Icma.az
close
up
RU
Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib

Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 avqust, AZƏRTAC

Dünya Güləş Birliyi (UWW) 3-8 avqust tarixlərində Bakıda “More Than Medals” düşərgəsinin 10 illik yubileyi münasibətilə keçirilən tədbirlə bağlı yazı hazırlayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Yazıda qeyd edilib ki, UWW-nin İnkişaf Departamenti tərəfindən keçirilən yubiley düşərgəsində rekord sayda – 21 ölkədən 74 idmançı və 21 məşqçi olmaqla, ümumilikdə 95 iştirakçı bir araya gəlib. Bu göstərici “More Than Medals” düşərgəsinin tarixində ən böyük iştirak sayı olub.

Proqramın 10 illik yubileyi UWW prezidenti Nenad Laloviçin təşəbbüsü ilə həyata keçirilib. Layihənin əsas məqsədi gənc güləşçilərin yalnız xalça üzərində deyil, həm də şəxsi inkişaf baxımından dəstəklənməsi, onların aidiyyət hissinin, özünəinamının və dostluq münasibətlərinin gücləndirilməsidir.

Düşərgənin fəlsəfəsinə uyğun olaraq, iştirakçılar üçün zəngin və müxtəlif proqram hazırlanıb. Təlimlər çərçivəsində güləş üzrə texniki məşğələlər, əyləncəli oyunlar, fiziki hazırlıq və güc məşqləri, çimərlik güləşi, antidopinq maarifləndirilməsi, eləcə də iqlim dəyişikliyi və ətraf mühitlə bağlı maarifləndirici tədbirlər keçirilib. Eyni zamanda, düşərgə tədbir iştirakçılarının bir-biri ilə ünsiyyət qurmasına, təcrübə mübadiləsi aparmasına və dostluq münasibətləri yaratmasına şərait yaradıb. Düşərgənin 10 illik yubileyi həftə ərzində formalaşan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə imkan verən ənənəvi Azərbaycan süfrəsi və əyləncə proqramı ilə başa çatıb.

Maarifləndirici proqram çərçivəsində Olimpiya çempionları - Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov gənc idmançılarla öz karyeraları və qazandıqları təcrübə barədə fikirlərini bölüşüblər. Onlar gənc nəslin güləşə sadiq qalmasının, özlərinə inanmasının və Olimpiya arzularının arxasınca getməsinin vacibliyini vurğulayıblar.

Yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Rafiq Hüseynov düşərgənin əhəmiyyətini yüksək qiymətləndirib: “Bu düşərgə sadəcə güləş məşqlərindən ibarət deyildi. Müxtəlif ölkələrdən olan gənc idmançıların bir-birindən öyrənməsi, dostluq münasibətləri qurması və idmanımızın əsl dəyərlərini hiss etməsi üçün böyük imkan yaratdı. İnanıram ki, bu anlar onların yaddaşında uzun illər qalacaq və təkcə güləşçi kimi deyil, həm də şəxsiyyət kimi formalaşmalarına töhfə verəcək. Güləş məhz budur – medallardan daha böyük anlam kəsb edir”.

Tunisin U-17 qadın güləşi üzrə millisinin baş məşqçisi Feten Hammami düşərgənin həm peşəkar, həm də şəxsi baxımdan faydalı olduğunu qeyd edib: “Düşərgə həm peşəkar, həm də şəxsi baxımdan əla təcrübə oldu. Müxtəlif ölkələrdən olan məşqçi və idmançılarla öyrənmək, təcrübə mübadiləsi aparmaq və ünsiyyət qurmaq imkanımız yarandı. Meksikadan Lupita və İspaniyadan Tereza ilə birgə məşğələdə iştirak etmək fikirlərimizi bölüşmək baxımından gözəl fürsət idi. Müsbət atmosferi, məşğələlərin yüksək səviyyəsini və həftə ərzində hökm sürən güclü əməkdaşlıq ruhunu yüksək qiymətləndirdim. Ümid edirəm ki, müxtəlif ölkələrdən olan məşqçi və idmançıları bir araya gətirərək öyrənməyə, təcrübə mübadiləsinə və inkişaf etməyə imkan verən belə düşərgələri gələcəkdə də davam etdirə biləcəyik”.

Meksika nümayəndə heyətinin rəhbəri Mariya Qvadalupe Bautista düşərgənin gənc idmançıların inkişafında mühüm rol oynadığını bildirib. O, möhtəşəm təcrübəyə görə təşkilatçılara dərin təşəkkürünü bildirib: “Ölkənizdən xoş xatirələr və böyük minnətdarlıq hissi ilə ayrılırıq. Uşaqlar evə çox xoşbəxt, motivasiyalı və zəngin təəssüratlarla qayıtdılar. İnanıram ki, məhz belə imkanlar onların inkişafında mühüm rol oynaya bilər. Meksikanın qapıları sizin üçün hər zaman açıqdır. Ümid edirik ki, çox yaxın zamanda yenidən görüşəcəyik”.

Əlcəzair nümayəndə heyətinin üzvü Nuiqa Sofyanın təəssüratları belə olub: “Bu düşərgədə iştirak etmək bizim üçün böyük şərəf oldu. Düşərgə yüksək səviyyədə təşkil olunmuşdu və bizə öyrənmək, təcrübə mübadiləsi aparmaq, eləcə də dünyanın müxtəlif ölkələrindən olan iştirakçılarla möhkəm dostluq əlaqələri qurmaq üçün dəyərli imkan yaratdı. UWW-yə və Azərbaycana göstərdikləri səmimi qonaqpərvərliyə, isti münasibətə və düşərgənin yüksək səviyyədə təşkilinə görə dərin təşəkkürümüzü bildiririk”.

Argentina nümayəndə heyətinin rəhbəri Dieqo Sebastyan Kasas güləşin müxtəlif ölkələrdən olan insanları birləşdirən mühüm vasitə olduğunu vurğulayıb: “Burada hər bir söhbətdən, hər bir tövsiyədən və xüsusilə bilik və təcrübə mübadiləsindən çox şey öyrəndim. Bu düşərgədən zəngin təcrübə və ən əsası, çox dəyərli insanlarla bağlı xoş təəssüratlarla ayrılıram”.

UWW-nin İnkişaf Departamentinin direktoru Deqa Niamkey düşərgənin gənc güləşçilər üçün ilhamverici olduğunu bildirib: “Güləşə töhfə vermək və bu idman növünün inkişafı naminə çalışmaq mənim üçün böyük şərəfdir. Azərbaycan Güləş Federasiyasına xüsusi təşəkkürümü bildirirəm. Siz möhtəşəm ev sahibi və böyük dostsunuz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri