Icma.az
close
up
RU
Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq: Bu qidalar orqanizmi zəhərləyir

Dünya Səhiyyə Təşkilatından xəbərdarlıq: Bu qidalar orqanizmi zəhərləyir

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Dünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada 550 min insan trans yağların (marqarin və s. bu kimi yağlar) səbəb olduğu müxtəlif xəstəliklərdən dünyasını dəyişir.

Mütəxəssislər geniş istifadə edilən trans yağların xroniki ürək xəstəlikləri ilə yanaşı diabet, insult, metabolik sindrom, köklük, piylənmə kimi xəstəliklərə də səbəb olduğunu açıqlayıblar. Həkimlər qeyd edirlər ki, bu yağların ziyanlı təsirindən qorunmaq üçün mümkün olduğu qədər az qəbul etmək lazımdır.

Olke.az bildirir ki, 2003-cü ildə Danimarka dünyada ilk dəfə olaraq süni trans yağ istifadəsini məhdudlaşdırıb. Dünya Səhiyyə Təşkilatı 2023-cü ilə qədər trans yağların qida zəncirindən tamamilə ləğv edilməsi üçün çağırış edir.

Türkiyəli alim, kardioloq Ayça Boyacı qeyd edir ki, trans yağ bir növ doymamış yağ turşusudur və təbii yolla yaranan, ya da sənayedə istehsal edilən yağlar olaraq iki qrupa ayrılır. Təbii trans yağlar ət və süd məhsulları kimi qidalarda az miqdardadır. Süni olanları isə bitki yağlarına hidrogen əlavə edilərək əldə edilir və bu yolla yağın istifadə müddəti uzadılır. Gündəlik həyatda istifadə edilən bir çox məhsulun süni trans yağ tərkibli olduğu artıq məlumdur.
Hazır qidalar, un məmulatları, kartof qızartması (çips), naqqits (toyuq) və bəzi kabablar kimi qızardılmış qidalarla, mikordalğalı sobada hazırlanan qarğıdalı, biskvit, vafli və un məmulları, yağ və duru yağ kimi bəzi supermarket qidalarının tərkibində trans yağın miqdarı yüksəkdir.
Süni trans yağ qanın tərkibində mənfi xolesterol adlı LDL xolesterolu və triqliserid səviyyəsini və buna bağlı olaraq da ürək xəstəliyi və infarkt riskini artırır.
Bundan başqa diabet, insulin, metabolik sindrom, artıq çəki və piylənmə, sinə, prostat kimi bəzi xərçəng növləri, cinsi zəiflik və sonsuzluq, erkən doğuş, sinir sistemi xəstəlikləri, Alzheimer kimi xəstəliklərə səbəb olur.
Bu tip yağlar uşaqlarda da müəyyən xəstəliklərin riskini artırır.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri