Icma.az
close
up
RU
Ən məşhur əsərlərini həbsxanada yazan İspaniya ədəbiyyatının aslanı

Ən məşhur əsərlərini həbsxanada yazan İspaniya ədəbiyyatının aslanı

Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

30 oktyabr tanınmış ispan şair Migel Ernandesin doğum günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı, yaradıcılığı haqqında materialı təqdim edir.

XX əsr ispan ədəbiyyatının ən parlaq simalarından biri, həm şair, həm də dramaturq kimi tanınan Migel Ernandes insan ağrısını, xalqın dərdini və azadlıq eşqini sözün ən saf forması ilə ifadə edən sənətkarlardandır.

Onun yaradıcılığı çox zaman "1936-cı nəsil" ədəbiyyatı ilə əlaqələndirilsə də, ispan tənqidçisi Damoso Alonso hesab edirdi ki, Ernandes əslində "1927-ci nəsil"in davamçısıdır – çünki o, həm forma, həm də ruh baxımından ispan poeziyasının “Qızıl dövr” ənənələrini yeni bir mərhələyə daşıyırdı.

Migel Ernandes 1910-cu ildə, İspaniyanın Orihuela şəhərində dünyaya gəlib. Ailəsi sadə idi – atası keçi saxlayır, ailə isə çobanlıqla dolanırdı. Migel uşaqlıqdan yoxsulluğun və zəhmətin içində böyüdü.

Lakin elə bu illərdə onun daxilində böyük bir ədəbiyyat sevgisi formalaşdı.

Anası xəstə olduğundan, Migel çox vaxtını kitabxanalarda keçirirdi. O, xalq kitabxanalarına tez-tez baş çəkir, ispan ədəbiyyatının nəhəngləri – Servantes, Lope de Veqa, Pedro Kalderon de la Barka, Qarsilaso de la Veqa və xüsusən Luis de Qongora ilə tanış olurdu. Bu adlar gələcəkdə onun poeziyasının təməl daşına çevriləcəkdi.

Gənclik illərində o, dostları Karlos Fenoll və Ramon Sixe ilə birlikdə kiçik bir ədəbi qrup yaratdı. Onlar şeirlər oxuyur, müzakirələr aparır, özlərini ispan ədəbiyyatının böyük ənənəsinə hazırlayırdılar.

1918–1923-cü illərdə Migel “Amor de Dios” məktəbində oxuyur, daha sonra Santo Dominqo kollecində təhsilini davam etdirir. Lakin 1925-ci ildə ailəsinin iqtisadi vəziyyəti səbəbindən oxumağı dayandırmalı olur və çobanlığa başlayır. Amma çobanlıq onun üçün sadəcə bir məcburiyyət deyildi – təbiətin qoynunda, səmanın altında o, özünü poeziyaya həsr edir. Qoyunları otararkən kitablar oxuyur, ilk şeirlərini bu vaxt yazırdı.

1931-ci ilin sonlarında, artıq yerli qəzet və jurnallarda çap olunan şeirləri ilə tanınan Migel dekabrın 31-də Madridə yola düşür. O, ədəbiyyat dünyasının qapılarını açmaq arzusunda idi. “La Gaceta Literaria” və “Estampa” jurnalları ona müəyyən imkanlar yaratdı, lakin işləri yolunda getmədiyindən 1932-ci ilin mayında doğma Orihuelasına qayıtdı.

Bu səfər onun üçün uğursuz görünə bilərdi, amma əslində “Ay üzrə mütəxəssis” (“Perito en lunas”) kitabının formalaşması üçün zəmin yaratdı və Migeli "1927-ci nəsil" şairləri ilə eyni poetik müstəviyə çıxardı.

1933-cü ildə Migel Ernandesin ilk şeirlər kitabı “Perito en lunas” nəşr olundu. Əsər tənqidçilər tərəfindən maraqla qarşılandı və o, artıq gənc, istedadlı bir şair kimi tanınmağa başladı. Eyni il Alikante şəhərində mühazirələr oxudu, ədəbi tədbirlərdə iştirak etdi və qısa zamanda “Revista de Occidente” kimi nüfuzlu dərgilərlə əməkdaşlığa başladı.

İspaniyada vətəndaş müharibəsi illəri Migel Ernandesin həyatını kökündən dəyişdi. Respublikaçı baxışlara sahib olan şair Franko diktaturasının qələbəsindən sonra təqiblərə məruz qaldı.

1939-cu ildə o, ölkəni tərk etməyə çalışarkən Portuqaliya sərhədində həbs olunur və İspaniyaya təhvil verilir. Bir müddət azadlığa buraxılsa da, 1940-cı ildə yenidən “xəyanət və qətldə iştirak” ittihamı ilə həbs edilir.

Həbsxanada ağır şəraitdə yaşayırdı. Həyat yoldaşı Jozefina ona yazdığı məktublarda evdə yalnız “çörək və soğanın” qaldığını söyləmişdi.

Bu məktublar Migelin qəlbini o qədər sarsıtdı ki, o, məşhur “Soğanın laylaları” (“Nanas de la cebolla”) şeirini yazdı. Yoxsulluğun içində belə ana məhəbbətinin və uşağın gülüşünün müqəddəsliyini tərənnüm edən bu şeir ispan poeziyasının incilərindən biri sayılır.

Həbsxana həyatı, aclıq və xəstəlik onu tükəndirdi. Əvvəlcə bronxit, sonra yatalaq və nəhayət, vərəm... Şair 1942-ci il martın 28-də, cəmi 31 yaşında, Alikante həbsxanasında vəfat etdi.

Migel Ernandesin ölümü təkcə bir insanın itkisi deyildi – o, bütöv bir nəslin idealını, ədalətə inamını, zəhmətə olan sevgisini simvolizə edirdi.

İllər sonra ispan şair Xose Migel Xunko Eskerra, Nazim Hikmətin adından Ernandesə “xəyali məktub” yazır və deyir: “Əgər sənin oğlunla mənim oğlum bir gün rastlaşsalar, biləcəklərmi atalarının niyə yaşamadıqlarını?”

Bu sətirlər, dünyanın müxtəlif yerlərində eyni ideallarla mübarizə aparan insanların ortaq ağrısını çatdırır.

"İspan ədəbiyyatının aslanı" adlandırılan Migel Ernandes “xalq üçün yazan şair” idi, həyatdan, xalqın içindən gəlmişdi.

Bu gün Ernandesin səsi ispan poeziyasının ən saf, ən dürüst səslərindən biri kimi səslənməkdə davam edir.

Neolit dövründə insanlar hansı işləri görürdülər? - 6 min illik saqqızın sirri "Özümdə heç kimə qohumluq duymamışam..." - Banin niyə Parisi seçmişdi? Dovşanları qovalamağa getsən, yıxılacağını bilirsən... - Günün mahnısı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri