Icma.az
close
up
RU
Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin! FOTOLAR Yeni Çağ Media

Dünya paxlava gününü möhtəşəm Türkiyə klassikası ilə qeyd edin! FOTOLAR Yeni Çağ Media

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaca məşhur şərbətli desert olan paxlava, Türk mətbəxinin ayrılmaz və ən ləziz təamlarından biridir.

Türkiyəyə səyahət edərkən dadmalı olduğunuz bu desert, həm də şirniyyat ehtiyacınızı ödəmək üçün əla seçimdir. Bütün Türk dünyasının ən sevimli və ləziz şirniyyatı olan paxlava xüsusi olaraq hazırlanır. Nazik yuxa qatlarının arasına fıstıq, fındıq və ya qoz kimi ləzzətli içliklər əlavə edilərək bişirilir, sonra isə üzərinə şərbət tökülür. Türk paxlavasının bu təkrarolunmaz ləzzətini dadmaq və onun Osmanlı saraylarından bugünkü süfrələrə qədər gəlib çıxan tarixini öyrənmək istəyirsinizsə, 17 Noyabr Dünya Paxlava Gününü qaçırmayın!

Saray şirniyyatı olan paxlava
Paxlava hazırlamaq Osmanlı İmperiyasının saray mətbəxlərində ustalıqla inkişaf etdirilmiş və zərifliyi ilə seçilən möhtəşəm bir desertdir. Xüsusilə şadlıq və mərasimlərdə yalnız paxlava hazırlamaqda xüsusi təlim keçmiş usta şirniyyatçılar tərəfindən hazırlanırdı. Kağız kimi nazik laylarla ustad əllərlə hazırlanan və şərbətlə birləşdirilən bu unikal desert kulinariya irsi kimi günümüzə qədər gəlib çatmışdır.

Qaziantep paxlavası
Əksər insanlar ən yaxşı paxlavanın Türkiyənin cənub-şərqindəki Qaziantepdə hazırlandığını hesab edirlər. 2013-cü ildə Avropa Komissiyası Qaziantep paxlavasına “mənşə mühafizəsi təyinatı” statusu verib və bu öz siyahısında qeydə alınan ilk türk məhsulu olub. Qaziantep paxlavasının bənzərsiz dadının bu şəkildə bəyənilməsi təəccüblü deyil, çünki şəhər bir-birindən fərqli dadlardan ibarət zəngin mətbəxi ilə qastronomik cənnətdir. Şəhərin mətbəxi əvvəllər qastronomiya sahəsində YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olmuşdur.
Qaziantepdə Osmanlı saray mətbəxində olduğu kimi, paxlava hazırlanması nəsildən-nəslə ustad-şagird əlaqəsi vasitəsilə ötürülür. Bu misilsiz ləzzəti hazırlamağın yeganə yolu bacarıq, diqqət və dəqiqlikdir. Ustalar yerli fıstıq və kərə yağı ilə qat-qat yuxa açırlar. Paxlava daş sobada bişirildikdən sonra üzərinə şərbət tökülür.

Qaziantep paxlavasını dadarkən əvvəlcə onun qızılı sarı rəngini görürsünüz, sonra nazik xəmirlərin xışıltısını eşidirsiniz, təzə Antep fıstığı və kərə yağının ətrini duyursunuz. Sonda damağınızda yüngül, amma ləzzətli bir tam buraxır. Nuş olsun!

Bol çeşidlər

Ən məşhuru Gaziantep paxlavası olsa da, bu şirniyyat hər bölgədə geniş çeşidləri və ləziz dadı ilə seçilir. Paxlava növləri arasındakı ən əsas fərq içliyindədir. Hər bölgədə paxlavanın içliyi bölgəyə məxsus yerli məhsullarla hazırlanır. Türkiyə, müxtəlif mikroiqlimlərə və yerli məhsullara malik geniş bir coğrafiyaya sahib olduğundan, paxlavanın içliyi hər bölgədə fərqlənir. Məsələn, Gaziantep paxlavasının içliyi fıstıqla hazırlanırsa, Qara dəniz bölgəsində fındıqdan istifadə edilir. Qoz içliyi ilə hazırlanan paxlava isə Mərkəzi Anadoluda məşhurdur. Trakya isə badam içlikli və ya küncütlə bəzədilmiş paxlava ilə tanınır.

Digər paxlava növləri, kəsilmə üsulları və tərkibinə görə müxtəlif şəkildə adlandırılır. Kəsilmə üsuluna görə adlandırılan fərqli növlər arasında “kök dilimi paxlava”, “midyə paxlava” və “bülbül yuvası” var. Tərkibinə görə isə “sütlü nuriye” şərbət əvəzinə südlə hazırlanır, “fıstıq sarma” və “ceviz sarma” isə bol çərəzlə hazırlanması ilə seçilir. Şərbəti az olan “quru paxlava” da digər məşhur növlər arasındadır.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Noyabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvadakı Tretyakov qalereyasında yanğın başlayıb

06 Sentyabr 2025 00:02see184

“Santuş ev tapşırığını düzgün yerinə yetirmədi”

06 Sentyabr 2025 01:18see144

Emin Mahmudov: Belə biabırçılıq bir daha təkrarlanmamalıdır

06 Sentyabr 2025 01:50see135

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see133

Bu ölkədə dərsə maşınla gələnlər universitetdən xaric edilir

06 Sentyabr 2025 00:05see130

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see129

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see128

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see127

Futbolumuzun utanc gecəsi... Video

06 Sentyabr 2025 03:17see125

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see124

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see123

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see121

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see120

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see120

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see120

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see118

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see117

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see116

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see114

Emin Mahmudov: Azarkeşlərdən üzr istəyirəm

06 Sentyabr 2025 01:59see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri