Icma.az
close
up
RU
Dünya Qarakənd faciəsini mediamızın uğursuzluğu səbəbindən tanımadı Professor

Dünya Qarakənd faciəsini mediamızın uğursuzluğu səbəbindən tanımadı Professor

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Ağdamın işğaldan azad edilməsindən dörd il keçməyi ilə yanaşı, Qarakənd faciəsindən də 33 il ötür. Belə ki, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, erməni hərbi dəstələri Azərbaycan hərbi helikopterini vurub. Hadisə nəticəsində Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Mövzu ilə bağlı Redaktor.az-a professor, əməkdar jurnalist Qulu Məhərrəmli bildirdi ki, Qarakənd faciəsi Azərbaycanın son dövr tarixində ən ağrılı hadisələrindədir.

"Qarakənd faciəsi Azərbaycanın son dövr tarixində ən acı, ən ağrılı səhifələrdən biridir və bu gün biz həmin terror hadisəsində qətlə yetirilmiş, həlak olmuş vətən oğullarının, Azərbaycan xalqının qaymaqları sayılan insanları  ehtiramla yad edirik. Qarakənd faciəsi haqqında heyif ki, o vaxt Azərbaycanın rəsmi informasiya orqanları çox yanlış məlumat verdilər. Yəni dünyaya bu cür çatdırıldı ki, guya vertolyot dağa dəyib, qəzaya uğrayıb, amma əslində, faktiki olaraq bu, erməni quldurlarının həmin helikopteri xüsusi silahla vurması ilə baş vermişdi. Bu faciədə də çox sayılıb seçilən insanlar həlak olmuşdu. Ona görə bu bir dərsdir".

Onun sözlərinə görə, faciənin yetərincə qabardılmamasının səbəbi, dünyaya media tərəfindən yanlış informasiya ötürülməsi oldu.

"Biz baş verən hadisələrlə bağlı dünya ictimaiyyətinə informasiyaları dəqiq, dürüst, məlumat verməliyik. Məsələn, mən Amerikada olanda Vaşinqtondakı media muzeyində həlak olan jurnalistlər sırasında bizim o Qarakənd faciəsində həlak olan jurnalistləri, yəni Alı Mustafayev, Fəxrəddin və Arif Hüseynovun fotolarını görmədik. Səbəbini soruşduqda isə izah bundan ibarət oldu ki, ilkin informasiya necə verilirsə, o cür də qəbul olunur. Ona görə onların ölümünü bunlar terror hadisəsi hesab eləmirdilər. Bu cür belə hadisələr bəzən yenə təkrarlanır. Amma buna qətiyyən yol vermək olmaz. Bu həm də bu bir tarixi dərs idi, bir çox mənalarda, siyasi, hərbi, informasiya işi cəhətdən. Yəni ona görə hər bir hadisədən biz özümüz üçün ibrət dərsi götürməliyik. Hadisədə həlak olanlara Allah rəhmət etsin. Onlar həqiqətən çox ləyaqətli, çox parlaq insanlar idi". 

 Türkan İSGƏNDƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Noyabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri