Noyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see358

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see240

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see229

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see173

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see156

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see155

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see153

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see152

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see137

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see136

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see135

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see133

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri