Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Qızılın SON qiyməti

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Dünya parçalanır, Bakı birləşdirir Qlobal Forumun siyasi çəkisi

Dünya parçalanır, Bakı birləşdirir Qlobal Forumun siyasi çəkisi

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Dünyada geosiyasi gərginliyin artdığı, münaqişə coğrafiyalarının genişləndiyi bir dövrdə beynəlxalq dialoq platformalarının əhəmiyyəti daha da ön plana çıxır. Belə bir vaxtda Bakıda Prezident İlham Əliyevin ideyası və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIII Qlobal Bakı Forumu təkcə növbəti tədbir yox, həm də qlobal müzakirələrin cəmləşdiyi vacib bir məkan kimi diqqət çəkir.

“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan Forum çərçivəsində keçirilən panel müzakirələrində qlobal təhlükəsizlik, dünyada dəyişən güc balansı, beynəlxalq hüquqa hörmət, yeni çağırışlar və çoxtərəfli əməkdaşlığın gələcəyi kimi mühüm məsələlər müzakirə olundu.

Hər il olduğu kimi, bu il də Forumda yüksək iştirakçılıq nümayiş olunur. 2013-cü ildən etibarən keçirilən Qlobal Bakı Forumu dünyanın müxtəlif ölkələrindən siyasi liderləri, sabiq prezident və baş nazirləri, beynəlxalq təşkilatların nümayəndələrini və ekspertləri bir araya gətirən nüfuzlu bir platforma kimi tanınır.

Prezident İlham Əliyev çıxışında forumun əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir və əsas beynəlxalq forumlarla eyni səviyyədə dayanır. Dövlət başçısının sözlərinə görə, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın və dialoqun daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu fikir mübadiləsi aparılması və müxtəlif məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakupost.az -a açıqlamasında bildirib ki, Forum müasir dünyanın mürəkkəb geosiyasi vəziyyətinin müzakirə olunduğu mühüm platformaya çevrilib:

“Forumun açılışında çıxış edən Prezident İlham Aliyev vurğuladı ki, müasir dünyada təhlükəsizlik və sabitlik hər bir dövlət üçün əsas prioritetə çevrilib. Çünki təhlükəsizlik olmadan iqtisadi inkişaf, sosial rifah və beynəlxalq əməkdaşlıq mümkün deyil. Sülh və təhlükəsizlik bütün digər inkişaf proseslərinin təməlidir.

Prezident təxminən 30 il ərzində Azərabycan ərazilərinin Ermənistanın işğalı altında qalması və bu dövrdə beynəlxalq təşkilatların qərarlarının icra olunmaması kimi problemlərdən danışdı. Beynəlxalq sistemdə ədalətsizliklərin olmasını vurğuladı. Prezident Azərbaycanın öz suverenliyini bərpa etməsini beynəlxalq hüquqa əsaslanan legitim addım olduğunu bildirdi. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin öz gücünə bərpası region üçün dönüş nöqtəsi yaratdı. Prezident bu prosesdən sonra sülhün bərqərar edilməsinin daha çətin mərhələ olduğunu vurğuladı. Müharibədən sonra Ermənistanla münasibətlərin normallaşdırılması və regionda sabitliyin təmin edilməsi üçün siyasi iradə tələb olunurdu. Bu kontekstdə sülhün əldə olunması Azərbaycan tərəfindən təqdim olunan mühüm diplomatik uğurdur.

Prezident öz çıxışı zamanı Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola da toxundu. Müasir dünyada enerji resursları yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik məsələsi kimi qəbul olunur. Azərbaycan etibarlı enerji tərəfdaşı kimi və neft və qaz ixrac edən ölkə olaraq müxtəlif regionların enerji təhlükəsizliyinə töhfə verir və bu istiqamətdə əməkdaşlığı genişləndirir.

Digər beynəlxalq platformalardan fərqli olaraq, Qlobal Bakı Forumunda siyasi, ictimai, sosial və mədəni məsələlər də müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər”.


P.Vəliyeva qeyd etdi ki, bu platforma dünya mediasının da diqqət mərkəzindədir:

“Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib”.

Millət vəkili Məşhur Məmmədov isə bildirdi ki, son illərdə müxtəlif regionlarda yeni münaqişə ocaqlarının yaranması və mövcud qarşıdurmaların dərinləşməsi beynəlxalq hüququn və qlobal təhlükəsizlik sisteminin səmərəliliyi ilə bağlı ciddi suallar doğurur. Onun sözlərinə görə, bu kontekstdə dövlətlərin öz təhlükəsizlik strategiyalarını daha real və praqmatik yanaşmalar əsasında qurması zərurətə çevrilir:

“Azərbaycanın dövlət siyasətində təhlükəsizlik amilinin prioritet olması da məhz bu geosiyasi reallıqlarla bağlıdır.

Ölkə rəhbəri çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb siyasi və hərbi proseslərə xüsusi diqqət yetirdi. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizinin işğal altında qalması, bir milyona yaxın insanın məcburi köçkün vəziyyətinə düşməsi və beynəlxalq təşkilatların qərarlarının icra olunmaması regionda ciddi humanitar və siyasi problemlər yaratmışdı.

Buna baxmayaraq Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq öz suverenliyini bərpa etməyə nail oldu. Bu prosesin kulminasiya nöqtəsi isə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi oldu. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan işğal altında olan ərazilərinin böyük hissəsini azad etdi və regional siyasi reallıqlar köklü şəkildə dəyişdi.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bu proses BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində həyata keçirildi.

Azərbaycanın təcrübəsinin əsas xüsusiyyətlərindən biri hərbi və siyasi vasitələrin düzgün balanslaşdırılmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əvvəlcə hərbi yolla ərazi bütövlüyünü bərpa etmiş, daha sonra isə siyasi danışıqlar vasitəsilə regionda davamlı sülhün təmin olunmasına nail olmuşdur.

Bu yanaşma müasir beynəlxalq münasibətlər sistemində nadir nümunələrdən biri hesab edilir. Çünki bir çox münaqişələrdə ya hərbi qələbə siyasi həllə gətirib çıxarmır, ya da diplomatik proseslər nəticəsiz qalır.

Azərbaycan isə hər iki mərhələni ardıcıl və strateji şəkildə həyata keçirərək regionda yeni siyasi reallıq formalaşdırmışdır”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyevin çıxışında toxunduğu digər mühüm istiqamət qlobal nəqliyyat və logistika sistemində Azərbaycanın roludur:

“Son illər ölkədə nəqliyyat infrastrukturu sahəsində həyata keçirilən iri layihələr Azərbaycanın Avrasiya məkanında mühüm tranzit qovşağına çevrilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan həm Orta Dəhliz, həm də Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əsas iştirakçı dövlətlərdən biridir. Bu marşrutlar Avropa ilə Asiya arasında ticarət və logistika əlaqələrinin diversifikasiyasına mühüm töhfə verir.

Yeni regional əməkdaşlıq imkanları bütün dövlətlər üçün cəlbedici görünür.

Ermənistanla sülhün əldə olunması bu kontekstdə regionda yeni nəqliyyat və iqtisadi əməkdaşlıq imkanları yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yeni tranzit marşrutlarının açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqənin təmin olunmasına imkan verəcək.

Bu isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün iqtisadi və geosiyasi baxımdan yeni perspektivlər açır.

Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın regional və qlobal siyasətdə artan rolunu bir daha nümayiş etdirir.

Azərbaycanın son illərdə əldə etdiyi təcrübə – suverenliyin bərpası, münaqişədən sonra sülhün qurulması, enerji təhlükəsizliyinə töhfə və beynəlxalq nəqliyyat layihələrində fəal iştirak – müasir beynəlxalq münasibətlər sistemində mühüm model kimi qiymətləndirilə bilər.

Bu kontekstdə Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir”.

Lalə, BakuPost


Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 31 Mart 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see439

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see255

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see237

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see232

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see222

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see222

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see219

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see211

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see209

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see203

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see199

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see198

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see197

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see197

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see197

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see195

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see189

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see179

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see175

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri