Dünya kinosunun Anna Karenina sı Qreta Qarbonun məşhur rolları
Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
Bu gün tanınmış İsveç əsilli amerikalı aktrisa Qreta Qarbonun doğum günüdür.
Kulis.az onun 3 məşhur rolu haqqında materialı təqdim edir.

"Məhəbbət" və "Anna Karenina" - Anna Karenina
Lev Tolstoyun eyniadlı klassik romanı əsasında iki fərqli dövrdə (həm səssiz, həm səsli kinoda) ekranlaşdırılan bu filmdə Qreta Qarbo cəmiyyətin sərt qaydaları ilə öz coşğun sevgisi arasında parçalanan kübar qadın Anna Karenina obrazını canlandırıb.
Aktrisa bu rolda personajın daxili iztirablarını, övladına olan bağlılığı ilə Qraf Vronskiyə bəslədiyi ehtiraslı sevgilərinin toqquşmasını dramatik dərinliklə təqdim edib.

Qarbonun gözlərindəki dərin kədər, soyuq və məğrur simasının arxasında gizlənən mənəvi fırtınalar kino tarixinin təsirli aktyorluq nümunələrindəndir.
Onun 1935-ci il versiyasındakı performansı "Nyu-York Kino Tənqidçiləri Dərnəyi" tərəfindən "Ən yaxşı qadın roluna görə” mükafatlandırılıb.
"Mata Hari" - Mata Hari
Birinci Dünya müharibəsi dövründə yaşayan sirli rəqqasə və riyakar xəfiyyə Mata Harinin həyatından bəhs edən bu filmdə Qreta Qarbo özünün mistik xarizmasını və təhlükəli cazibəsini maksimum dərəcədə sərgiləyib.
Aktrisa filmdə kişiləri toruna salan soyuqqanlı casus kimi görünsə də, gənc rus zabitinə aşiq olduqdan sonra daxili transformasiya keçirən mürəkkəb xarakter yaradıb.
Qarbonun avanqard geyimləri, sirli baxışları və unikal duruşu Mata Hari obrazını populyar mədəniyyətin unudulmaz simvoluna çevirib.
Filmin final səhnəsində aktrisanın nümayiş etdirdiyi qürurlu və qorxusuz səhnə tamaşaçılarda dərin heyranlıq hissi oyatdı və beləliklə, film Hollivudun "kino hiti" adlandırılmağa başladı.
"Ninoçka" - Nina İvanovna Yakuşova
Ernst Lubitsçin rejissorluğu ilə ərsəyə gələn bu klassik romantik komediya Qreta Qarbonun karyerasında dönüş nöqtəsi hesab olunur.
Filmin afişalarında yer alan "Qarbo gülür!" şüarı aktrisanın illərdir davam edən ciddi, faciəvi imicini qıraraq onu yeni və fərqli görüntü ilə xatırlanmasına səbəb oldu.
Film Parisə missiya ilə göndərilən, ideoloji cəhətdən sərt, prinsipial və ciddi sovet nümayəndəsi Ninoçkanın fransız aristokratı ilə tanış olduqdan sonra kapilalist dünyanın zərifliyinə və sevgiyə təslim olmasından bəhs edir.
Qarbo bu rolda özünün mükəmməl komediya duyğusunu, yumoristik kadr dəqiqliyini və səmimiyyətini nümayiş etdirib.
Ciddi idarəçidən həyatsevər, romantik bir qadına çevrilən Ninoçka obrazı aktrisaya növbəti "Oskar" namizədliyini qazandırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 20 Sentyabr 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















