Icma.az
close
up
RU
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin! FOTOLAR

Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin! FOTOLAR

Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyaca məşhur şərbətli desert olan paxlava, Türk mətbəxinin ayrılmaz və ən ləziz təamlarından biridir. Türkiyəyə səyahət edərkən dadmalı olduğunuz bu desert, həm də şirniyyat ehtiyacınızı ödəmək üçün əla seçimdir. Bütün Türk dünyasının ən sevimli və ləziz şirniyyatı olan paxlava xüsusi olaraq hazırlanır. Nazik yuxa qatlarının arasına fıstıq, fındıq və ya qoz kimi ləzzətli içliklər əlavə edilərək bişirilir, sonra isə üzərinə şərbət tökülür. Türk paxlavasının bu təkrarolunmaz ləzzətini dadmaq və onun Osmanlı saraylarından bugünkü süfrələrə qədər gəlib çıxan tarixini öyrənmək istəyirsinizsə, 17 Noyabr Dünya Paxlava Gününü qaçırmayın!

Saray şirniyyatı olan paxlava
Paxlava hazırlamaq Osmanlı İmperiyasının saray mətbəxlərində ustalıqla inkişaf etdirilmiş və zərifliyi ilə seçilən möhtəşəm bir desertdir. Xüsusilə şadlıq və mərasimlərdə yalnız paxlava hazırlamaqda xüsusi təlim keçmiş usta şirniyyatçılar tərəfindən hazırlanırdı. Kağız kimi nazik laylarla ustad əllərlə hazırlanan və şərbətlə birləşdirilən bu unikal desert kulinariya irsi kimi günümüzə qədər gəlib çatmışdır.

Qaziantep paxlavası
Əksər insanlar ən yaxşı paxlavanın Türkiyənin cənub-şərqindəki Qaziantepdə hazırlandığını hesab edirlər. 2013-cü ildə Avropa Komissiyası Qaziantep paxlavasına “mənşə mühafizəsi təyinatı” statusu verib və bu öz siyahısında qeydə alınan ilk türk məhsulu olub. Qaziantep paxlavasının bənzərsiz dadının bu şəkildə bəyənilməsi təəccüblü deyil, çünki şəhər bir-birindən fərqli dadlardan ibarət zəngin mətbəxi ilə qastronomik cənnətdir. Şəhərin mətbəxi əvvəllər qastronomiya sahəsində YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olmuşdur.
Qaziantepdə Osmanlı saray mətbəxində olduğu kimi, paxlava hazırlanması nəsildən-nəslə ustad-şagird əlaqəsi vasitəsilə ötürülür. Bu misilsiz ləzzəti hazırlamağın yeganə yolu bacarıq, diqqət və dəqiqlikdir. Ustalar yerli fıstıq və kərə yağı ilə qat-qat yuxa açırlar. Paxlava daş sobada bişirildikdən sonra üzərinə şərbət tökülür.

Qaziantep paxlavasını dadarkən əvvəlcə onun qızılı sarı rəngini görürsünüz, sonra nazik xəmirlərin xışıltısını eşidirsiniz, təzə Antep fıstığı və kərə yağının ətrini duyursunuz. Sonda damağınızda yüngül, amma ləzzətli bir tam buraxır. Nuş olsun!

Bol çeşidlər

Ən məşhuru Gaziantep paxlavası olsa da, bu şirniyyat hər bölgədə geniş çeşidləri və ləziz dadı ilə seçilir. Paxlava növləri arasındakı ən əsas fərq içliyindədir. Hər bölgədə paxlavanın içliyi bölgəyə məxsus yerli məhsullarla hazırlanır. Türkiyə, müxtəlif mikroiqlimlərə və yerli məhsullara malik geniş bir coğrafiyaya sahib olduğundan, paxlavanın içliyi hər bölgədə fərqlənir. Məsələn, Gaziantep paxlavasının içliyi fıstıqla hazırlanırsa, Qara dəniz bölgəsində fındıqdan istifadə edilir. Qoz içliyi ilə hazırlanan paxlava isə Mərkəzi Anadoluda məşhurdur. Trakya isə badam içlikli və ya küncütlə bəzədilmiş paxlava ilə tanınır.
Digər paxlava növləri, kəsilmə üsulları və tərkibinə görə müxtəlif şəkildə adlandırılır. Kəsilmə üsuluna görə adlandırılan fərqli növlər arasında “kök dilimi paxlava”, “midyə paxlava” və “bülbül yuvası” var. Tərkibinə görə isə “sütlü nuriye” şərbət əvəzinə südlə hazırlanır, “fıstıq sarma” və “ceviz sarma” isə bol çərəzlə hazırlanması ilə seçilir. Şərbəti az olan “quru paxlava” da digər məşhur növlər arasındadır.

   
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see123

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri