Icma.az
close
up
RU
Dünya möcüzə gözləyir

Dünya möcüzə gözləyir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Yanvarın 20-ini bü gün bütün dünya həyəcanla gözləyir. Sanki, hakimiyyət “cilovunu əlinə ikinci dəfə alan” Donald Tramp bu gün tüğyan eləyən xaosa, qarmaqarışıqlığa düzən verəcək, müharibələrə son qoyacaq, İsrailin ürəyinə rəhm toxumu səpəcək, Rusiya–Ukrayna qarşıdurmasını dayandıracaq, erməni xislətinə insanlıq peyvəndi vuracaq,  “uşaqsan, otur uşaq yerində”– deyə Makronun qulağını buracaq, dünyanı sonsuzluq (övladsızlıq mənasında) dalanına sürükləyən cinsi azlıqlara layiq olduqları yeri göstərəcək, “valideyn “bir”, valideyn “iki” düsturunu ortaya atanları zindana atacaq, daha nələr, nələr edəcək. Amma... Bu yalnız o zaman olardı ki, bütün sadalananlar onun başçılıq etdiyi, edəcəyi superdövlətin ideologiya sandığından çıxan “ləl-cəvahirat” olmayaydı. O zaman olardı ki, “dovşana qaç, tazıya tut” əmri dünyaya oradan verilməyəydi. 

Azərbaycan xalqının 20 Yanvar gözləntisi isə tamamilə fərqlidir. Artıq 35 ildir ki, xalqımız o süslü-bəzəkli vədlər verən, bir əlində gül dəstəsi, o birində arxasında gizlədərək xəncər tutan “dostlara” inanmır. Bir igidin ömrüdür 35 il. Hərçənd dolayısı ilə həmin yanvarın da səbəb olduğu işğaldan torpaqlarımızı azad edən igidlərimizin çoxu bunun az qala yarı yaşında idi. Bir doğmamızın doğum günü 1989-cu ilin 20 yanvarına təsadüf edir. Və o 35 ildir doğum günü əvəzinə şəhidlərin anım gününü qeyd edir.

O gecənin hüznü, dəhşəti, faciəsi bütöv bir ulusun həyatını dəyişdi. O gecənin əks-sədası göyün və yerin yeddi qatına keçdi – deyənlər şişirtmir. O gecənin qurbanları təkcə gülləbarandan, tank altında qalmaqdan ölənlər olmadı, hadisə yerindən minlərlə kilometr uzaqda bu vəhşəti eşidib ürəyi dayananlar, beyninə qan sızanlar oldu. 

Bu keçən müddət ərzində dəfələrlə dilə gətirməyimə baxmayaraq, hər dəfə xatırlayanda qanımı donduran bir zəng  çalınır qulağımda. Yanvarın 19-u gecəsi ev telefonum zəng çaldı. O vaxt mobil telefon yox idi və şəhərlər, ölkələrarası telefon əlaqələri çətin olurdu. Telefondan dəhşət filmlərində effekt yaratmaq üçün işlənən, bu dəfə isə həqiqi güllələrlə adamları hədəf alan avtomat güllələrinin şaqqıltısı, təcili yardım maşınlarının siqnalları eşidilirdi. Zəng edən Biləcəri hərbi komissarlığı yanındakı xəstəxananın baş həkimi polkovnik Əli həkim idi. Bir hərbçi və həkim kimi, yetkin insan kimi mənim hadisələrə müdaxilə edə bilməyəcəyimi dərk etsə də, durumun həyəcanı, vəhşiliyin miqyası onu reallıqdan uzaqlaşdırmışdı və mənə əmr edir və sonra yalvarırdı ki, bir iş görün, bir çarə qılın, əliyalın, dinc adamları qırırlar. Mən də eyni sadəlövhlüklə, suda boğulanın saman çöpündən yapışması kimi ertəsi gün ayın 20-də işlədiyim şöbənin müdirinin yanına gedib qəzəb və göz yaşları ilə “bir şey edin, axı günahsız adamları öldürürlər” dedim və səlahiyyəti mənimkindən cüzi miqdarda çox olan o məmurun çaşqın baxışları altında otaqdan çıxdım. Ağlımla dərk edirdim ki, bu çarxı dayandırmaq onun ixtiyarında deyil.

Sarsıntı, ümidsizlik, çarəsizlik bir-birinə qarışmışdı. Dünya isə bu faciəyə biganə idi. İndi çox “xatirələr”, “şahid ifadələri” ortada dolaşsa da o vaxt səsimizi dünyaya çatdırmaq, bir ölkə daxilində öz vətəndaşlarına qarşı qəddar soyqırımı aktı törədildiyini bəyan etmək, dərdimizə şərik olanları tapmaq çox çətin idi.

Belə bir vaxtda Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılmış, təqaüdlə yaşayan Heydər Əliyevin Azərbaycanın Daimi Nümayəndəliyinə gələcəyi xəbəri yayıldı. Yayıldı deyəndə ki, hadisədən sonra Moskvada yaşayan fəallar hələ 19-u günü gecədən nümayəndəliyin yanına gəlmişdilər və hər hansı bir məlumat eşitməyə çalışırdılar.

Nümayəndəliyin yanında milis işçilərinin növbəsi gücləndirilmişdi. Həmin gün Heydər Əliyevin nümayəndəliyə gəlişi, qətliamı qətiyyətlə pisləməsi, ciddi maneələrə baxmayaraq nümayəndəliyə gələ bilmiş əcnəbi jurnalistlərə verdiyi bəyanatlar haqqında çox yazılıb. Siyasi xadim kimi fəaliyyəti, əsl dövlət adamı kimi qətiyyəti və tələbkarlığı üzündən qısqanclığa məruz qalan, erməni lobbisi də daxil olmaqla milliyyətçi qüvvələrin fitnələri nəticəsində Siyasi Bürodan uzaqlaşdırılan və heç şübhəsiz, dövlət təhlükəsizliyi xidmətinin müvafiq qurumlarının nəzarətində olan bir insanın belə gərgin anda xalqının yanında olması çox böyük cəsarət tələb edən addım idi. 

Hər hansı fitnəkarlığa yol verilməməsi üçün milisdə, digər rəsmi orqanlarda çalışan həmyerlilərimiz qapıda, həyətdə növbə çəkirdilər. Bu görüntülər sosial şəbəkələrdə yayılan videolarda da vardır.

Nümayəndəliyə axın davam edirdi. Qərara alındı ki, SSRİ Müdafiə Nazirliyinin binası qarşısında və Ostankino studiyası qarşısında mitinq davam etdirilsin.

“El gücü, sel gücü” deyiblər. Az müddət ərzində insan axını nümayəndəliyin qarşısına sığışmayacaq qədər çoxaldı və bu kütləni nəzarətdən çıxmaması üçün nizamlamağa çalışan gənclər bütün küçəni dolduracaq şəkildə cərgələr yaratdılar. O vaxt çoxumuz bir-birimizi tanımırdıq. Həmin günlərin təmaslarından sonra Moskvada nə qədər vətənpərvər həmyerlilərimiz olduğunu gördük. Əvvəlcə İTAR-TASS-ın, o vaxt Sovet İttifaqı Teleqraf Agentliyi (SİTA) adlanırdı,  qarşısında bir neçə çıxış oldu. Moskvanı tanımayanlar üçün deyim ki, oradan başlamağın səbəbi SİTA-nın bizim Daimi Nümayəndəliyimizə yaxın olmasından irəli gəlirdi. Sonra 8-10 nəfərlik cərgələrə düzülüb, araya naməlum adamların girməməsi üçün əl-ələ tutaraq düz Ostankinoya qədər getdik. Bu məsafə 12 kilometrdir. İnsanlar müxtəlif  cür təpki verirdilər. Bəziləri təəssüf edir, bəziləri dəstəmizə qoşulmaq istəyir, bəziləri də dodaqaltı mızıldanaraq uzaqlaşırdı. Biz Ostankinoya çatanda artıq hava qaralmışdı və çıxışlarımız projektorların işığı altında səslənirdi. 

Törədilmiş cinayətdə müqəssir olanların məsuliyyətə cəlb olunması, cəzalandırılması tələblərimizi irəli sürdük.

Bu gün o qanlı hadisələrdən 35 il keçir. SSRİ adlı dövlətin ölümqabağı aqoniyasının başlanmasının 35 illik yubileyi. Ucaldıqları zirvədən xalqın azadlıq yoluna şəfəq salan şəhidlərimizin ruhunun oyanışının 35 ili. Müstəqilliyə gedən yolda qan şırımları ilə açılan cığırların 35 ili. Bu gün azadlığını və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın çəkmiş olduğu otuz illik məşəqqətlərin başlanğıc nöqtəsi.

20 Yanvar qırğınında icraçı olmuş general Lebedin, öz olkəsini məhvə aparıb xarici ölkələrdən təltiflər alan Qorbaçovun bu cinayətlərdə nə qədər əlləri olduğu bilinsə də beynəlxalq hüquq çərçivəsində cəzalanmadılar.

Qanlı Yanvar nə qədər ağrılı olsa da xalqımızın tarixində şərəf səhifəsi kimi xatırlanacaq. Çünki silahsız dinc adamlar dünyaya meydan oxuyan bir dövlətin (həm də vətəndaşları olduqları dövlətin) silah cəbbəxanasına qalib gəldilər, “böyük qardaş” ifadəsinin illüziyasına son qoydular.

Cəfər SADIQ

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kral III Msvati Bakıya gəldi

17 May 2026 01:55see207

Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir

16 May 2026 18:48see202

Slovakiyalı nazir: Su siyasəti beynəlxalq münasibətlərin əsas mövzularından olmalıdır

17 May 2026 17:51see184

Buxarada keçirilən beynəlxalq konfransa Azərbaycan nümayəndələri də qatılıb

16 May 2026 23:17see183

Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib Natiq Cəfərli

16 May 2026 20:14see179

CRM üzrə kiçik mütəxəssis

17 May 2026 22:19see177

Magistraturaya qəbul imtahanı: 90 nömrəli məktəbdə ciddi narazılıq yaşanıb

17 May 2026 11:56see177

Günün ULDUZ FALI Bu, vütün buzları əridə bilər

17 May 2026 02:09see171

Rəsmi nikah olmadan kəbin kəsən mollalara PİS XƏBƏR

17 May 2026 04:58see170

Daha bir ölümcül virus yayılıb Peyvəndi də yoxdur

18 May 2026 00:31see167

Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə yazılan radar cəriməsi ləğv olunmalıdır

17 May 2026 04:55see165

Aviaşouda qırıcılar toqquşdu

18 May 2026 04:48see164

Qadınlara hücum edən MMA döyüşçüsü klubdan qovdu FOTO/VİDEO

17 May 2026 14:06see164

Premyer Liqa: Mançester Yunayted 3 xalı 3 qolla qazandı

18 May 2026 00:53see162

Dünyada cəmi iki ədəd var, biri muzeydədir, biri də cehiz FOTOLAR

18 May 2026 09:53see161

Qadınlarda istəyi qoruyan 6 gizli faktor açıqlandı

18 May 2026 03:21see156

Çuğundur şirəsinin qadın sağlamlığına faydaları

17 May 2026 08:43see155

Tezliklə İstanbula qayıda bilər

17 May 2026 23:58see148

Avroviziya 2026 nın qalibi bəlli oldu

17 May 2026 03:01see144

Fidan Əraqçi ilə müzakirə apardı

18 May 2026 03:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri