Icma.az
close
up
RU
Dünya qızıl eraya keçir: Azərbaycan qızıl 5 likdə TƏHLİL

Dünya qızıl eraya keçir: Azərbaycan qızıl 5 likdə TƏHLİL

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada növbəti qızıl bumu, kobud desək qızıl qızdırması erası başlayır. Son illərdə durmadan qiyməti bahalaşan bu qiymətli metal hazırda qeyri-müəyyən qlobal siyasi və iqtisadi situasiya fonunda ən etibarlı rezerv sayılır.

Texniki korreksiyanın vaxtı çoxdan keçsə də, qızıl yeni zirvələrə çatmağa davam edir. Amma investorlar bunun qarşısını alırlar. Sarı metal ABŞ-da Federal Ehtiyat dərəcəsi və büdcə ilə bağlı hadisələrlə dəstəklənir. Ancaq bu həftəki kəskin artımın başqa səbəbləri də ola bilər. Bu səbəblər nədir və niyə qızıl qiymətlərinin indi unsiya üçün 4000 dollara deyil, 5000 dollara çatacağı proqnozlaşdırılır?

“Financial Times”-in məlumatına görə, qızıl ABŞ hökumətinin istefa verməsi riski fonunda bir unsiya üçün 3850 dolları ötüb. İkinci səbəb mərkəzi banklar və fond birjalarından aqressiv tələbdir. Dünya Qızıl Şurasının məlumatına görə, fond birjalarından daxilolmalar sentyabr ayında təxminən 100 tona çatıb ki, bu da aprel ayından bəri ən yüksək səviyyədir.

Bu il külçə qızılın qiyməti 45% artıb. Bu, 2025-ci ili 1979-cu ildən bəri qızıl üçün ən yaxşı il edir. Belə artım templəri təxminən son 50 ildə müşahidə olunmayıb.

Ekspertlər hesab edir ki, hazırda əsas amillər FED-in faiz trayektoriyası və ABŞ tənzimləyicisinin müstəqilliyidir. Faizlərin azaldılmasından sonra, proqnozlaşdırılan trayektoriyaya görə, tənzimləyici ilin sonuna qədər uçot dərəcəsini daha 2 dəfə azalda bilər ki, bu da qızıl qiymətləri üçün müsbət amildir.

FED-in uçot dərəcəsinin azaldılması ABŞ prezidenti Tramp ilə FED arasında qarşıdurma ilə bağlı xəbərlər fonunda daha da aktuallaşıb. Tramp ehtiyatlı FED-dən daha aqressiv faiz azaltma siyasəti aparmağa çalışır. FED-in uçot dərəcəsinin azaldılması gözləntisi nə qədər çox olarsa, qızılın qiyməti də bir o qədər baha olar.

Qısamüddətli amillər arasında qiymətə hökumətin oktyabrın 1-də baş verə biləcək mümkün fəaliyyəti dayandırma riski də təsir göstərir. Söhbət Senat qərarını dəyişməyincə və büdcənin maliyyələşdirilməsi qanun layihəsini qəbul edənədək hökumətin fəaliyyətini dayandırmasından gedir. Tramp demokratlarla danışıqları davam etdirir. Oxşar tamaşa ABŞ-da milli borcun artması kimi vaxtaşırı keçirilir. Hökumətin fəaliyyətinin dayandırılması Senatda Demokratlar və Respublikaçılar arasında sövdələşmə predmetidir. Bu, Obamanın dövründə də adi hal idi. Bu, ABŞ-ın iqtisadi inkişafı üçün pis xəbərdir; fond bazarları adətən aşağı düşür, investorlar portfellərini yenidən təşkil edir və əsas təhlükəsiz sığınacaq aktivi kimi qızıla sərmayə qoyurlar.

Bütün bu hadisələr qızılın qiymətində artıq öz təsirini göstərib. Qızılın bir unsiyasının 3800 dollardan yuxarı qalxmasına səbəblərdən biri də səmada sirli dronların görünməsi səbəbindən Danimarka, İsveç və Norveç paytaxtlarında hava limanlarının bağlanması ilə bağlı geosiyasi insident olub. Bəziləri onların Baltik dənizindəki Rusiya hərbi gəmilərindən buraxıldığını iddia edib. Baxmayaraq ki, Rusiya bunu inkar edib və bəzi avropalı ekspertlər bu dron tamaşasının Avropa İttifaqı tərəfindən qəsdən təşkil edildiyini iddia edir. Bu, saxta təşkil olunmuş təxribatdır, yoxsa həqiqətən də hərbi pilotsuz təyyarələr orda uçur? Bu artıq vacib deyil, əsas odur ki, bu xəbərlər fonunda Baltik dənizində hərbi toqquşma riski qiymətləndirlir və Avropanın şimalında geosiyasi gərginliyin gözlənilməsi ilə qızıl bahalaşır. Ekspertlər qiymətin oktyabrın əvvəlində bir troya unsiyası üçün 4000 dollara çatacağını gözləyir. Bir sıra analitiklər isə qızılın troya unsiyası üçün qiymətin 5000 dollara çatacağını istisna etmirlər.

Qızıl alışı rekordları vuran mərkəzi banklar və özəl fondlar təkcə fyuçersləri deyil, fiziki qızılları da alırlar. Onlar külçə alıb öz ərazilərinə daşımağa çalışırlar.

Hətta Çin, keçən həftə bildirildiyi kimi, öz ərazisində qızıl saxlamağı təklif edir. Çin açıq şəkildə qızılla dəstəklənən qızıl yuanın bazara çıxarılmasına hazırlaşır. Pekin rezerv valyutalara– əsasən dollar və avroya meydan oxuyaraq yuanın liderliyi ələ keçirməsini təşkil etməyə çalışır.

Rusiyada da qızıla tələbat artır və o bahalaşır. Qiymətlər artıq 1 qram üçün 10 000 rubl müəyyən edilib və yaxında 12 000 rubl olacağı ehtimal edilir. Rusiyada qızıl bir neçə formada alına bilər: birja alətləri, bank alətləri, külçə və sikkələr şəklində fiziki metal kimi.

Ümumiyyətlə, proqnozlara görə, bu il təkcə qızıl deyil, həm də gümüş üçün bahalaşma ili olacaq. Hazırda gümüş qızıldan da çox bahalaşır. Qızılı çox baha hesab edənlər üçün gümüşü düşünməyə dəyər. Ekspertlər hesab edir ki, gümüş çox tez bir zamanda 48 dollara çatacaq. Gümüş toplayanlar qızıldan daha çox qazanc əldə edə bilər.

Bütövlükdə geosiyasi və iqtisadi qeyri-müəyyənlik uzunmüddətli perspektivdə qiymətli metalların qiymətlərinin artmasını dəstəkləyəcək. Hazırda da geosiyasi münaqişələr səngimir. Yaxın Şərqdə vəziyyət son dərəcə gərgin olaraq qalır. Ukraynada hərbi əməliyyatlar və NATO-Rusiya gərginliyi səngimir. Bundan başqa potensial qaynar nöqtələrin, məsələn, Venesuela ətrafındakı və Tayvan ətrafındakı vəziyyət də uzunmüddətli qeyri-müəyyənlik amilidir; Arktika regionunda qarşıdurma güclənə bilər. İkincisi, iqtisadi qeyri-müəyyənlik qlobal iqtisadi sistemin parçalanması olaraq qalır. Bütün bunlar inflyasiya dalğaları ilə müşayiət olunur, bir çox ölkələrdə vəziyyət heç də yaxşı deyil.

Belə bir vəziyyətdə ölkələr öz strateji rezervlərini təhlükə altında olan valyutalarda deyil, qiymətli metallarda saxlamalıdır. Özü də ölkə daxilində. Qlobal gərginlik daim partlaya bilər və ölkələrin qlobal fondlardakı rezervləri təhlükə altında qala bilər.

Böyük dövlətlər durmadan qızıl ehtiyatlarını artırırlar. Şuranın məlumatına görə, ilk 10-luğa ABŞ (8133,46 ton), Almaniya (3351,53 ton), İtaliya (2451,84 ton), Fransa (2437 ton), Rusiya (2335,9 ton) və Çin (2279,56 ton), İsveçrə (1 040 ton), Hindistan (854 ton), Yaponiya (846 ton) və Niderland (612 ton) daxildir. Azərbaycan isə 165 ton qızıl ehtiyatı ilə siyahıda 26-cı pillədə qərarlaşıb.

Bu ilin ilk yarısında qızıl alışında liderlər sırasında Rusiya (4,75 ton), Avstraliya (3,99 ton), ABŞ (3,35 ton), Qazaxıstan (2,56 ton), Böyük Britaniya (2,77 ton) var.

Azərbaycan da son illərdə qızıl alışını artırıb. Dünya Qızıl Şurasının (WGC) hesabatında deyilir ki, Qızıl alışına görə Azərbaycan dünyanın ilk 5 ölkəsi sırasındadır. Son 1 ildə qızıl ehtiyatı təxminən 25 faiz artıb və hazırda 180 ton civarındadır. 2025-ci ilin ilk yarımilində Azərbaycan 3 milyard dollar dəyərində 35 ton qızıl idxal edib. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən dəyərdə 5 dəfə, həcmdə 4 dəfə yüksəkdir!

Lakin hələ də Neft Fondunun rezervləri əsasən dollar və avroda saxlanılır. Mümkün qədər tez və daha çox həcmdə qızıla, gümüşə çevrilməsinə və ölkəyə gətirilməsinə ehtiyac var. Bir neçə il əvvələdək Fondun rezerv portfelində qızılın payı 1 faizə çatmırdı. Hazırda Neft Fondunun ehtiyat portfelində qızılın payı 30 faizə yaxındır. Məlumatlara görə, artıq alış dayandırılıb. Bəzi ekspertlər iddia edir ki, portfeldə qızılın payının 35 faizdən artıq olması risklidir, lakin bu doğru yanaşma deyil, ən inkişaf etmiş iri dövlətlər bu payı 60-70 faizə çıxarırlar. Müqayisə üçün deyək ki, Almaniyanın ümumi maliyyə ehtiyatlarının 70 faizi məhz məhz qızılın payına düşür. Bu səbəbdən də, hesab edilir ki, bizdə qızılın payını ən azı 50 faizə çatdırmalıyıq.

Yeri gəlmişkən, ötən il Azərbaycanda 2663 kiloqram qızıl istehsal edilib. Ölkə daxilində yanvar-iyun aylarında çıxarılan qızıl isə cəmi 1,6 ton olub, deməli ilin yekununa qızıl istehsalı 3 tonu keçəcək. Həm istehsal, həm də idxalın artması müsbət tendensiyadır. Hazırki qlobal şəraitdə ən etibarlı rezerv qızıl olaraq qalır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see241

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see239

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see227

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see220

DİN “9990” və “7770” ilə bağlı məlumat yaydı

14 Noyabr 2025 18:29see185

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see184

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see175

Ədəbiyyat və publisistikamızın unudulmaz siması

14 Noyabr 2025 12:07see164

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see158

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see155

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see151

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see150

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see150

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see147

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see144

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see141

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see140

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see140

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see138

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri