Icma.az
close
up
RU
Dünya kosmik ailəsinin layiqli üzvü

Dünya kosmik ailəsinin layiqli üzvü

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qısa müstəqillik tarixində Azərbaycan bir sıra mühüm uğurlara imza atıb ki, onlardan biri də ölkəmizdə kosmik sənayenin inkişafıdır. Bu gün biz qürur duyuruq ki, respublikamız dünyanın azsaylı kosmik ailəsinin sıralarında yer alır. Bunun əsası isə Prezident İlham Əliyevin tarixin bu günündə -  2008-ci il noyabrın 4-də imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” müvafiq Sərəncamla qoyulub.

Bundan sonra ölkəmizdə kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib, müvafiq qanun qəbul edilib, hüquqi bazanı möhkəmlədən, strukturun səmərəliliyini təmin etməyə hesablanan digər sənədlər qüvvəyə minib. 2021-ci il aprelin 27-də Prezident İlham Əliyevin Fərmanına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs yaradılıb. Kosmik Agentlik  sülh və rifah naminə yüksək texnologiyalara əsaslanan fərdi həllər təqdim edir. Qlobal miqyasda rabitə şəbəkəsini təmin etmək, istedadlar yetişdirmək, regional kosmik mərkəz kimi xidmət göstərmək və Azərbaycanda kosmik sənayenin inkişafına töhfə vermək qurumun fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir.

Üç peyk orbitdə, yeniləri də olacaq...

Kosmik sənayeninn qurulması Azərbaycanın gələcəyə baxışlarını ifadə edir. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamız müasir dövlət kimi inkişaf edir. Hazırda dünya texnoloji, innovativ inkişafla səciyyələnən Dördüncü sənaye inqilabı dövrünü yaşayır. Azərbaycan da yeni sənaye inkişafını hədəfləyən və buna doğru inamlı addımlar atan dövlətdir. Qeyd edək ki, Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Azərbaycan Mərkəzinin (4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi) yaradılmasına dair Azərbaycan Respublikası Hökuməti ilə Dünya İqtisadi Forumu arasında razılaşma imzalanıb. 2021-ci il aprelin 1-dən fəaliyyətə başlayan 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzinin yaradılmasının əsası 2020-ci il yanvarın 21-də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında niyyət protokolunun imzalanması ilə qoyulub. 4SİM Afiləedilmiş Azərbaycan Mərkəzi MDB məkanında yaradılan ilk mərkəzdir.

Azərkosmosun yaradılması və uğurlu fəaliyyəti respublikamızın Dördüncü sənaye inqilabının hədəflərinə doğru atdığı çox uğurlu addımlardan biridir. Azərbaycan MDB məkanında kosmosa peyklər buraxan azsaylı ölkələr sırasında yer alır. Xatırladaq ki, birinci süni peykimiz olan “Azerspace-1” 2013-cü il fevral ayının 8-də Cənubi Amerikada yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılıb. Əhatə dairəsi  Avropa, Afrika, Mərkəzi Asiya, Yaxın Şərq, Qafqaz olan peykin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək, qalan 80 faizi isə kommersiya məqsədi daşıyır. Dəyəri  233 milyon dollar olan peykin istismar müddəti ən azı 15 ildir.

Azərbaycanın 2014-cü il iyunun 30-da orbitə göndərdiyi ikinci peyk isə “Azersky” adlı müşahidə peykidir. Dəyəri 157 milyon avro olan “Azersky” əsasən Azərbaycanın müdafiə və təhlükəsizliyinə xidmət edir.

Sayca üçüncü peykimiz sayılan  “Azerspace-2” isə 2018-ci il sentyabrın 26-da  yenə də Kuru kosmodromundan orbitə buraxılıb. Peykin əhatə dairəsi  Avropa, Yaxın Şərq, Tropik Afrika, Mərkəzi və Cənubi Asiyadır. 190 milyon dollara başa gələn “Azerspace-2”nin istismar müddəti 20 ildir. “Bu gün ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi peykinə malik olaraq biz Azərbaycanda kosmik sənayenin inkişafını davam etdiririk. Onu da bildirim ki, bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər”, - deyə Prezident İlham Əliyev məmnunluq hissi ilə bildirib.

İndiyədək respublikamız kosmik sahənin inkişafına 600 milyon dollardan çox  investisiya yönləndirib. Perspektivlə də bağlı böyük planlar nəzərdə tutulur. 2030-cu ilədək Aya və Marsa Azərbaycanın missiyasını göndərmək də bu planlara daxildir. “Azersky2”nin orbitə buraxılması yaxın hədəflər sırasındadır. 5 il fəaliyyətdə olacağı təxmin edilən “Azersky2” peyki ilə 500 km hündürlükdən uzunluğu 400 km-ə, eni isə 5 km-ə qədər fotolar çəkmək mümkün olacaq. Peyk, ayırdetməsi 50 sm-dən daha yaxşı təsvirlər əldə etmək üçün elektro-optikal kamera ilə təchiz ediləcək. Peykin məlumat yaddaşı 1 TB müəyyən edilib. Qurğu saniyədə 0.5 GB ölçüdə material ötürə biləcək. Peyk  “OPTSAT 500” platforması üzərində istehsal ediləcək. Beləliklə, yeni peyk qurğusu Azərbaycanın ən son nəsil peyk parkının yaranmasına və çoxşaxəli və daha dəqiq müşahidələr aparmağa imkan verəcək.

Azərbaycanın böyük nailiyyəti - innovativ məhsul ixracı

Kosmik Agentliyin fəaliyyəti həm də ölkəmizdə geniş şəkildə təşviq olunan qeyri-neft sənayesinin inkişafının real göstəricisidir. Son illərdə “Made in Azerbaijan” brendi ilə buraxılan yüksək keyfiyyətli məhsullar beynəlxalq yarmarkalarda uğurla təmisil olunur və onlara dünya bazarlarında tələbat getdikcə artır. İnnovativ məhsulların, o cümlədən də kosmik xidmətlərin ixracı yeni və perspektivli istiqamətlərdən biridir. Hazırda “Azərkosmos”un ixrac portfelində ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təmsil olunurlar və bu xəritə getdikcə daha da genişlənir.

İndiyədək “Azərkosmos” 100-dən çox strateji önəmli kommersiya layihəsi həyata keçirib və öz maliyyə portfelini xidmət satışları hesabına geenişləndirib. İlk peykin orbitə buraxılmasından 10 il sonra kosmik qurum 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa nail olub.

İxrac həcmləri də getdikcə artır. 2025-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” tərəfindən dünyanın 41 ölkəsinə 11,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edilib. Xidmət ixracından əldə edilən gəlirlər milli kosmik agentliyin ümumi gəlirlərinin 66 faizini təşkil edir. Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 3,1 milyon dollarla Birləşmiş Krallıq, 2,3 milyon dollarla Lüksemburq, 569,5 min dollarla Nigeriya, 537,9 dollarla Türkiyə, 530,4 min dollarla İsveç qərarlaşıb.

Genişlənən beynəlxalq əlaqələr

Qısa fəaliyyəti dövründə “Azərkosmos” beynəlxalq əlaqələrini də əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün dünyanın kosmik ailəsində ölkəmizə böyük etimad var. 2023-cü ilin oktyabr ayında 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda toplaşması bunun əyani göstəricisidir. Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür. Konqresin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Bu mötəbər tədbirə ev sahibliyi etməyə namizəd şəhərlər arasında Sinqapur, Rio-de-Janeyro və Nyu Delhi də olub. Kəskin rəqabət şəraitində keçən seçkilərdə paytaxtımız qalib gəlib.

Tədbirdə, ümumilikdə, 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub.

“Azərkosmos” Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə əməkdaşlığı artırmaq niyyətindədir. Ötən il sözügedən şirkətlə müqavilə imzalanıb və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası yaradılıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- “StarWin” peyk internet platforması birlikdə təchiz edəcək.

Beynəlxalq əməkdaşlıq çərçivəsində “Azərkosmos” qlobal peyk operatoru olan “ABŞ” şirkəti ilə faydalı əlaqələr qurub. Niderlandda keçirilən “IBC 2024” beynəlxalq sərgi-konfransında ABŞ-ın eyniadlı şirkəti ilə imzalanmış sazişə əsasən, milli kosmik şirkətimiz Amerikanın peyk vasitəsilə Nigeriya ərazisində öz müştərilərinə “Pay TV” xidmətini təqdim edəcək.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see254

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see246

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see224

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see222

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see219

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see218

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see213

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see213

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see208

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see200

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see182

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see177

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see174

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see169

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see167

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see159

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see158

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri