Dünya ərzaq böhranının astanasında Gübrə bazarında böhran
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Hörmüz boğazı ətrafında yaranan gərginlik qlobal gübrə bazarlarında tədarük zəncirinin pozulmasına və qiymət artımına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, boğazın bağlanması ehtimalı gübrə sektorunda böhranı daha da dərinləşdirir.
Mətbuatda yer alan məlumatlara görə, Hörmüz boğazının bağlanması qlobal gübrə tədarük zəncirinin təxminən 33%-nin pozulmasına gətirib çıxarıb. Xüsusilə fosfatlı gübrə bazarında təklifin 20% azalması müşahidə olunur.
Gübrə qiymətlərinin təbii qaz qiymətlərindən birbaşa asılı olması vəziyyəti daha da ağırlaşdırıb. Son dövrdə qlobal gübrə qiymətlərində 56%-ə qədər artım qeydə alınıb.
Karbamidin bir tonunun qiyməti 482 dollardan 750 dollara qədər yüksəlib.
Qeyd edək ki, Yaxın Şərq ölkələri qlobal gübrə istehsalında mühüm paya malikdir. Dünyada karbamid istehsalının 46%-i, kükürd istehsalının 45%-i, azotlu gübrəsi istehsalının 38%-i, fosfatlı gübrə istehsalının isə 38%-i bu bölgənin payına düşür.
Böhran artıq istehsala da təsir edib. Qətər qlobal tələbatın 14%-ni təmin edən böyük karbamid zavodunda istehsalı dayandırıb. Hindistan və Banqladeşin isə ümumilikdə 7 gübrə zavodunda istehsal dayanıb.
Mütəxəssislər bildirir ki, Hörmüz boğazı ətrafında vəziyyət sabitləşməzsə, gübrə qiymətlərində artım davam edəcək və bu da qlobal ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərə bilər.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qlobal gübrə bazarında BÖHRAN Azərbaycana necə təsir edəcək?
12 Mart 2026 09:04
Müharibə süfrələrə çatır: Gübrə böhranı və bahalaşan ərzaq
03 Mart 2026 23:18
Dünya ərzaq bazarında bahalaşma
09 Aprel 2025 14:21
Dünya bazarında ərzaq bahalaşır
12 Fevral 2025 23:29
Dünya ərzaq bazarında həyəcan
07 İyun 2026 15:11
Baxış sayı:93
Bu xəbər 30 Mart 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















