Icma.az
close
up
RU
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin

Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dünyaca məşhur şərbətli desert olan paxlava, Türk mətbəxinin ayrılmaz və ən ləziz təamlarından biridir. Türkiyəyə səyahət edərkən dadmalı olduğunuz bu desert, həm də şirniyyat ehtiyacınızı ödəmək üçün əla seçimdir.
Newscenter.az xəbər verir ki, bütün Türk dünyasının ən sevimli və ləziz şirniyyatı olan paxlava xüsusi olaraq hazırlanır. Nazik yuxa qatlarının arasına fıstıq, fındıq və ya qoz kimi ləzzətli içliklər əlavə edilərək bişirilir, sonra isə üzərinə şərbət tökülür. Türk paxlavasının bu təkrarolunmaz ləzzətini dadmaq və onun Osmanlı saraylarından bugünkü süfrələrə qədər gəlib çıxan tarixini öyrənmək istəyirsinizsə, 17 Noyabr Dünya Paxlava Gününü qaçırmayın!
Saray şirniyyatı olan paxlava
Paxlava hazırlamaq Osmanlı İmperiyasının saray mətbəxlərində ustalıqla inkişaf etdirilmiş və zərifliyi ilə seçilən möhtəşəm bir desertdir. Xüsusilə şadlıq və mərasimlərdə yalnız paxlava hazırlamaqda xüsusi təlim keçmiş usta şirniyyatçılar tərəfindən hazırlanırdı. Kağız kimi nazik laylarla ustad əllərlə hazırlanan və şərbətlə birləşdirilən bu unikal desert kulinariya irsi kimi günümüzə qədər gəlib çatmışdır.
Qaziantep paxlavası
Əksər insanlar ən yaxşı paxlavanın Türkiyənin cənub-şərqindəki Qaziantepdə hazırlandığını hesab edirlər. 2013-cü ildə Avropa Komissiyası Qaziantep paxlavasına “mənşə mühafizəsi təyinatı” statusu verib və bu öz siyahısında qeydə alınan ilk türk məhsulu olub. Qaziantep paxlavasının bənzərsiz dadının bu şəkildə bəyənilməsi təəccüblü deyil, çünki şəhər bir-birindən fərqli dadlardan ibarət zəngin mətbəxi ilə qastronomik cənnətdir. Şəhərin mətbəxi əvvəllər qastronomiya sahəsində YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olmuşdur.
Qaziantepdə Osmanlı saray mətbəxində olduğu kimi, paxlava hazırlanması nəsildən-nəslə ustad-şagird əlaqəsi vasitəsilə ötürülür. Bu misilsiz ləzzəti hazırlamağın yeganə yolu bacarıq, diqqət və dəqiqlikdir. Ustalar yerli fıstıq və kərə yağı ilə qat-qat yuxa açırlar. Paxlava daş sobada bişirildikdən sonra üzərinə şərbət tökülür.
Qaziantep paxlavasını dadarkən əvvəlcə onun qızılı sarı rəngini görürsünüz, sonra nazik xəmirlərin xışıltısını eşidirsiniz, təzə Antep fıstığı və kərə yağının ətrini duyursunuz. Sonda damağınızda yüngül, amma ləzzətli bir tam buraxır. Nuş olsun!
Bol çeşidlər
Ən məşhuru Gaziantep paxlavası olsa da, bu şirniyyat hər bölgədə geniş çeşidləri və ləziz dadı ilə seçilir. Paxlava növləri arasındakı ən əsas fərq içliyindədir. Hər bölgədə paxlavanın içliyi bölgəyə məxsus yerli məhsullarla hazırlanır. Türkiyə, müxtəlif mikroiqlimlərə və yerli məhsullara malik geniş bir coğrafiyaya sahib olduğundan, paxlavanın içliyi hər bölgədə fərqlənir. Məsələn, Gaziantep paxlavasının içliyi fıstıqla hazırlanırsa, Qara dəniz bölgəsində fındıqdan istifadə edilir. Qoz içliyi ilə hazırlanan paxlava isə Mərkəzi Anadoluda məşhurdur. Trakya isə badam içlikli və ya küncütlə bəzədilmiş paxlava ilə tanınır.
Digər paxlava növləri, kəsilmə üsulları və tərkibinə görə müxtəlif şəkildə adlandırılır. Kəsilmə üsuluna görə adlandırılan fərqli növlər arasında “kök dilimi paxlava”, “midyə paxlava” və “bülbül yuvası” var. Tərkibinə görə isə “sütlü nuriye” şərbət əvəzinə südlə hazırlanır, “fıstıq sarma” və “ceviz sarma” isə bol çərəzlə hazırlanması ilə seçilir. Şərbəti az olan “quru paxlava” da digər məşhur növlər arasındadır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 14 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri