Icma.az
close
up
RU
Dünya kosmik ailəsinin etibarlı üzvü

Dünya kosmik ailəsinin etibarlı üzvü

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

“Azərkosmos” regionda texnologiya habına çevrilməyi hədəfləyir

Azərbaycanın Kosmik Agentliyi (“Azərkosmos”) qlobal kosmik sənaye cəmiyyətinə inteqrasiyanı dərinləşdirməkdədir. Agentliyin rəhbər vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, ölkəmizin kosmik sənayesində dayanıqlı inkişaf templəri regional alyansda mövqeyimizin möhkəmlənməsinə səbəb olur.  “Azərkosmos” Mərkəzi Avrasiya da daxil olmaqla, regionda sürətlə inkişaf edən qlobal kosmos iqtisadiyyatına innovasiyalar təqdim etməklə və infrastrukturunu inkişaf etdirməklə öz strateji mövqeyini artırır. Qlobal kosmos sektoruna dərin transformasiya isə kosmos sahəsində beynəlxalq əməkdaşlığın daha da güclənməsinə imkan verir. Nəticədə Azərbaycanın kosmik sənayesinin inkişafı ölkəmizin regionda və qlobal miqyasda liderliyini daha da möhkəmləndirir.

“Azersky 2”nin hazırlığı tamamlanır

“Azərkosmos” hazırda dayanıqlı inkişaf, iqlim müşahidəsi, texnoloji tərəqqi və beynəlxalq layihələrdə daha fəal rol oynayır və yeni peyk xidmətlərinin tətbiqinə hazırlaşır. Qurum yeni sənaye məhsulu olan “Azersky 2” peykinin hazırlığını tamamlamaqla ilk böyük peyk layihəsi kimi qlobal kosmik sənaye cəmiyyətinə daxil olmaq niyyətindədir. Qeyd edək ki, Azərbaycan növbəti optik müşahidə peykinin 2026-cı ildə orbitə buraxılması nəzərdə tutulur. “Israel Aerospace Industries” şirkəti ilə birgə hazırlanan yeni peyk ölkəmizdə yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin edəcək, hazırda azad edilmiş ərazilərdə aparılan tədiqaqatların sürətlənməsinə töhfə verəcək.

“Azərkosmos” son illərdə dünya kosmik ailəsinin etibarlı üzvü kimi dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlığı artıraraq yeni nəsil texnologiyaların tətbiqinə nail olmaqdadır. Bir müddət əvvəl qardaş Türkiyənin “İmpro” şirkəti ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Kosmik Agentlik “Göktürk-1” peyki vasitəsilə təsvir və həllərdən istifadəni də əldə edəcək. Ötən ilin sonlarında Azərbaycanın Kosmik Agentliyi ilə İtaliyanın yerüstü idarəetmə şirkəti olan “Leaf Space”lə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin Bakı teleportunda 3,7 metrlik “S/X” diapazonlu anten quraşdırılıb. Yeni qurğu sistemi müxtəlif peyklərdən toplanan kritik məlumatların emalı və ötürülməsini, peyk şəbəkələri arasında nəzarəti, eləcə də kosmosdakı cihazların monitorinqini həyata keçirməyə imkan verir.

Çinin kosmik nəhəngi ilə bir platformada

 “Azərkosmos” Çinin qlobal terminal istehsalçısı olan “StarWin” şirkəti ilə əməkdaşlığı artırmaq niyyətindədir. Ötən il sözügedən şirkətlə müqavilə imzalanıb və regionda rabitə xidmətlərinin əhatəsini genişləndirmək üçün əlavə peyk resursu bazası yaradılıb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində, müştərilərə ənənəvi rabitə infrastrukturu olmayan uzaq bölgələrdə xidmət göstəriləcək ki, həmin xidmətləri “Azconnexus”- StarWin” peyk internet platforması birlikdə təchiz edəcək. Əməkdaşlıq çərçivəsində, həmçinin “Azərkosmos” biznes xətlərini genişləndirməyə çalışacaq ki, nəticədə bu layihə  təkcə peyk resurslarının satışı ilə deyil, qlobal partnyorlara məxsus peyk xidmətlərinin kommersiyalaşdırılması sayəsində də gəlir əldə etməyə imkan verəcək. Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda kosmik texnologiya habına çevrilməsini təmin edəcək. Bu layihələr, həm də Azərbaycan iqtisadiyyatının güclənməsinə, post-neft dövründə milli gəlirlərin strukturunda kosmik sənaye dividentlərinin artmasına səbəb olacaq.

Milli kadrların fəzaya çıxış hazırlığı

Kosmik Agentlik öz kadr institununu da gücləndirib və milli potensiala güvənilən baza formalaşır. İndiyə qədər kosmosa göndərilmiş peyklərdə yerli mütəxəssislərimiz çox az olduğu üçün bu prosesə xaricdən mühəndislər cəlb olunurdusa, hazırda peyk idarəetmə üzrə yerli mütəxəssislərin hazırlanması “Azərkosmos”un öz idaretmə imkanlarını təmin etməkdədir. Həmin potensiala arxalanaraq “Azersky 2” peyk proqramının idarə olunması milli kadrlar tərəfindən həyata keçiriləcək. Bu innovativ idaretmə modelinin növbəti mərhələsi isə azərbaycanlıların kosmonavtlar ailəsində yer almasıdır. Agentlik rəsmisi qeyd edib ki, gələcəkdə azərbaycanlıların kosmosa çıxması ilə bağlı tədbirlər görüləcək, onların təlimə və beynəlxalq kosmik proqramlara cəlb olunması ilə bağlı addımlar atılacaq.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see132

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see132

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see131

Zülfünün Vətənə sevgisi ŞƏRH

29 Sentyabr 2026 09:40see130

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see129

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see129

Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi

29 Sentyabr 2026 10:21see129

Hava kəskin dəyişir Güclü külək, leysan...

29 Sentyabr 2026 08:37see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri