Icma.az
close
up
RU
Uşaq ədəbiyyatının banisi...

Uşaq ədəbiyyatının banisi...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Milli düşüncə tarixində Abdulla Şaiq fenomeni

Ədəbiyyatımızı, pedaqogika və ideoloji fikir tariximizi Şaiq imzası olmadan təsəvvür etmək çətindir. Onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrin əhəmiyyətini dərk etmək üçün bir anlıq onun yoxluğunu düşünmək kifayətdir. Mübaliğəsiz demək olar ki, Abdulla Şaiq olmasaydı, Azərbaycan onun milli ruhda yetişdirdiyi ziyalı ordusundan məhrum olardı.

Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri ədəbiyyatımızda hələ də xüsusi yerə malikdir. 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açan yazıçı ömrünün 34 ilini Azərbaycan təhsilinin inkişafına həsr etmişdi. Bu gün yazıçının vəfatından 66 il ötür.

A.Şaiq ilk təhsilini aldıqdan sonra 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gələrək orada dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdaraq bir müddət orada qalır. 1901-ci ildə Bakıya gəlir. Görkəmli ictimai xadim Nəriman Nərimanov və Abbas bəy Minasazovun qayğısı və köməyi ilə 25 aprel 1902-ci ildə Bakıdakı Aleksandriyski gimnaziyada imtahan verərək müəllimlik şəhadətnaməsini alır. Bakıda 5-ci şəhər məktəbində pedoqoji fəaliyyətə başlayan A. Şaiq 1903-cü ildən Sabunçudakı altısinifli məktəbdə ana dili və şəriətdən dərs deyir. Bu illərdə o, görkəmli ədib və maarif xadimi Ə.Haqverdiyev, H.Zərdabi, N.Vəzirov, S.S.Axundov, M.Ə.Sabir, M.Hadi, A.Səhhət və H.Cavid və başqaları ilə yaxından tanış olur. Bu şəxsiyyətlər şairin milli-mənəvi inkişafında mühüm rol oynayır.

1906-cı ilin avqustunda Bakıda birinci müəllimlər qurultayı çağrılır. Qurultayın təşkilində Şaiqin böyük xidmətləri olur. Gənc müəllim ana dilinin və ədəbiyyatın tədrisinə dair təşəbbüslə çıxış edir. Qurultay H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, A.Şaiq və başqalarından ibarət xüsusi komissiya seçir və Azərbaycan dilində müvafiq proqram hazırlamağı onlara tapşırır. Birinci müəllimlər qurultayından heç bir il keçməmiş neçə-neçə yeni dərsliklər yaranır. “Əlifba”, “Uşaq çeşməyi” (1906), “Uşaq gözlüyü” (1909), “Gülzar” (1912) və s. bu kimi dərsliklərdə onun öz əsərləri və dünya ədəbiyyatından nümunələr çap olunur. On altı səhifəlik “Uşaq çeşməyi” kitabı kiçik yaşlı uşaqların bilik səviyyəsinə uyğun hazırlanır. Bundan sonra o, müxtəlif illərdə bir-birinin ardınca “Milli qiraət”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri” (1919), “Türk ədəbiyyatı” (1920) adlı dərsliklər və proqramlar hazırlayır. Bu dərsliklərdə Azərbaycan klassiklərinin həyat və yaradıcılığı haqqında məlumatlar və əsərlərindən parçalar verilir.

O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər də irəli sürmüşdü. Abdulla Şaiq eyni zamanda ədəbiyyatımızı həvəslə tədqiq və təbliğ edirdi. Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif, Vidadi, Zakir, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, A.Səhhət, M.Hadi, H.Cavid kimi sənətkarların yaradıcılıqlarının tədqiqində bir ədəbiyyatşünas alim kimi onun xidmətləri böyükdür. Abdulla Şaiq yaradıcılığında ilk mətbu əsər “Laylay” adlı uşaq şeiridir və o, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Onun bir sıra şeirləri “Dəbistan” və “Məktəb” uşaq və gənclər toplularında işıq üzü görür. Bu illərdə o, “Nicat” cəmiyyətinin idarə heyətinə üzv seçilərək, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.

Yazıçı 1959-cu il iyulun 24-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. 1990-cı ildən Bakıda fəaliyyət göstərən Abdulla Şaiqin ev - muzeyi onun həyat və bədii yaradıcılığını, bütün ömrü boyu apardığı pedaqoji fəaliyyətini, onunla ünsiyyətdə olan yazıçı və ziyalıların fəaliyyətini işıqlandıran bir mədəniyyət ocağıdır. Müxtəlif illərdə yazdığı şeirlər, hekayələr, povestlər, romanlar, dram əsərləri isə Şaiq cəsarətinin, Şaiq dünyagörüşündəki qabaqcıl meyllərin nümayişidir...

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 İyul 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri