Icma.az
close
up
RU
Dünya savaşı qapıda: bu ölkənin gizli fəaliyyəti üzə çıxdı ŞOK PEYK GÖRÜNTÜLƏRİ

Dünya savaşı qapıda: bu ölkənin gizli fəaliyyəti üzə çıxdı ŞOK PEYK GÖRÜNTÜLƏRİ

Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Üçüncü Dünya müharibəsinin daha çox müzakirə olunduğu bir vaxtda Çinin 9 milyard dollarlıq gizli döyüş gəmisi Sakit Okeanda kosmosdan görüntülənib.

Publika.az xəbər verir ki, Yaxın Şərqdə artan gərginlik, Rusiya-Ukrayna müharibəsi və Asiya ölkələri arasındakı xaos tez-tez dünya müharibəsinin baş vermə ehtimalının gündəmə gəlməsinə səbəb olub.

Narahatlıqlar artdıqca, Çinin 9 milyard dollarlıq gizli döyüş gəmisi peyk görüntülərinə düşüb. Ölkənin ilk operativ təyyarədaşıyan gəmisi olan “CNS Liaoning” Bohai dənizində dəniz sınaqları apararkən NASA-nın “Landsat 8” peyki tərəfindən görüntülənib.

Peyk görüntülərində “Liaoning” döyüş gəmisinin tərsanədə digər təyyarədaşıyıcılar arasında lövbər saldığı, ayrı şəkildə isə üzdüyü görülüb.

Döyüş gəmisini müşahidə edən ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri onun göyərtəsinin təxminən 200 metr uzunluğunda və 40 metr enində olduğunu müəyyən ediblər.

Görüntülər ABŞ prezidenti Co Baydenin Ukraynaya Çinin müttəfiqi Rusiyaya zərbə endirmək üçün Amerika raketlərindən istifadə etməsinə icazə verməsindən bir neçə gün sonra çəkilib. Bu, böyük qlobal müharibənin başlaya biləcəyi ilə bağlı narahatlıqları gücləndirib.

Çin ordusunun donanmasında 370-dən çox döyüş gəmisi və sualtı qayıq var. Dünyanın ən böyük dəniz gücünə malik olan Çin ABŞ-ın təyyarə gəmisi texnologiyasına yetişmək üçün donanmasını sürətlə artırmağa çalışır.

“CNS Liaoning” keçən il Yaponiya yaxınlığında uçuş əməliyyatları həyata keçirib. Bundan əlavə, sentyabrın 20-dən oktyabrın 1-dək “CNS Liaoning” Filippinin şərqində və Quamın qərbindəki sularda daşıyıcı əsaslı döyüş təyyarələri və helikopterlərlə uçuşlar həyata keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri Çinin əməliyyatlarını yaxından izləyir. ABŞ Çinə qarşı Luzonun şimal-qərbində öz hərbi gəmi donanmasını yerləşdirib. Bu addımın Çinin Yaponiyaya hücuma hazırlaşdığına dair narahatlıqlarla əlaqəli olduğu bildirilir.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://publika.az
archiveBu xəbər 25 Noyabr 2024 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see237

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see226

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see157

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see120

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri